15 aprel 2015-ci il
http://www.amu.edu.az
3
u Bu gunlərdə “MTR-qrup”
nəşriyyatında Arif Qabiloğ-
lunun sayca üçüncü hesab
olunan “Böyük ürək sahibi”
kitabı nəfis tərtibatda işıq
üzü görüb. Geniş oxucu kütləsi
üçün nəzərdə tutulan kitabın
rəyçisi Milli Məclisin deputatı
Fəttah Heydərov, redaktoru isə
Tahir Heydərovdur.
Kitabda Heydər Əliyev Fon-
dunun prezidenti, Milli Məclisin
deputatı, Azərbaycan Respubli-
kası Olimpiya Komitəsinin vit-
se-prezidenti, YUNESCO və
İSESCO–nun xoşməramlı səfi-
ri, Azərbaycanın birinci xa-
nımı
Mehriban
Əliyevanın
keçdiyi nümunəvi həyat yo-
lundan və çoxşaxəli xeyrxah
fəaliyyətindən bəhs edilir. Toplu-
da Mehriban xanım Əliyevanın
ölkəmizdə təhsilin, səhiyyənin
inkişafında və maddi-mədəni
irsin qorunub şaxlanılmasında
göstərdiyi müstəsna xidmətləri
öz əksini tapıb. Kitabda Heydər
Əliyev Fondunun həyata keçir-
diyi əsaslı qlobal layihələrdən,
Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasındakı
əvəzsiz rolundan, müstəqil res-
publikamızı dünyaya tanıtdırmaq-
da apardığı xeyriyyəçilik aksiya-
larından, yüksək vətənpərvərlik,
humanistlik və mərhəmətlik
mis siyasını layiqincə yerinə ye-
tirməsindən ətraflı söhbət açılır.
Qeyd olunur ki, Heydər
Əliyev Fondu yarandığı vaxtdan
ölkəmizin mədəniyyəti və tari-
xinin təbliği, əhalinin sağlamlı-
ğının mühafizəsi, ekoloji mühitin
sağlamlaşdırılması, informasiya
texnologiyalarının tətbiqi, sosi-
al problemlərin həlli ilə əlaqədar
bir sıra genişmiqyaslı layihələr
həyata keçirir. Fond yarandığı ilk
ğündən cəmiyyətimizin ən zəif
təbəqələrinə böyük diqqət və qay-
ğı ilə yanaşır. ”Diabetli uşaqlara
ən yüksək qayğı”, “Talassemiyasız
həyat”, “Yeniləşən Azərbaycana
yeni məktəblər”, “Uşaq evi və
internat məktəblərinin inkişafı”
kimi proqramları qısa zaman-
da həyata keçirmiş və nəticədə
minlərlə köməksiz insana yar-
dım göstərmiş, kimsəsiz uşaqlara
qayğı artırılmış, mühüm sosial
problemlər öz həllini tapmışdır.
Müəllif dünyanın nüfuzlu
nəşrləri tərəfindən Mehriban
xanım Əliyevanın nəcib və
xeyir xah əməllərinin humanizm
prin siplərinə söykəndiyinin yük-
sək qiymətləndirildiyini vurğu-
layır: “Bu günlərdə Almaniyada
nüfuzlu “Hanseatie Lichthouse”
nəşriyyatında Berlində fəaliyyət
göstərən Siyasət və İctimaiyyət
Beynəlxalq İnstitutunun direk-
toru xanım Kerstin Pievenin
müəllifliyi ilə “Qadın liderliyi –
Qadınların gücü . Dünyanın ən
uğurlu qadınlarından öyrənək”
adlı kitab nəşr olunmuşdur. Ki-
tabda dünyanın 30 ölkəsindən
60-a yaxın ən uğurlu, nüfuzlu və
tanınmış qadının məqaləsi və ya
verdiyi müsahibələr dərc olun-
muşdur. Nəşrdə Azərbaycanın bi-
rinci xanımı, Heydər Əliyev Fon-
dunun Prezidenti, Milli Məclisin
deputatı, Azərbaycan Respubli-
kası Olimpiya Komitəsinin vit-
se-prezidenti, YUNESCO və
İSESCO–nun xoşməramlı səfiri,
Mehriban xanım Əliyevanın
müsahibəsi dərc olunmuşdur. Ki-
tabın nəşrində məqsəd şəxsi və
ictimai fəaliyyətlərində uğurlar
qaznmış qadınların əldə etdikləri
nailiyyətlərin sirlərini öyrənmək,
eləcə də onların ictimai fəaliyyətlə
bağlı dəyərli məsləhətlərini işıq-
landırmaqdan ibarətdir. Nəşrdə
Mehriban xanım Əliyeva ilə bir-
likdə Almaniya Federativ Res-
publikasının federal kansleri An-
jela Merkel, ABŞ- ın dövlət katibi
Hillari Klinton, YUNESCO-nun
baş direktoru İrina Bokova və
digər şəxslərin müsahibələri və
onlar haqqında yazılan məqalələr
dərc olunmuşdur.
Mehriban xanım Əliyevanın
mü sa hibəsində rəhbərlik etdi-
yi Heydər Əliyev Fondunun
həyata keçirdiyi mühüm la yi-
hələr, Azərbaycan qadınları-
nın ölkəmizin ictimai- siyasi və
mədəni həyatında rolu, Azər-
baycanın dünyada qadınlara seçki
hüququ verən ilk ölkələrdən biri
olması və digər mövzularla bağlı
məsələlər barədə geniş məlumat
verilmişdir.”
Kitabda Heydər Əliyev Fon-
dunun prioritet istiqamətləri,
həyata keçirdiyi sosial, mədəni-
kütləvi tədbirlər və eləcə də fon-
dun dəstəyi ilə milli mədəni
irsimizin qorunub saxlanması,
ədəbiyyatımızın, incəsənətimizin,
musiqimizin xaricdə təbliğ olun-
ması ölkəmizin müsbət imici-
nin möhkəmlənməsi fonunda
göstərilir. Müəllif Azərbaycan
xal qının rifahı naminə Mehri-
ban xanım Əliyevanın rəhbərlik
etdiyi fondun beynəlxalq miq-
yaslı layihələrdəki iştirakını
qeyd edərək fondun dəstəyi ilə
dünyanın bir sıra ölkələrində
ümumbəşəri tarixi mədəniyyət
abibələrinin bərpa olunması haq-
qında da ətraflı məlumat verir.
Heydər Əliyev Fondunun uni-
kal fəaliyyətindən bəhs olunan
kitabda Dağlıq Qarabağ müna-
qişəsinin reallıqlarının dün ya
ictimaiy yətinə çatdırılmasındakı
rolu xüsusi qeyd edilir. Kitabda
vurğulanır ki, həyata keçirilmiş
layihələr arasında Ermənistanın
Azərbaycana qarşı təcavüz ta-
rixini əks etdirən “Qarabağ re-
allıqları”, bukletlər toplusu,
erməni vəhşiliyindən bəhs edən
“Müharibə və mədəni- tariximiz
abidələrimiz”, “Azərbaycana qar-
şı müharibə: mədəni irs hədəf al-
tında” yazılmış kitablar bir neçə
dildə nəşr edilmiş, dünyanın
müxtəlif ölkələrində Xocalı soyq-
rımına həsr olunmuş aksiyalar,
foto və videosərgilər təşkil edil-
mişdir.
Müəllif əsərində Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva-
nın geniş xeyriyyəçilik fə aliy -
yə tindən, bəhs edərkən onun
bəşəriyyətin ali ideallarına xid-
məti sahəsindəki nailiy yət ləri nin
və də yərli əməyinin nəticələrinin
dünyanın bir sıra beynəlxalq mü-
kafatları və ordenlərinə layiq gö-
rüldüyünü xronoloji ardıcıllıqla
diqqətə çatdırır:
“Mehriban xanım Əliyevanın
mükafatları arasında Rusiya-
nın “Yüzilliyin mesenatları”,
Beynəlxalq Xeyriyyə Fondunun
“Yaqut xaç” ordeni, BMT-nın
Ümumdünya Əqli Mülkiyyət
Təşkilatının qızıl medalı, “Qızıl
ürək” beynəlxalq mükafatı, Fran-
sanın “Şərəf Legionu” ordeninin
zabit dərəcəsi, Polşa Respublika-
sının “Xidmətlərə görə” Böyük
Komandor Xaç ordeni, UNESCO-
nun “Qızıl Motsart” medalı, Kü-
veyt dövlətinin Fəxri diplomu
və bir çox başqa təltiflər var. Bu
yaxınlarda Rusiya Federasiyası
Həştərxan vilayətinin qubernato-
ru Mehriban xanımı “Həştərxan
vilayəti qarşısında xidmətlərinə
görə “ordeni ilə təltif edib”...
Bundan başqa Mehriban xanım
Əliyevanın xarici ölkələrə işgüzar
səfərləri, beynəlxalq konfrans və
konqreslərdə etdyi proqram xa-
rakterli çıxışlar, o cümlədən dün-
yanın görkəmli elm- mədəniyyət
və ictimai-siyasi xadimləri ilə ke-
çirdiyi səmərəli görüşlər və foto-
lar kitabda təfsilatı ilə öz əksini
tapmışdır.
Həmçinin, kitaba Mehriban
xanım Əliyevanın mənəvi yük-
səlişimizə xidmət edən nəcib
əməlləri, hamıya örnək olan şərəfli
həyat yolu barədə ölkəmizin ta-
nınmış elm-mədəniyyət və döv-
lət adamlarının məqalələri də
daxil edilmişdir. Onların arasın-
da Azərbaycan Tibb Universite-
tinin xarici tələbələrlə iş üzrə
dekanı, professor Gülər Seyido-
vanın “Mənəvi yüksəkliyə xid-
mət göstərən missiya” başlıqlı
məqaləsi də dərc olunmuşdur.
Həmin məqalədən bəzi məqam-
ları oxucularımızın da nəzərinə
çatdırırıq:
...“Xüsusi vurğulamaq lazım-
dır ki, Azərbaycan Prezidenti
İlham Əliyevin döv lətin inkişa-
fı, qüdrətlənməsi naminə həyata
keçirdiyi
çoxşaxəli
siyasətə
töhfəsini verən Heydər Əliyev
Fondu da Azərbaycan xalqının
milli mədəniyyətinin, milli-mə-
nəvi dəyərlər sisteminin qorun-
masında, habelə cəmiyyətdə saf-
lıq, nəciblik, xeyirxahlıq kimi
dəyərlərin təbliğində müstəsna
xid mətlərə malikdir. Fond yarandı-
ğı gündən ulu öndərin mərhəmət,
nə ciblik, və yüksək humanizmə
əsas lanan ali ideallarının icti-
mai şüurda möhkəmlənməsinə
çalışır, millətin gələcəyi naminə
bir sıra strateji əhəmiyyətli la-
yihələri inamla həyata keçirir,
ümummilli liderin xeyirxah və
nəcib əməllərini yaşa dır. Ölkə
vətəndaşlarının zəruri istək və
arzularının
gerçəkləşməsinə,
prob lemlərinin operativ həllinə
maddi-mənəvi dəstək verir.
Həyat amalı insanlara təmən-
nasız xidmətdən ibarət olan,
xeyirxahlıq, humanizm kimi
dəyər lərə tapınan Heydər Əliyev
Fondunun prezidenti, YUNES-
CO və İSESCO– nun xoşməramlı
səfiri, Milli Məclisin deputa-
tı Mehriban xanım Əliyeva da
son illərdəki əzmkar fəaliyyəti
ilə məhz belə bir mənəvi ucalığa
yüksəlmiş, cəmiyyətdə böyük
nüfuz və hörmət qazanmışdır.
Azərbaycanın birinci xanımı-
nın təşəbbüsü ilə həyata keçirilən
çoxşaxəli
layihələri
özündə
birləşdirən ümumi ortaq xətt isə
məhz milli genefondun qorun-
ması, saf dəyər və düyğuların ic-
timai şüurda möhkəmlənməsidir.
Heydər Əliyev Fondunun prezi-
denti haqlı olaraq qloballaşmanın
qarşısıalınmaz prosesə çevrildi-
yi, informasiya–kommunikasiya
tex nologiyalarının sürətlə inki-
şaf etdyi müasir dövrdə insani
və mənəvi-əxlaqi dəyərlərin yad
təsirlərdən qorunmasına daha
çox ehtiyac olduğunu bildirir.
Qarşıya qoyduğu bu kimi nəcib
məqsədlərlə cəmiyyətin mənəvi
yüksəlişinə, saflaşmasına çalışan
Mehriban xanım Əliyeva nəinki
respublika hüdudlarında, eləcə də
beynəlxalq miqyasda böyük nü-
fuz və etimad qazanmışdır. ..
Azərbaycan Prezidenti İlham
Əliyev çıxışlarının birində qru-
mun xəttilə həyata keçirilən
tədbirləri dəyərləndirərək de-
mişdir: “Heydər Əliyev Fon-
du milli fonddur. Fondun bütün
təşəbbüsləri milli ruha əsaslanır.
Eyni zamanda, Heydər Əliyev
Fondu Azərbaycanı gələcəyə apa-
ran gözəl bir vasitədir. Modern-
ləşmə,
müasirləşmə,
dünya
birliyinə inteqrasiya, Azər bay-
canın milli maraqlarının müdafiə
edilməsi- Azərbaycanın olduğu
kimi dünyada təqdim edilməsi-
bütün bu şərəfli funksiyalar fon-
dun üzərinə düşübdür. Düşübdür
deyəndə, fond və fondun rəhbərliyi
bütün bu işləri öz təşəbbüsü ilə gö-
rür, mən bunu da deməliyəm. Ona
görə mən fondun fəaliyyətini çox
təqdir edirəm, çox bəyənirəm və
şübhə yoxdur ki, bundan sonra da
Azərbaycanın gələcək inkişafında
fondun rolu böyük olacaqdır.”
Fond qarşıya qoyduğu məqsəd-
lərin miqyasına, əhatə dairəsinə
və mahiyyətinə görə analoqu
olmayan qurum kimi tanınır.
Şübhəsiz Azərbaycanın birinci
xanımının yüksək mənəvi alə-
min dən, nəcibliyindən, insan-
pər vərliyindən irəli gələn bu
fəaliyyət bütövlükdə cəmiyyətdə
xoş ovqatın, nəcib duyğula-
rın, xeyriyyəçilik meyllərinin
güclənməsinə səbəb olur. Dünya-
nın xilası naminə çalışan yüksək
amalı insanlarla eyni sırada daya-
nan YUNESCO və İSESCO– nun
xoşməramlı səfiri qeyd edir ki,
xeyriyyəçilik cəmiyyətdə mənəvi-
psixoloji ab-havanın yaxşılaşma-
sına şərait yaradır, insanlar arasın-
da münasibətləri humanistləşdirir,
onların daha xeyirxah, səmimi
və həssas olmasına müsbət təsir
göstərir: “Axı çətin məqamda
baş qalarından dəstək almış insan
özü də imkan daxilində başqa-
larına kömək göstərməyə daha
çox meyl edəcəkdir. Beləliklə,
cəmiyyətimizdə “ xeyirxah işlər
dairəsi”, qarşılıqlı kömək və dəs-
tək sistemi yaranır ki, bu da son
nəticədə insanların qarşılıqlı
müna sibətlərinə, onların ovqa-
tına və sosial əhval-ruhiyyəsinə
müsbət təsir göstərir”.
Azərbaycanın birinci xanımı
bu həssas məqama özünəməxsus
yanaşma tərzi ilə diqqət ayırır
və cəmiyyətdə xeyriyyəçiliyin
gerçək rolunun aydın dərkinə eh-
tiyac olduğunu bildirir.”
Dostları ilə paylaş: