Elmi redaktorlar amea-nın müxbir üzvləri


Məhsulun  toplanması  və  saxlanılması



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə183/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   179   180   181   182   183   184   185   186   ...   730
Məhsulun  toplanması  və  saxlanılması:  Xardalın  məhsulunu  toxumları  bərkiyib  qatı  süd 
halına  düĢdüyü,  yarpaqları  tökülməyə,  bitkidə  saralma  baĢ  verən  zaman  toplayırlar.  Əldə  olunan 
toxum  məhsulunu  sərib  qurudur,  nəmliyi  10%  olduqda  havası  daim  dəyiĢilən  anbarlara  doldurub 
saxlayırlar.  Hər  hektar  sahədən  1,2-1,5  ton  toxum  əldə  edilir.  Xardalın  yaĢıl  yarpaq  formasını 
istənilən zaman toplanıb ədviyyat kimi istifadə edilir.  
İstifadə olunma sahəsi: Xardalın toxumlarının tərkibində 35-47%-ə qədər yağ və 0,5-1,7% 
efir  yağı  aĢkar  edilmiĢdir.  Yağı  yüksək  keyfiyyətə  malik  olduğundan  kulinariyada,  çörəkbiĢirmə, 
qənnadı,  konserv  sənayesi  sahələrində,  eləcə  də  sabunbiĢirmə,  toxuculuq,  əczaçılıq  sənayesində 
geniĢ  istifadə  edilir.  Bundan  əlavə  Fransa,  Türkiyə,  Ġngiltərə  və  Rusiyanın  əksər  rayonlarında  və 
digər  ölkələrdə  xardal  yağından  yüksək  keyfiyyətli  salatların;  paxla,  göy  noxud,  lobyadan,  ətdən 
hazırlanan müxtəlif xörəklərin tərkibinə qatılır. Əldə olunan efir yağından isə ətriyyat-kosmetika və 
konserv sənayesində tətbiq edilir. Yağı çıxarılmıĢ toxumlarını sərib qurudur, toz halına salıb, ondan 
xoĢ iyli yandırıcı dada malik aĢxana ədviyyəsi və digər ədviyyələrə müxtəlif nisbətlərdə qarıĢdırıb, 
yeni  ədviyyə  növləri  hazırlayıb  yeyinti  məhsullarının  tərkibinə  əlavə  edirlər.  Tozundan  konserv 
məhsullarının  tərkibinə  qatıb  onların  uzun  müddət  xarab  olmadan  saxlanılmasına  Ģərait  yaradır. 
Xardalın  tozundan  ―Kuban‖,  ―Cənub‖,  ―Moskva‖,  ―Yubileynıy‖  Ģorbalarının  tərkibinə  qatmaqla 
yanaĢı  mayonezlərin  hazırlanmasında  geniĢ  istifadə  edilir.  Sarpet  xardalından  dünyanın  bir  çox 
ölkələrində  ədviyyə  kimi  istifadə  edilir.  Xardal  sousların,  buterbrodun,  ət  və  balıq  xörəklərinin, 
soyuq  qəlyanaltlıqlarının  tərkibinə  əlavə  olunur.  PolĢa  xalqı  kartofdan  hazırlanan  müxtəlif 
xörəklərin tərkibinə ədviyyə kimi xardal qatırlar. Bundan əlavə, ət və balıq qızartmalarının ətirli və 
tamlı olması üçün üzərinə xardal səpirlər. Udmurd xalqı duza əlavə olunmuĢ xardal tozundan tomat 
(pomidor) Ģirələrinin tərkibinə qatıb onların uzun müddət saxlanılmasında mühim əhəhmiyyət kəsb 
edir. Tatarıstanda və Belarusda Ģorabaya qoyulmuĢ almaların tərkibinə qatılır. Ən incə və xoĢ tama 
malik olan xardalın yaĢıl  yarpalarından xörəklərə dad və xoĢ ətirli acımtıl tam vermək üçün geniĢ 
istifadə edilir.  
Xardalın  cavan  yaĢıl  yarpaqlarının  100  qramının  tərkibində  400  mq%  C  vitamini  aĢkar 
edilmiĢdir.  Bitkidən  kosmetik  vasitə  kimi  də  istifadə  edilir.  Xardal  tozunu  balın  tərkibinə  qatıb 
qarıĢdırıb,  üzərinə  ağ  zanbaq  çiçəklərindən  hazırlanmıĢ  cövhəri  əlavə  edib  alınan  məlhəmdən 
çibanın üzərinə yaxın. Yaxmanı çibanların sağalıb qutarmasına qədər davam etdirin.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin