Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı


Müsahibə u  Həmin  gün  1948-ci  ildə  Dünya  Səhiyyə



Yüklə 11,62 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix26.12.2016
ölçüsü11,62 Mb.
#3520
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
Müsahibə

u  Həmin  gün  1948-ci  ildə  Dünya  Səhiyyə 



Təşkilatının yaradıldığı gün - hər il aprelin 7-də 

qeyd  olunur.  Dünya  Sağlamlıq  Gününün  qeyd 

edilməsi  1950-ci  ildən  ənənəyə  çevrilib.  Həmin 

tarixi andan dünyanın 200-ə yaxın dövləti DST-

nin üzvü olub.

 

Dünya  Sağlamlıq  Günü  münasibətilə 

tədbirlər  insanların  sağlamlığın  çox 

böyük 


əhəmiyyət 

daşıdığını 

başa 

düşməsi  üçün  keçirilir.  Dünya  Sağlam-



lıq  Günü  hər  il  dünya  səhiyyəsi  qarşı-

sında  duran  qlobal  problemlərə  həsr 

olunur  və  “Çoxlarının  həyatının  xila-

sı  sənin  qanının  təhlükəsizliyindədir”, 

“Fəallıq  uzunömürlülüyə  aparan  yoldur”, 

“Hamiləlik  həyatda  xüsusi  hadisədir.  Onu 

təhlükəsiz  edək”,  “Sağlamlığımızı  iq-

lim  dəyişmələrindən  qoruyaq”  və  s.  kimi 

müxtəlif devizlər altında keçirilir.

2015-ci  ildə  Dünya  Sağlamlıq  Gü-

nünün  mövzusu  “Qida  məhsullarının 

təhlükəsizliyi”dir.  DST-nin  məlumatına 

görə, hər il təqribən 2 milyon insanın ölümü 

(dəhşətlisi budur ki, əsas etibarilə uşaqla-

rın ölümü) təhlükəli qida məhsulları ilə bağ-

lıdır. Qidanın tərkibində olan patogen bak-

teriyalar, viruslar, parazitlər və ya təhlükəli 

maddələr ishaldan tutmuş xərçəngə qədər 

200-dən  çox  xəstəliyin  səbəbidir.  Qida 

məhsullarının  təhlükəsizliyinə  daim  yeni 

təhlükələr  yaranır.  Kifayət  qədər  yaxşı 

bişirilməyən  heyvan  mənşəli  məhsulları, 

nəcislə  çirklənmiş  meyvə  və  tərəvəzi, 

tərkibində  dəniz  biotoksinləri  olan  mol-

yuskları  təhlükəli  məhsullara  nümunə 

göstərmək  olar.  Odur  ki,  bu  il  “Ferma-

dan  boşqaba  qədər  -  qida  məhsullarını 

təhlükəsiz edək!” devizi ilə keçirilən Dünya 

Sağlamlıq  Günü  müxtəlif  hökumət  sek-

torlarında  işləyənlərin,  fermerlərin,  isteh-

salçıların,  pərakəndə  satış  müəssisələri 

işçilərinin,  tibb  işçilərinin,  habelə  isteh-

lakçıların  diqqətini  qida  məhsullarının 

təhlükəsizliyinin əhəmiyyətinə və hər bir in-

sanın boşqabındakı məhsulların təhlükəsiz 

olduğuna  əminlik  hiss  etməsi  üçün  hər 

kəsin  nə  kimi  rol  oynaya  biləcəyinə  cəlb 

etmək imkanı verir.

Azərbaycan ilə DST arasında əməkdaşlıq 

uğurla  inkişaf  edir  və  bu  da  səhiyyə 

sahəsində  keçirilən  islahatlar  baxımın-

dan  əhəmiyyətlidir.  DST-nin  Avropa  Re-

gional  Komitəsinin  sessiyasının  2011-ci 

ilin  sentyabrında  ölkəmizdə  keçirilməsi 

bunu təsdiq edir. Bundan əlavə, ölkəmizdə 

əhalinin  sağlamlığının  təmin  olunması  və 

səhiyyə sisteminin maddi-texniki bazasının 

möhkəmləndirilməsi  istiqamətində  konkret 

tədbirlər görülür.

Son  10  ildə  səhiyyəyə  ayrılan  büdcə 

vəsaiti  10  dəfədən  çox  artıb.  Bu  müddət 

ərzində  əksəriyyəti  respublikanın  re-

gionlarında  yerləşən  500-dən  çox  tibb 

müəssisəsi  inşa  edilib  və  əsaslı  təmir 

olunub,  bütün  müəssisələr  müasir  tibb 

avadanlığı  və  texnika  ilə  təmin  olunub. 

Azərbaycan Prezidenti İlham Əliyev 2014-

cü ilin iyununda “Ana və uşaqların sağlam-

lığının yaxşılaşdırılmasına dair 2014-2020-

ci  illər  üçün  Dövlət  Proqramı”nın  təsdiq 

edilməsi  haqqında  Sərəncam  imzalayıb. 

Əhalinin  ümumi  dispanserləşdirilməsi 

səhiyyə sistemində məcburi qaydaya çev-

rilir.  Yoluxucu  xəstəliklərə  qarşı  mübarizə 

sahəsində  əhəmiyyətli  nəticələr  əldə  olu-

nub.  Bu  sahə  praktiki  səhiyyənin  prioritet 

istiqaməti kimi daim diqqət mərkəzindədir. 

Ana və uşaq ölümünün səviyyəsi bir neçə 

dəfə azalıb.


Yüklə 11,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin