15 aprel 2015-ci il
http://www.amu.edu.az
7
u
Stomatologiya fakültəsinin Tələbə
Elmi Cəmiyyətinin 42-ci konfransı olub.
Kliniki və xarici dillər bölməsindən ibarət
konfrans ənənəvi olaraq ATU-nun Stomatoloji
Klinikasında və xarici dillər kafedrasında
keçirilib.
Konfransı fakültə Tələbə Elmi Cəmiyyətinin
sədri, dosent Ə.Hacıyev açaraq
tələbələrimizin
beynəlxalq
tələbə
elmi
cəmiyyətlərinin
konfranslarında
layiqli
yerlər
tutduqlarını
vurğulayıb.
O,
universitet rəhbərliyinin tədqiqatçı
tələbələrə daim xüsusi qayğı
göstərdiyini bildirərək bu sahədə
ilk addımlarını atan gələcəyin
elmi tədqiqatçılarına fakültənin
dekanı, təşkilat komitəsinin sədri,
professor Zöhrab Qarayevin və
münsiflər heyətinin adından uğurlar
arzulayıb.
Kliniki bölmədə dinlənilən 11
məruzədə stomatologiyanın aktual
problemlərinə toxunulub. Texniki
imkanlardan yararlanan gənc tədqiqatçılar
kliniki materiallarını, gördükləri işləri əyani
surətdə kompyuter görüntüləri ilə nümayiş
etdiriblər.
Münsiflər heyətinin rəyinə əsasən Arzu
Əhmədova, Tural Əliyev, Vaqif Məmmədov
və Nigar Cabbarova dolğun çıxışları ilə
fərqlənərək ilk yerləri tutublar.
Xarici dillər bölməsinin konfransında
da fakültə rəhbərliyi tərəfindən TEC-in
fəaliyyətinə böyük diqqət ayrıldığını deyən
Ə.Hacıyev bu işin xarici dillər kafedrasında
yaxşı qurulduğunu diqqətə çatdırıb. O,
xüsusilə dosent D.Sultanova və baş müəllim
N.Şərifovanın daha çox sayda elmi işə
rəhbərlik etməsini, eləcə də tələbələri elmi işə
həvəsləndirərək onlardan öz köməkliklərini
əsirgəməyən
Z.Hüseynova,
V.Abıyeva,
A.Səfixanova və professor
T.Xəlilovanın
timsalında
müəllimlərin əməyini yüksək
qiymətləndirib.
Kafedra
TEC-nin
sədri,
dosent Rəna Hüseynova
Azərbaycan
Tibb
Universiteti xətti ilə tələbə
elmi
konfranslarında
yaxından iştirak etdiklərini
və bu konfransa tələbələr
hazırladıqlarını söyləyib. O,
ümumilikdə 34, o cümlədən
ingilis dilində 30, fransız
dilində 1, rus dilində isə 3
məruzənin dinləniləcəyini, ən
dolğun və maraqlı məruzələrlə
çıxış
edən
tələbələrin
konfransın 2-ci turunda iştirak etmək hüququ
qazanacaqlarını qeyd edib.
Sonra təbabətin ayrı-ayrı sahələrinə aid
maraqlı məruzələr dinlənilib. Məruzəçi
tələbələrdən Kamran Nağızadə, Cəmil
Muradov və Suqra Əzimova ilk yerlərə layiq
görülüblər.
Hər iki bölmədə fərqlənən tələbələrin
məruzələrini gənc həkimlərin və tələbələrin
Beynəlxalq Tibb Konqresinə təqdim etmək
tövsiyə olunub.
Dostları ilə paylaş: