Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı


Terapevtik  Klinikasında  peyvənd  otağı



Yüklə 11,62 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix26.12.2016
ölçüsü11,62 Mb.
#3520
1   ...   21   22   23   24   25   26   27   28   ...   33
Terapevtik  Klinikasında  peyvənd  otağı 

yaradılıb.  Burada  xəstələrə    “Yoluxucu 

xəstəliklərin immunoprofilaktikası haqqında” 

qanunda  nəzərdə  tutulan  zəruri  peyvəndlər 

edilir.  Onlar  arasında  Hepatit  B,  vərəm, 

poliomielit, göyöskürək, tetanus və digərləri 

var.

Milli 


Peyvənd 

təqvimindəki 

siyahı-

dan  əlavə,  Klinikada  həmçinin  həkimin 

məsləhəti  ilə  aşağıdakı  xəstəliklərə  qarşı 

da peyvəndlər etdirmək mümkündür: insan 

papilloması virusu, suçiçəyi, hepatit A, me-

ninqokokk infeksiyası və qrip.

Peyvənd  otağı  ATU-nun  Tədris  Tera-

pevtik  Klinikasının  ikinci  mərtəbəsində 

yerləşir.  Bu  mərkəz  peyvəndin  aparılması 

üçün zəruri olan avadanlıqlarla təchiz edi-

lib:  peyvəndlərin  saxlanılması  üçün  soyu-

ducu,  şok  əleyhinə  yardım  vasitələri,  tibbi 

ləvazimatlar,  bakterisid  lampa  mövcud-

dur.  Bu kabinet peyvənd olunan uşaqların 

özünü yaxşı hiss etməsi üçün oyuncaqlar, 

uşaq mebeli, müasir tibbi taxtla təchiz olu-

nub, daha körpələr üçün isə bələk masası 

qoyulub.    Qeyd  edək  ki,  ATU-nun    Tədris 

Terapevtik Klinikasında vurulan peyvəndlər 

əsasən Böyük Britaniyanın GlaxoSmith Kli-

ne dərman şirkətindən alınır. Peyvəndin vu-

rulması vaksinoprofilaktika sağlamlığı üzrə 

hazırlıq  keçmiş  tibb  personalı  tərəfindən 

həyata keçirilir.

Peyvənd  otağında  xüsusi  maarifləndirici 

kitabçalar da var. Bu kabinet  gündə 2 dəfə 

dezinfeksiyaedici vasitələrlə təmizlənir.

Sonda  onu  da  qeyd  edək  ki,  peyvənd 

vurdurmaq  üçün  gərək  vətəndaşın    sağ-

lamlıq  vəziyyəti  haqqında  həkimin  yazılı 

rəyi  olsun.  Burada  həmin  şəxsin  müvafiq 

peyvənd olunmağa qarşı əks-göstərişin ol-

madığı qeyd edilməlidir. Peyvənd yalnız bu 

rəy əsasında vurula bilər.




Yüklə 11,62 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin