15 aprel 2015-ci il
http://www.amu.edu.az
5
u
Aprelin 4-də Azərbaycan Tibb Uni-
versitetinin Tədris Terapevtik Kli-
nikasında Ürək Mərkəzinin təşəbbüsü ilə
yaradılan ATUKA- nın (Azərbaycan Tibb
Universiteti Kardiologiya Akademiyası) ilk
elmi tədbiri keçirilib.
Yenicə təsis olunan Kardiologiya
Akademiyasının ilk toplantısını açan
Tədris Terapevtik Klinikanın direktoru,
ə.e.x, professor Surxay Musayev bil-
dirdi ki, bu akademiya klinikada çalı-
şan gənc kardioloqların təşəbbüsü ilə
yaradılıb. Məqsəd gələcəkdə kardio-
logiya elminin yaşlı nümayəndələrini
və bu sahədə kifayət qədər tanınmış
mütəxəssisləri bura dəvət etmək, on-
ların təcrübəsini müzakirə etməkdən
ibarətdir. Ona görə də bu akademiyanı
bir elmi müzakirə klubu da adlandırmaq
olar. Sözünə davam edən S. Musayev
son illər Azərbaycanda kardiologiyanın
inkişafına böyük diqqət yetirildiyini və
tibbin bu sahəsinin ölkəmizdə sürətlə
inkişaf etdiyini vurğulayaraq dedi ki, 20
il bundan qabaq respublikamızda açıq
ürək əməliyyatı və yaxud stendləmə
işi haqında təsəvvür belə yox idi. İndi
nəinki paytaxtımızda, habelə regi-
onlarımızın bir çox şəhərlərində bu
əməliyyatlar asanlıqla həyata keçirilir.
2013-cü ilin dekabrında klinikamız-
da Ürək Damar Mərkəzi yaradıldığını
diqqətə çatdıran klinika direktorunun
sözlərinə görə, mərkəzin poliklini-
ka və stasionar şöbə sin də müalicə
və müayinə işləri yüksək səviyyədə
təşkil olunub. Ən qısa bir müddətdə
bu mərkəzdə böyük işlər görülüb, nə
qədər ağır xəstə əməlyyatlar olunaraq
şəfa tapıb. Çıxışında hörmətli rektoru-
muz, akademik Əhliman Əmiraslanovla
mərkəzin işini daha yüksək səviyyədə
qurmaq üçün məsləhətləşmələr apa-
rıldığını və müəyyən avadanlıqların
yeniləri ilə əvəz olunacağıni bildirən
professor S.Musayev ilk addımları-
nı atan Kardiologiya Akademiyasına
gələcək işlərində uğurlar dilədi.
Sonra Ürək Damar Mərkəzinin rəhbəri
Fərid Əliyev, invaziv kardioloqlar Elnur
İsayev və Fuad Səmədovun
“Müalicəyə
Dostları ilə paylaş: