QABİL
uAprelin 10-da Azərbaycan Tibb Universitetində
“Dayaq-hərəkət sistemi xəstəliklərinin cərrahi
və bərpa yolu ilə müasir müalicəsi” mövzusunda
beynəlxalq elmi konfrans işə başlayıb.
Konfransın açılış mərasimin də Azərbaycan
Tibb Universitetinin rektoru, akademik Əhliman
Əmiraslanov çıxış edərək konfransın mövzu-
su və əhəmiyyəti haqqında tədbir iştirakçılarına
məlumat verib: “Bəllidir ki, istər cərrahi xəstəliklər
olsun, istər digər xəstəliklərin müalicəsində daha
uğurlu nəticə əldə etmək üçün sonrakı mərhələdə
aparılan bərpa müalicəsinin böyük önəmi var”.
Rektor
ölkəmizdə
reabilitasiya,
yəni
bərpa müalicəsi sahəsində yüksək ixtisaslı
mütəxəssislərə xüsusi ehtiyac olduğunu qeyd et-
mişdir. Ə.Əmiraslanovun sözlərinə görə, məhz
bu baxımdan bərpa müalicəsi sahəsində təcrübə
mübadiləsinə böyük ehtiyac var. Həmin istiqamətdə
artıq Azərbaycan Tibb Universiteti Türkiyənin “Ro-
matem” şirkəti ilə qarşılıqlı əməkdaşlığa başlayıb:
“Bu qurumun rəhbəri Köksal bəy Holoğlu yalnız
Türkiyədə deyil, ümumiyyətlə dünyada tanınmış bir
insan, mütəxəssisdir. Onun başçılıq etdiyi onlarla
klinika var. Odur ki, onların köməyindən istifadə
edərək mütəxəssislərimizin fikir mübadiləsi apar-
masına imkan yaratmaq məqsədilə belə bir
konfransın keçirilməsinə qərar verdik”.
Konfransda türkiyəli mütəxəssis, ROMATEM
Fizioterapiya və Reabilitasiya Xəstəxanasının
İdarə Heyətinin müdiri, Uz.Dr.Köksal Holoğ-
lu “Fizioterapiya və reabilitasiya sahəsində
gündəlik problemlər” mövzusunda çıxış edib. O,
belə bir görüşün təşkili üçün ATU-nun rektoru
Əhliman Əmiraslanova və digər həmkarlarına
təşəkkürünü bildirdi.
Daha sonra professor Sabir Etibarlının sədrliyi
ilə sessiyalar işə başlayıb. Tədbirdə Prof.Dr.
Azadlıq Yılmaz “Onurğa problemləri və müasir
müalicə üsulları: Onurğa xəstəlikləri, ortopedi-
ya və protez tətbiqləri və skaliozun konserva-
tiv müalicəsi haqqında məlumatla çıxış edib. Dr.
Cəmil İsgəndərov isə “Boyun fəqərəarası disk yır-
tıqlarının cərrahi və konservativ müalicəsi” mövzu-
sunda müasir tendensiyalardan söz açıblar.
Konfransın
fasilədən
sonrakı
hissəsində
azərbaycanlı və türkiyəli professorlar “Beyin və
ömürlük zədələrdə müasir reabilitasiya prinsipləri”,
“Artroplastik cərrahi və reabilitasiya müalicəsi”,
“Ortopedik reabilitasiya prinsipləri”, “Miofassial
diskfunksiyalarda “ TYOFLEX”-in rolu” kimi möv-
zulardan məruzələr səsləndiriblər. Tədbir iştirakçı-
ların suallarının ekspertlər tərəfindən cavablandı-
rılması ilə yekunlaşıb.
Dostları ilə paylaş: |