Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı


M.ABBASOĞLU Fotolar Cənnətalı Çingizindir



Yüklə 11,62 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix26.12.2016
ölçüsü11,62 Mb.
#3520
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
M.ABBASOĞLU

Fotolar Cənnətalı Çingizindir

   Türkiyəli alim farmakologiya  kafedrasında  mühazirə  oxudu


http://www.amu.edu.az

15 aprel  2015-ci il

6

u  Azərbaycan Tibb Universitetinin (ATU) 



Tədris  Terapevtik  Klinikasında  “Qlobal  psixi 

sağlamlıq  və  inkişaf  xəstəlikləri”  mövzusun-

da  beynəlxalq  simpozium  keçirilib.  Tədbir 

ATU-nun  Psixiatriya  kafedrası  və  Harvard 

Universitetinin  Boston  Uşaq  Xəstəxanasının 

inkişaf  xəstəlikləri  departamenti  ilə  birlikdə 

təşkil  olunub.  Simpoziumda  ABŞ,  Türkiyə, 

Qazaxıstan,  Qırğızıstan  və  digər  ölkələrdən 

mütəxəssislər iştirak ediblər. 

 

Simpoziumun  açılış  mərasimində  çı-

xış  edən  ATU-nun  rektoru,  akademik 

Əhliman  Əmiraslanov  psixi  sağlamlıq 

və  inkişaf  xəstəliklərinin  hazırda  bü-

tün  dünya  ictimaiyyətini  narahat  edən 

məsələlərdən  biri  olduğunu  bildirib: 

“Müasir  dünyada  psixi  sağlamlıq  və 

onun  qorunması  ciddi  əhəmiyyət  kəsb 

edir.  Bu  səpkidə  Azərbaycan  Tibb  Uni-

versiteti  bir  çox  dünya  universitetləri 

ilə  elmi  və  praktiki  əməkdaşlıq  edir. 

Məhz  bu  əməkdaşlığın  nəticəsi  ola-

raq  bu  gün  Harvard  Universiteti  Bos-

ton  Uşaq  Xəstəxanasının  İnkişaf 

xəstəlikləri  departamenti  ilə  birgə 

təşkil  etdiyimiz  elmi  simpoziumun  açı-

lış  mərasiminə  toplaşmışıq”.  Rektor 

Ə.Əmiraslanovun  sözlərinə  görə,  sim-

poziumun  məqsədi  Azərbaycanla  qar-

şılıqlı  təcrübənin  paylaşılması  ilə  yana-

şı,  ölkədə  gənc  tədqiqatçı  və  alimlərin 

yetişdirilməsinə  də  kömək  etməkdir. 

Rektor  bu  məsələdə  Harvard  Universi-

teti  Boston  Uşaq  Xəstəxanasının  İnki-

şaf Xəstəlikləri Departamentinin aparıcı 

mütəxəssislərindən  biri  Dr.  Kərim  Mu-

nirin  böyük  köməyi  olduğunu  vurğula-

yıb:  “Biz  əməkdaşlığımıza  iki  il  əvvəl 

başlamışıq. Dr. Kerim Munir Türkiyə ilə 

yanaşı, Azərbaycan, Qazaxstan və Qır-

ğızıstanda  gənc  alimlərin  yetişdirilməsi 

istiqamətində  səylə  çalışmaqdadır”. 

Rektor  qeyd  edib  ki,  Tibb  Universiteti 

ilə  Boston  Uşaq  Xəstəxanası  arasında 

əməkdaşlıq çərçivəsində artıq ATU-nun 

iki  həkimi  orada  praktika  keçib  və  bu 

simpozium qarşılıqlı əməkdaşlığın daha 

da möhkəmlənməsinə xidmət edəcək. 

Daha  sonra  ATU-nun  Psixiatriya  ka-

fedrasının  müdiri,  Azərbaycanın  Baş 

Psixiatrı,  professor  Gəray  Gəraybəyli, 

Azərbaycan  Psixiatrlar  Assosiasiyası-

nın rəhbəri professor Nadir İsmayılov və 

qeyri-yoluxucu  xəstəliklər  üzrə  Qlobal 

Əqli  Sağlamlıq  Proqramının  direktoru 

Kərim Munirin giriş nitqindən sonra sim-

pozium öz işinə başlayıb. 

Dünyanın  müxtəlif  ölkələrindən  gələn 

mütəxəssislər  tərəfindən  aşağıdakı 

mövzularda  məruzələr  səsləndirilib: 

“Diaqnostik və statistik təlimat üzrə ba-

xışın keçirilməsi”, “5 psixi pozğunluq və 

qeyri-yoluxucu xəstəliklər”, “Həyat boyu 

müşahidə 

olunan 


diqqət 

çatışmazlı-

ğı  və  hiperaktivlik 

sindromu” 

(Özgür 

Önər,  Ankara  Uni-

versitetinin 

Tibb 


fakültəsi), 

“Həyat 


boyu  müşahidə  olu-

nan  psixiotik  poz-

ğunluqlar”  (Dr.  Bora 

Başkak, 


Ankara 

Universiteti 

Tibb 

Fakultəsi”, 



“Həyat 

boyu  müşahidə  olu-

nan  epilepsiya  tut-

maları”  (Sara  Spen-

ce,  Harvard  Tibb 

universiteti), “Həyat boyu müşahidə olu-

nan  autizm  spektri  pozğunluqları”  (Dr. 

Tuncay Ergene, Hacettepe Universiteti). 

ATU-nun təmsilçisi Nigar Sədiyeva isə 

“Azərbaycanda  uşaqların  normal  inki-

şafı  üzrə  perspektivlər”  mövzusunda 

çıxış  edib.  Həmçinin,  “Sinir  sisteminin 

inkişafı  xəstəliklərinin  diaqnostikasına 

yanaşma”,  “Autizm  spektri  xəstəlikləri 

üzrə  genetika  və  genomika”,  “Genetika 

və genomika üzrə tədris vəsaitləri” (Fe-

dik Rəhimov, Harvard Tibb Universiteti), 

“Əqli  pozğunluqlar  üzrə  ictimai  qayğı” 

(Qordon Harper, Harvard Tibb Universi-

teti) kimi məruzələr dinlənilib.

Simpoziumda inkişaf xəstəlikləri ilə ya-

naşı, digər psixi və nevroloji pozuntular, 

inkişaf xəstəliklərinin genetik aspektləri, 

müdaxilə  və  müalicə  metodikaları  ilə 

bağlı  fikir  mübadiləsi  aparılıb.  Toplan-

tıda  psixiatr,  nevroloq,  pediatr,  psixo-

loq-defektoloq və inkişaf pozuntuları ilə 

mübarizə  aparan  mütəxəssislər  iştirak 

ediblər. Sonda simpozium iştirakçılarına 

sertifikatlar təqdim olunub.




Yüklə 11,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin