Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə180/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   176   177   178   179   180   181   182   183   ...   730
Xardal – Sinapis L.  
 
 
Xardal  tərkibindəki  çoxlu  miqdarda  mineral  maddələr,  vitamin  qrupları  və  təbii 
antioksidantlarla  zəngin  xammal  hesab  edilir.  Ən  baĢlıcası  ondan  ibarətdir  ki,  xardal  qiymətli 
texniki, qida və ədviyyat təbiətli bitkidir. Belə ki, onun qabığı təmizlənmiĢ toxumlarından yağı isti 
Ģəraitdə  sıxma  üsulu  ilə  almaq  olur.  Xardalın  toxumundan  qiymətli  ədviyyə  məhsulu  əldə  edilir. 
Xardaldan  hazırlanan  ədviyyə  məhsulları  dünyanın  əksər  xalqlarının  mətbəxlərinin  sevimli 
qatqısına çevrilmiĢdir.  
Əvvəllər  xardaldan  ya  bütöv  halda,  ya  da  iri 
yarma  Ģəklində  istifadə  edilirmiĢ.  Xardal  toxumlarını 
sirkə  turĢusu  ilə  qarıĢdırıb  2-3  gün  saxladıqdan  sonra, 
tünd, kəskin tama malik ədviyyə alınırdı. Ġllər keçdikcə 
xardalın  hazırlanma  texnologiyası  da  dəyiĢilirdi.  Ən 
kəskin  və  xoĢ  iyə  malik  keyfiyyətli  ədviyyələr 
Fransada  istehsal  olunurdu.  XVI  əsrdə  Fransanın 
Orlean  və  Cipne  Ģəhərlərində  ―xardal  istehsal  edən 
xüsusi  cəmiyyətlər‖  də  yaradılmıĢdır.  XVIII  əsrdə 
Fransanın  Cijonski  Ģəhərində  xardal  istehsal  edən 
sexlərdə  kəskin  tama  malik  ―ağ‖  rəngli  xardal  ədviyyəsinin  reseptləri  hazırlanmıĢdır.  Xardalın 
toxumlarını üzüm yetiĢən dövrlərdə toplanması məsləhət görülürdü. Xardal toxumları zəif sarı rəng 
alan  zaman  toxumları  toplayırdılar.  Qəhvəyi  və  qara  rəng  alan  zaman  toxumları  qabıqdan 
təmizləyir, əvvəlcədən turĢudulmuĢ üzüm sirkəsinə və ya ağ çaxıra töküb ondan qiymətli ədviyyə 
hazırlanırdı.  Hazırda  Fransada  çoxsaylı  xardal  nümunələri  hazırlanır.  Fransada  100-dən  çox 
müxtəlif  tama  və  xoĢ  iyə    malik  limon,  çaxır,  ananas  və  s.  iyini  xatırladan  xardal  ədviyyələri 
aĢpazlar arasında geniĢ Ģöhrət qazanmıĢdır.  Gijon xardalının tərkibinə yabanı almadan hazırlanmıĢ 
Ģirədən,  duz  və  digər  ədviyyə  növlərindən  qatmaqla  məhsul  hazırlayırlar.  Bu  ədviyyə  növü 
fransızların  klassik  məhsulu  hesab  edilir.  Yeni  hazırlanmıĢ  ədviyyəni  bifĢteks,  pörtlədilmiĢ  ətin 
yanına qoyub istifadə edirlər. Bordoviski xardalının tərkibinə sirkə, Ģəkər tozu, tərxun və bir neçə 
yabanı tərəvəz və ədviyyələr əlavə edib, soyuq ət və kolbasa ilə yeyilir.  
Dünya  florasının  tərkibində  kələmkimilər  fəsiləsinin  3200  növü  və  375  cinsi  əhatə  edir. 
Xardal cinsinin isə 4 növü  yayılmıĢdır. Azərbaycan florasının tərkibində isə əsasən 3 növünə rast 
gəlmək olar. Xardal cinsinin ədviyyat və müalicə vasitəsi kimi 3 növündən – ağ, qara və rus (sarpet) 
istifadə edilir.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin