həyatına təhlükə hiss edərək əməliyyatdan
imtina edəsiniz?
- Hesab edirəm ki, xəstəsini müalicə
edə bilməməsi, xəstəlik qarşısında aciz
qalmas, həkim üçün ən ağır cəzadır.
Əlbəttə, xəstəni həyata qaytarmaq üçün
bir faiz ümid olubsa, əlimdən gələni
etmişəm. Təəssüf ki, xəstə qarşısında
aciz qaldığımız anlar da olub. Onda
da həmin cəzanın hansı dərəcədə ağır-
lığını cismən və ruhən yaşamış, necə
çəkdiyimi özüm bilmişəm.
Qabil ABDULLAYEV
Nuru Bayramov:
«Hazırda ölkəmizdə cərrahiyyəni
laparoskopiyasız təsəvvür etmək
mümkün deyil»
Ölkədə yeni fəaliyyət göstərən klinikaların qurulmasında danılmaz xidmətləri olub tibb
elmləri doktoru, professor Nuru Bayramovun. Bu sıradan Mərkəzi Klinik Xəstəxananın,
Gömrük Hospitalının və başqalarının adlarını çəkmək olar. Hazırda ATU-nun Cərrahiyyə
Klinikasında çalışır. Adıçəkilən kilinikanın quruculuq işlərində də əməyini əsirgəmir.
2012-ci ildən isə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdi-
ridir. 2014-cü ildən AMEA-nın müxbir üzvü seçilib. AMEA Tibb üzrə Problem Şurasının
sədri, Ali Atestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. Türkiyənin bir sıra nüfuz-
lu xəstəxanalarında təcrübə keçərək, tibbi təhsilini davam etdirib. 1991-ci ildə Moskvada
“Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tətbiqi” möv-
zusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi, 1999-cu ildə isə “Qaraciyər
rezeksiyalarından sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası” mövzusun-
da dissertasiya işini müdafiə edərək tibb elmləri doktoru dərəcəsini alıb. Bir sıra kitabların,
elmi məqalələrin, dərs və dərs vəsaitlərinin, metodik göstərişlərin müəllifidir.
Dostları ilə paylaş: |