Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı


MƏNSUR Kardiologiya Akademiyasının ilk toplantısı



Yüklə 11,62 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix26.12.2016
ölçüsü11,62 Mb.
#3520
1   ...   18   19   20   21   22   23   24   25   ...   33
MƏNSUR

Kardiologiya Akademiyasının ilk toplantısı  

 

G



ündən –günə inkişaf 

edən müstəqil  

Azərbaycanın 

beynəlxalq aləmdə nüfuzu 

artdıqca, respublikamızın 

ali təhsil ocaqlarının da 

xarici ölkə universitetləri 

ilə  əlaqələri genişlənir. 

Belə ki, xarici ölkələrin 

mütəxəssisləri  bizim  

universitetlərlə 

əməkdaşlıq etməyə maraq  

göstərirlər.

Aprelin 8- də Türkiyə 

Cümhuriyyətinin Ordu Universiteti-

nin tibb fakültəsinin  tibbi farmakoloji 

kafedrasının professoru Dr.  Celalettin 

Semih Kunak  ATU-nun farmakologi-

ya kafedrasında  müəllim və tələbələr 

qarşısında mühazirə oxumuşdur.

 Toplantını giriş nitqi ilə açan far-

makologiya kafedrasının müdiri, 

professor Musa Qəniyev  bildirdi  ki, 

artıq universitetimiz dünyanın bir 

çox ali təhsil ocaqları ilə yaxından 

əməkdaşlıq edir, müəllim və tələbə 

mübadiləsi həyata keçirir. Tanın mş 

alimlər universitetimzə gəlir,  müxtəlif  

mövzularda mühazirələr oxuyurlar. Bu 

ölkələr arasında Türkiyə universitetləri 

ən önəmli yer tutur. Ulu öndər Heydər 

Əliyevin “ Bir millət- iki dövlət” anla-

mını  xatırladan  M. Qəniyev  türkiyəli 

alimə məlumat verdi ki, “ Mövlanə  

dəyişim” proqramı əsasında ölkələrimiz 

arasında sürətli  yaxınlaşma prosesi 

baş verib. Bütün sahələrdə olduğu 

kimi elm, təhsil sahəsində də səmərəli 

əməkdaşlıq edilmişdir.  O, qeyd et-

mişdir ki,  son illər ATU-nun rektoru,  

akademik  Əhliman  Əmiraslanovun  

gərgin zəhməti və şəxsi nüfuzu  

sayəsində  univrsitetimizin  maddi- tex-

niki bazası gücləndirilib,  beynəlxalq 

əlaqələri genişlənərək  hazırkı yüksək 

səviyyəyə çatdırılıb.  

Hörmətli qonağı  toplantı iştirakçı-

larına təqdim edən M.Qəniyev  dedi 

ki, əslən Kırım türkü olan  Celalettin 

Semih Kunakın  ölkəmizə ilk səfəridir. 

O, Tibbin bu sahəsi üzrə kifayət qədər 

tanınıb. 

Sonra professor  Celalet-

tin Semih Kunak  “Dərmanların 

təkmilləşdirilməsi”, “Dərmanların 

orqanizmdə innoaktivləşmə prosesinə 

məruz qalması”  mövzularında çıxış 

etmişdir. Alimin farmakologiya elmi-

nin müasir perspektvlərinə dair slaydlar 

və video görüntülər vasitəsilə müşayiət 

olunan mühazirəsi mütəxəssislər və 

tələbələr tərəfindən böyük maraqla 

qarşılanmışdır.

 Mühazirələrini  üç gün davam 

etdirən   professor  Celalettin Semih 

Kunak  dinləyicilərin çoxsaylı sualları-

nı da cavablandırmışdır.


Yüklə 11,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin