GÜLÇĠÇƏKLĠLƏR – Rosaceae Juss. fəsiləsi
Dərman sincanotu (qanbatı) – Sanguisorba officinalis L.
Dünya florasının tərkibində Gülçiçəklilər fəsiləsinin 120 cinsi və 2000-dən artıq novü
yayılmıĢdır. Bu növlərin əksəriyyəti Ģimal zonasının mülayim ərazilərində təsadüf edilir. Sincanotu
cinsinin elmə 20-yə yaxn növü məlumdur. Qafqazda, o cümlədən Azərbaycanda bir növü – dərman
sincanotu – Sanguisorba offıcinalis L. yayılmıĢdır. «Sanguisorba» latınca qankəsici deməkdir.
Dərman sincanotu – hündürlüyü bir metr, odunlaĢmıĢ üfiqi istiqamətdə yerləĢən kökümsova
və uzun köklərə malik ot bitkisidir. Gövdəsi budaqlanan, qabırğalıdır. Kökətrafı yarpaqları uzun
saplaqlı, lələkvari, gövdə yarpaqları oturaq olub, 6 sm uzunluğunda uzunsov-
yumurtavari, kənarları iti diĢlidir. Tünd-qəhvəyi, qırmızı, xırda çiçəkləri oval
və slindrik baĢcıqlı sünbülçiçək qrupunda toplanmıĢdır. Meyvəsi açıq-
qəhvəyi, quru toxumdan ibarətdir. Ġyun-avqust aylarında çiçək açır, meyvəsi
avqust-sentyabrda yetiĢir.
Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarının çəmənliklərində,
Quba-Qusar zonasında yayılmıĢdır. Ona nəmli çəmənliklərdə də rast gəlmək
olar.
Kök və kökümsovları aĢı maddələri ilə zəngindir. Kökümsovun
tərkibində 12-13%, kökündə 16-17%, fırının tərkibində isə 23%-ə qədər aĢı maddəsi aĢkar
edilmiĢdir. Bundan əlavə kökündə 2,4-3,0%-ə qədər saponin, 1,8% efır yağı, kempferol, kversetin
flavonoidləri, 29% niĢasta, A, B, C, D, E vitaminləri və s. tapılmıĢdır.
Kökümsov kökünün tərkibində 8,13%-ə qədər kül maddəsi, mq/q-la: 5,80 - K, 23,10 - Ca,
2,90 - Mg, 0,40 - Fe makroelementləri, mkq/q-la 0,47 - Mn, 0,03 - Cr, 0,31 - Al, 5,71 - Ba, 0,12 - V,
1,15 - Ni, 6,14 - Sr, 0,06 - Pb, 0,10 - J mikroelementləri aĢkar edilmiĢdir. Dərman və kosmetika
sahəsində kökləri ilə birlikdə kökümsovlarından da istifadə edilir. Avqust və senlyabr aylarında
kökləri torpaqdan qazılıb çxarılır, soyuq su ilə yuyulub təmizlənir və açıq havada qurudulur.
Elmi təbabətdə qurudulmuĢ kökümsovlardan (sulu biĢirmə və spirtli duru ekstrakt halında)
qankəsici dərman kimi babasil və uĢaqlıq qanaxmalarında, ĢiĢlərin müalicəsində, həmçinin mədə-
bağırsaq xəstəliklərində, dizenteriyada və kəskin xroniki enterokolitlərdə büzüĢdürücü, antiseptik,
iltihab və öskürək əleyhinə dərman kimi istifadə edilir.
Anginanın, gingivitin, stomatitlərin müalicəsində də iĢlədilir.
Xalq təbabətində qurudulmuĢ köklərini və yarpaqlarını ayrı-ayrılqda çay kimi dəmləyib
qarın ağrılarında, ishalda, dizenteriyada, yuxarı tənəffüs yolları soyuqdəymələrində bəlğəmgətirici
vasitə kimi istifadə edirlər. Sulu dəmləməsindən uĢaqlıq qanaxmalarında qankəsici vasitə kimi
iĢlədirlər.
Kosmetika və dermatologiya sahəsində kök, eləcə də kökümsovundan hazırlanan dəmləmə,
cövhər və məlhəmlərdən irinli yaraların təmizlənməsində, vena soyuqdəymələrində, ekzema
qaĢınmalarında istifadə edirlər. BaĢqa bitkilərlə qarıĢdırıb tükün dibinin möhkəmləndirilməsi
məqsədilə də iĢlədilir. Sincanotundan hazırlanan vannalardan dəriyə yaxın venaların normal hala
salınmasında istifadə olunur. Dərman sincanotundan Fransa, PolĢa, Bolqarıstan, Slovakiya və s.
ölkələrin kosmetika sahələrində istifadə edilir.
Biz isə bitkinin kök və kökümsovlarından ilk dəfə aĢı təbiətli boyaq məhlulu hazırlayıb yun
və ipək məmulatlarını sarımtıl-boz, sarı, boz, bozumtul-qəhvəyi, yaĢılımtıl-boz, yaĢılımtıl, mixəyi,
qonur, tütünü, tütünü-sarı, zeytunu və s. rəng və çalarlara boyadıq. Sincanotunun kök və
kökümsovlarından alınan aĢı və boyaq təbiətli qatı ekstraktından ətriyyat-kosmetika, sabunbiĢirmə
və gön-dəri sənayelərində istifadə etmək olar.
Dostları ilə paylaş: |