Xına haqda nə bilirik?
Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı
və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Xatırladırıq ki, vakant ştat vahidləri əsasən cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının
tibb xidmətlərində həkim-ftiziatr, həkim-psixiatr, həkim-psixiatr-narkoloq, həkim-statistik, həkim-
terapevt, həkim-cərrah, həkim-rentgenoloq ixtisasları üzrədir.
Tibb xidmətinə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və “Ədliyyə orqanların-
da qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, həmçinin
bəzi ixtisaslar üzrə rezidentura təhsili olmayan Azərbaycan Respublikasının vətəndaşları ərizə və mü-
vafiq sənədlərini təqdim edə bilərlər.
Eyni zamanda həkim-psixiatr-narkoloq, həkim-infeksionist, şüa diaqnostikası üzrə həkim (rentgen
və USM) ixtisaslı, yuxarıda göstərilən tələblərə cavab verən şəxslər Şəki penitensiar müəssisəsinin
tibb xidmətinə qulluğa qəbula dəvət olunurlar.
Ərizə və sənədlər Tibb baş idarəsinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nərimanov rayonu,
Ceyhun Hacıbəyli küçəsi 16 və18) bütün iş günləri qəbul edilir.
Tibb xidmətinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan
sənədlərin siyahısı ilə Nazirliyin internet səhifəsində və aşağıdakı telefonlar vasitəsilə əlavə
məlumat almaq olar:
- Ədliyyə Nazirliyi üzrə
www.justice.gov.az,
tel.: 538-01-62.
- Nazirliyin tibb xidməti üzrə tel.: 493-06-50, 493-30-91.
Arzu edənlərin müsabiqədə iştirakından məmnun olardıq.
Ədliyyə Nazirliyi
Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir