Bioloji xüsusiyyətləri: Soyuğa davamlıdır. Cücərtiləri 4-5°C Ģaxtaya davam gətirir. Ġyun
ayında çiçək açır, toxumları avqust-sentyabr aylarında yetiĢir. Toxumları cücərmə qabiliyyətini 9-
10 il saxlayır.
Sarpet xardalı quraqlığa davamlı, torpağa çox tələbkar deyildir.
Çoxaldılması və aqrotexnikası: Toxum vastisəliə əkilib becərilir. Ən yaxĢı sələfi paxlalılar
fəsiləsinə daxil olan və mədəni halda əkilib becərilən növlər hesab edilir. Əkinə hazırlıq iĢləri
sahənin alaq otlardan təmizlənməsi, Ģumun yaxĢı aparılması, malalanması və kultivasiya iĢlərinin
yerinə yetirilməsi ilə baĢlayır. ġum aparıldıqdan sonra hər hektar sahəyə 35 kq azot, 45-60 kq fosfor
və 60 kq kalium mineral gübrələri verilir. Sarpet xardalları lobya, noxud və s. bitkilər kimi cərgələr
arası üsulla əkib becərirlər. Sarpet xardalının yarpaq sortlarını ilin müxtəlif vaxtlarında əkib yaĢıl
ədviyyat kimi müxtəlif yeyinti məhsulların tərkibinə əlavə edirlər. Sarpet xardalını az duzlu
torpaqlarda cərgələrin arası 45-70 sm olmaqla hər hektar sahəyə 9-12 kq toxum səpməklə prosesi
baĢa çatdırırlar. Toxumları 2-3 sm torpağın dərinliyinə basdırırlar.