Elmi redaktorlar amea-nın müxbir üzvləri


Düzqalxan  qaytarma  –  Potentilla  erecta  (L.)  Raeusch



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə206/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   202   203   204   205   206   207   208   209   ...   730
Düzqalxan  qaytarma  –  Potentilla  erecta  (L.)  Raeusch.  
Hündürlüyü  20-25  (50)  sm-ə  qədər  olan  kökü  yumru  oduncaqvari, 
çoxillik  ot  bitkisidir.  AĢağıda  yerləĢən  yarpaqları  saplağından 
uzundur.  Orta  və  yuxarıda  yerləĢən  yarpaqları  oturandır.  Çiçəkləri 
gövdə  üzərində  tək-tək  yerləĢmiĢ,  qızılı-sarı  rəngli  4  ləçəkdən 
ibarətdir. Bitki may-iyun aylarında çiçək açır. Ġyul-avqust aylarında 
meyvə  verir.  Bitkiyə  Azərbaycanda  Böyük  Qafqazın  Quba 
ərazilərində,  o  cümlədən  orta-dağ  yamaclarında,  meĢələrin  yuxarı 
hissələrində, çəmənliklərdə təsadüf edilir.  
 Qədimdə spirt çəkənlər qaytarmanı çox sevirdilər. Çünki, qaytarmanın qurudulmuĢ otu ilə 
spirti  konyak  rənginə  boyayırdılar.  Bu  spirtin  kəskin  iyini  yumĢaldırdı  (aradan  qaldırırdı). 
Qaytarmanın kökündən alınan ekstraktlarla yüz illərdir ki, qanlı ishala qarĢı istifadə edildiyinə görə 
bitkiyə qankəsici kök, ishal kökü və s. adlar verilmiĢdir.  
Bitkinin  latınca  adının  mənası  ―qüvvə,  güc‖  deməkdir.  Xalq  arasında  bitkini  qırmızı  kök, 
güclü, palıdlıq, darcıq, yeddibarmaq və s. adlarla tanıyırlar.Bitkidən hazırlanan preparat apteklərdə 
―kalqan kökü‖ – Tormentillae  rhizoma adı ilə satılır. 
Bitkinin  kökünün  tərkibində  tormentol  efiri  (C
35
H
50
O
10
),  tormentil  qlükozid,  flobafen, 
flavanoidlərdən:  kempferol,  6%-ə  qədər  triterpenoid  maddələrindən  –  xinovikov  turĢusu, 
termentezid,  flobafen,  fenolkarbon  turĢularından:  qall,  kofein,  n-kumarin,  protokaxinlərdən: 
katexin,  qallokatexin,  epiqallotexin,  qallokatexinqallat,  epiqallokatexinqallat,  niĢasta,  mum,  qətran 
və s. aĢkar edilmiĢdir. Bundan baĢqa kökümsovunda 5,03 % kül, mq olmaqla: K - 6,10, Ca - 7,40, 
Mg - 0,80, Fe - 0, 40 makroelementləri, mkq/q-la: Mn - 250,0, Cu - 1,04, Zn - 2,02, Co - 0,96, Cr - 
0,02,  Al  - 0,25,  Ba  - 3,06, V  - 0,09, Se  - 6,70, Ni  - 1,34,  Sr  - 0,81, Pb  - 0,28,  I  -  0,25, B  - 24,80 
mikroelementləri aĢkar edilmiĢdir.  
Düzqalxan  qaytarmanın  soyuqdəymə  əleyhinə  büzüĢdürücü,  bakterisid  təsir  göstərməsinə 
əsas  səbəb  kökündə  olan  aĢı  maddəsi,  ən  çoxu  isə  katexin  birləĢmələridir.  Qaytarmadan  alınan 
ekstraktların  köməyi  ilə  qan  kapilyarlarının  qırılmasının  qarĢısının  alınmasında,  damar 
yığılmalarında,  qankəsici  və  s.  vasitə  kimi  istifadə  edilir.  Bitkini  mədənin  köməkçisi  də 
adlandırmaq  olar.  Bitki  ishalın  qarĢısını  alır.  Mədə-bağırsaqda  baĢ  verən  bakteriya  pozuntularını 
aradan qaldırmaqla yanaĢı mədə qanaxmalarını da dayandırır. Ġshal zamanı qaytarmadan hazırlanan 
çaylardan istifadə edilir. Bu resepti hər bir ailə yazıb yadda saxlamalıdır. Bunun üçün 1 çay qaĢığı 
otundan 150 ml qaynar suya töküb vam odun üzərində 10 dəqiqə saxlayıb süzün. Gündə 2-3 dəfə, 
yeməkdən sonra 1 fincan qəbul edin. Bu cür müalicəvi çaydan enterit, enterokolit, dispepsiyanı və 
s. xəstəliklərin müalicəsində istifadə edilir.  
Elmi  təbabətdə  bitkinin  kökündən  hazırlanan  dəmləməsindən  ağız  və  udlaq 
soyuqdəymələrində  stomatit,  gingivit,  faringitdə,  anginada  və  s.  iĢlədilir.  Bunun  üçün  20  q 
qurudulmuĢ kök hissəsindən götürüb 1 litr suya töküb 10 dəqiqə biĢirin. Sonra süzüb azca soyudub 
boğazınızı qarqara edin.  
Ġrinli  yaraların,  dəri  çatlamalarının,  yanıqların  və  donvurmaların  müalicəsində  qaytarma 
dəmləməsindən  istifadə  edilir.  Dəridə  baĢ  verən  nasazlıqları  aradan  qaldırmaq  üçün  daha  qatı 
ekstraktı iĢlədilir.  Bunun  üçün  2  xörək  qaĢığı  doğranmıĢ  hissəsindən  götürüb  250  ml  suya  töküb, 
qaynadıb  ekstraktını  alıb  süzün.  Bu  ekstrakt  babasil  ĢiĢlərində,  eləcə  də  qadın  xəstəliklərində,  o 


91 
 
cümlədən uĢaqlıq qanaxmalarında istifadə edilir.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin