70
Bitkinin, yerüstü hissəsindən alkaloid və flavonoid maddələri aĢkar edilmiĢdir.
Yerüstü hissələrindən hazırlanan preparatlar Tibet təbabətində göz zəifliyində, epilepsiyada,
qankəsici vasitə kimi istifadə edilir. Çiçəklərindən qiymətli flavonoid və karotinoid maddələri ilə
zəngin boyaq maddəsi alınır.
Müalicə məqsədləri üçün bitkinin əsasən kök hissəsindən istifadə edirlər.
Xroniki qəbizlik zamanı doğranmıĢ kökündən 3 xörək qaĢığı 1 stəkan arağın üzərinə töküb,
bir həftə qaranlıq yerdə saxlayın. Sonra süzüb 1 çay qaĢığı həcmində gündə 2-3 dəfə yeməyə 15-20
dəqiqə qalmıĢ qəbul edin.
Maddələr mübadiləsinin pozulmasında, sidik turĢusıınun artmasında, böyrək və sidik
kisəsində olan daĢlarının kənar edilməsində, dəri xəstəliklərində 1 xörək qaĢığı doğranmıĢ kökü 1
stəkan suyun üzərinə töküb qaynama dərəcəsinə çatdırandan sonra üzərini örtüb, yarım saat
dəmləyib süzün. Sonra gündə 3-4 dəfə 1 xörək qaĢığı yeməyə 30 dəqiqə qalmıĢ daxilə qəbul edin.
Böyrəyin iltihabı (nefrit) zamanı isə bitkinin kökünü tozağacı yarpağı ilə qarıĢdırın. Sonra
qarıĢıqdan 1 xörək qaĢığı 1 stəkan qaynar suya töküb 3-4 saat dəmləyin. Daha sonra süzüb stəkanın
1/3 hissəsi qədər gündə 2-3 dəfə yeməyə az qalmıĢ qəbul edin.
Dostları ilə paylaş: