Elmi redaktorlar amea-nın müxbir üzvləri


ġərq alması – Malus orientalis Uglitzk



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə220/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   216   217   218   219   220   221   222   223   ...   730
ġərq alması – Malus orientalis Uglitzk. 
 
Dünya  florasının  tərkibində  alma  cinsinin  50-yə 
qədər  növü  yayılmıĢdır  (Al.A.Fyodorov  və  O.M.Poletiko. 
1954;  Ġ.T.Vasilçenko,  1963).  Qafqazda,  o  cümlədən  də 
Azərbaycanda  ən  çox  2    növünə  rast  gəlinir.  Bunlar  Ģərq 
alması - M.orieıualis Uglitzk. və ev alması  - M.domestica 
Borkh.  növləridir.  Ən  geniĢ  yayılanı  Ģərq  almasıdır.  ġərq 
alması - M.orientalis Uglitzk. kol və ağac formasında olub 
hündürlüyü  6-8  m,  bəzən  də  18  m-ə  çatır.  Enli  çətiri 
çadırvaridir.  Cavan  budaqları  bəzən  tikanlı,  az  və  ya  çox 
tüklüdür.  Qabığı  tünd-qəhvəyi,  yaĢıl  budaqlarının  qabığı 
isə  tünd-boz  və  ya  tünd-qonur  olub,  parlaqdır,  pulcuqlar 
Ģəklində qopur. Yarpaqları yumurtavari, lanset formalı və ya enli, oval Ģəkillidir. Çiçək qrupu 4-6 
çiçəkdən  ibarətdir.  Çiçəkləri  keçətüklüdür.  Meyvələri  müxtəlif  formalı,  əksərən  dəyirmi  olub, 
diametri 2-3 sm-dir. Ekoloji Ģəraitdən asılı olaraq, aprel-may aylarında  çiçəkləyir, iri, ətli və Ģirəli 
meyvəsi  avqust-sentyabr  aylarında  yetiĢir.  Qrup  halında  rast  gəlinən  kolların  və  sıxlıqda  bitən 
ağacların  meyvəsi  xırda, açıqlıqda  tək-tək  bitən  ağacların  meyvəsi  isə  bir  qədər  iri  olur.  YetiĢmiĢ 
meyvələr  çox  müxtəlif  -  sarı,  göyümtül,  qırmızı,  qırmızımtıl-ağ,  qırmızı  zolaqlı  və  ağımtıl-sarı 
rənglərdə  olur.  ġərq  alması  meyvələrinin  dadı  az  Ģirin,  turĢməzə  və  əksər  hallarda  acı  tamlı  olur. 
Bəzən elə acı tamlı meyvəyə təsadüf edilir ki, acılığından yemək belə mümkün olmur. Belə almalar 
qurudulub qax halına salındıqda acılığı bir  qədər azalır və yeməli olur. ġərq alması Azərbaycanın 
bütün meĢə rayonlarında geniĢ yayılmıĢdır. Azərbaycanın bir sıra rayonlarında «cırtdan alma»sı da 
məĢhurdur. 
Naxçıvan MR-də rast gəlinən cırtdan alma diqqəti daha çox cəlb edir o, çoxlu miqdarda iri 
və dadlı meyvə verir. 
ġərq  almasının  tərkibində  2,42%-ə  qədər  alma,  çaxır,  limon,  xlorgen  və  arabin  turĢuları, 
12%-ə  qədər  Ģəkər,  pektin,  aĢı  və  boyaq  maddələri,  64,2%  C  vitamini,  karotin,  B,  B
2
,  B
3
,  B

vitaminləri,  dəmir  və  fosfor  makroelementləri,  manqan,  mis,  kalsium  mikroelementləri,  efir  yağı, 
qabıq hissəsindən flavonoid maddələri, toxumundan 0,6% amiqdalin qlükozidi, 15%-ə qədər piyli 
yağ aĢkar edilmiĢdir. 
Yeyinti məqsədləri üçün Ģərq almasının meyvələrindən geniĢ istifadə olunur. ġərq almasının 
bəzi  formalarının  meyvələri  Ģirintəhər  və  çox  vitaminlidir.  Meyvələrindən  kompot,  cem,  povidla, 
pastil, jele, marmelad, kvas, Ģirə, kisel sərinləĢdirici içki, Ģərab və s. yeyinti məhsulları hazırlanır. 
Qalan  tullantılarından  isə  sirkə  hazırlanır.  ġərq  almasının  meyvələri  alma  turĢnsunun  və  dəmir 
duzunun ekstraktını hazırlamaq  üçün yaxĢı xammaldır. Bu  ekstraktın təbabətdə böyük əhəmiyyəti 
vardır. Ondan qanazlığı, eləcə də xloroz xəstəliyinin müalicəsində istifadə edilir. 
Alma meyvəsi həzm sistemini möhkəmləndirir. Xroniki ishal, kəskin enterit xəstəliklərinin 
müalicəsində iĢlədilir. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, 
qanazlığına,  xroniki  mədə-bağırsaq  xəstəliklərinə,  eləcə  də  vitamin  azlığına  yaxĢı  müalicəvi  təsiri 
olur. Almadan ən çox xroniki qəbizlikdə istifadə edilir. 
Alma meyvəsi təzə və quru (qax) halda yeyilir və uzun müddət saxlanılır. Qurutmaq üçün 
onu doğrayır, qaralmasın deyə duzlu suya töküb 10-15 dəqiqə saxlayırlar. Sonra duzlu suyu süzüb, 
sərib  qurudur,  uzun  müddət  saxlamaq  üçün  ĢüĢə  qablara  doldurub,  sərin  və  kölgəli  yerə 
qoyulmalıdır. 
Almadan  kosmetika  sahəsində  çox  qədim  zamanlardan  istifadə  edilir.  Belə  ki,  sürtgəcdən 


95 
 
keçirilmiĢ almanı piylə qarıĢdırıb alınan mazla dəridə olan yağları, dodaq çatlarını müalicə edirlər. 
Dəridə  baĢ  verən  soyuqdəymələrin  aradan  qaldırılmasında  isə  alma  sıyığı  iĢlədilir.  Almadan  isti 
yaxma  kimi  də  istifadə  edilir.  Belə  ki,  süzgəcdən  keçirilmiĢ  sıyığı  25-30  dərəcə  temperaturda 
qızdırıb üzün dərisinə yaxıb 15-20 dəqiqə saxladıqdan sonra yuyub-təmizləyirlər. Bu zaman sifətin 
rəngi Ģəfəqlənir (durulur), elastikliyi artır. 
Almanı saxlayan zaman onun suyu buxarlanaraq azalır və sulu karbohidratlar parçalanır. Bu 
cür almalarda Ģəkərin miqdarı çoxalır, turĢuluğu isə azalır. Bu faktorlardan həkimlər istifadə edərək 
xəstələrə  bu  cür  almalardan  istifadə  etmələrini  məsləhət  görürlər.  Müalicə  məqsədləri  üçün  yaxĢı 
olar ki, yabanı almadan istifadə edilsin.  
Kosmetoloqlar dəridə olan ziyilin müalicəsində təzə almadan geniĢ istifadə edirlər. Belə ki, 
təzə yabanı almanı dilim-dilim edib, dərinin ziyil olan hissəsinin üzərinə qoyurlar. Gün ərzində bu 
prosesi  6-7  dəfə  təkrar  etməklə  müalicəni  3-4  həftə  davam  etdirməyi  məsləhət  görürlər. 
Yarpaqlarından alınan ekstrakt tükün bərkidilməsində iĢlədilir. Tükün tökülməsinin qarĢısını almaq 
üçün  baĢı  yuduqdan  sonra  almanın  yarpaqlarından  hazırlanmıĢ  dəmləməni  tənzif  ilə  tükün  dibinə 
çəkirlər.  
Biz isə Ģərq almasının qabıq və yarpaqlarından boyaq ekstraktı hazırlayıb, yun ipi sarı, sarı-
narıncı,  yaĢıl,  tütünü,  zeytunu,  boz,  qonur,  açıq-qəhvəyi,  tund-qəhvəyi,  Ģabalıdı  və  s.  rəng  və 
çalarlara boyamağa nail olduq. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin