Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə186/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   182   183   184   185   186   187   188   189   ...   730
Bioloji xüsusiyyətləri: Ağ xardal sarpet xardalına nisbətən soyuğa davamlıdır. Toxumları 1-
2°C-də  cücərti  verməyə  baĢlayır.  Cücərtiləri  -6°C-dək  uzun  müddət  qaldıqda  tələf  olmur.  Sarpet 
xardalına nisbətən quraqlığa az davamlı olub, torpağa az tələbkardır.  
Çoxalması və aqrotexnikası: Toxumları vasitəsilə əkilib becərilir. Hər həktar sahəyə 15-18 
kq toxum səpilir. Cərgələr arası eninə əkildikdə isə hər hektar sahəyə 10-12 kq toxum lazım gəlir. 
Aqrotexnikası sarpet xardalı kimidir.  
Məhsulun  toplanması  və  saxlanılması:  Ağ  xardalın  qabıqları  çatlamadığına  görə 
kombayınla  toplayırlar.  Toxumları  qəhvəyi  sarı  rəng  alan  dövrlərdə  toplayırlar.  ToplanmıĢ 
toxumları daima havası dəyiĢilən anbarlara doldurub saxlayırlar. Hər hektar sahədən 1,5 ton toxum 
əldə edilir.  
Tibbi  əhəmiyyəti:  Ağ  xardalın  toxumlarının  tərkibində  sinalbin  qlükozidi  16,5-38,5%-ə 
qədər piyli  yağ aĢkar edilmiĢdir. Yağı maye halında olub, tünd sarı rəngli xoĢ iyə, özünə məxsus 
acımtıl  tama  malikdir.  Ağ  xardaldan  hazırlanan  preparatlardan  Türkiyədə,  Venesuelada,  Çində, 
Hindistanda  və  s.  ölkələrdə  skleroza,  hipertoniya,  qara  ciyər  və  öd  kisəsi,  həzm  pozuntularında, 
köpmə, revmatizm, ekzema və s. xəstəliklərin müalicəsində istifadə edilir.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin