Dünya florasının tərkibində Qaymaqçiçəklilər – Ranunculaceae fəsiləsinin 40-dan artıq cinsi
və 1500-dən növü yayılmıĢdır. Yer kürəsi florasından tərkibində kalta cinsinin 90-a qədər
növüyayılmıĢdır. Bu növlərə ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlmək olar.
Kaltanıno cümlədən Azərbaycanda 2 növünə rast gəlmək olar. Bu növlərdən bataqlıq kaltası
Caltha palustrisL.və çoxləçəkli kalta – C. polypetala Hochst.-ugöstərmək olar.
Bu növlərin içərisində müalicəvi əhəmiyyətinə, qida xüsusiyyətlərinə və boyaq ekstraktı
alınmasına görə çoxləçəkli kalta daha çox faydalıdır.
Çoxləçəkli kalta – Caltha polypetala Hochst.Bu gövdəsinin hündürlüyü 35-50 sm olan
budaqlanan, silindrvari iyĢəkili kök sisteminə malik çoxillik ot bitkisidir.
Çoxləçəkli kaltaya Azərbaycan ərazisində Böyük Qafqazda Quba rayonunun Ģərqində, Kiçik
Qafqazın Ģərq və Ģimal zonalarında, Naxçıvan
MR-nın dağlıq ərazilərində rast gəlmək olar.
Bundan baĢqa bitkiyə subalp çəmənliklərindən
tutmuĢ alp çəmənliklərinə qədər zonalarda nəmli
yerlərdə, göl və çay kənarlarında, bataqlıqlarda
təsadüf etmək olar.
Quru otunun tərkibində anemonin, saponin
flavonoid birləĢmələri, fitonsid və s. aĢkar
edilmiĢdir.
Müalicə məqsədləri üçün bitkinin yuxarı
hissəsini toplayıb təzə və qurudulmuĢ halda
istifadə edirlər. Kaltadan alınan preparatlardan vitamin çatıĢmazlıqlarında, soyudəymə əleyhinə,
yarasağaldıcı, bəlğəmgətirici, ağrıkəsici, qıcolma, ĢiĢ əleyhinə və s. istifadə edilir.
Xalq təbabətində bitkinin sulu məhlulundan yuxusuzluqda, baĢ ağrılarında, maddələr
mübadiləsi pozuntularında, soyuqdəymə, titrətmə, xərçəng ĢiĢləri əleyhinə iĢlədilir.