Cədvəldən aydın olur ki, quĢarmudu meyvələrinin tərkibində katexinlər, bir neçə növün
tərkibində leykoantosian birləĢmələri üstünlük təĢkil edir. Meyvələri rəngli olan növ və sortlarının
tərkibində isə ən çox antosion birləĢmələri olduğu aĢkar edlimiĢdir. R.Lakovayani meyvəsinin
tərkibində eyni miqdarda katexin və flavonoid maddələrinin olduğu aĢkar edilmiĢdir. Zikernaya və
qranatnaya sortlarının meyvələrində isə ən çox 485 mq%-ə qədər antosian miqdarının tam yetiĢib
qurtarandan sonra daha çox toplandığı aydın olmuĢdur.
QuĢarmudu cinsi qarameyvəli aroniya növünün bioloji aktiv maddələr ilə zəngin
olduğundan tibb və yeyinti sənayesində istifadə etmək üçün bitkidən qiymətli dərman preparatları
və antosianla zəngin boyaq istehsal edilir. Aparılan texnoloji proseslər zamanı müəyyən edilmiĢdir
ki, 1 ton qarameyvəli aroniya növündən 664 kq təbii Ģirə alınır ki, 0,52%-ni flavonoid biriəĢmələri,
59 kq sianid tərkibli boyaq pastası təĢkil edir. Bundan baĢqa 664 kq Ģirədən 97 kq quru bioflavonoid
birləĢmələri alınır ki, onun da 21,3 kq-nı polivitamin birləĢmələri təĢkil edir. Ukraynanın meĢə və
meĢə-çöl sahələrində mədəni Ģəkildə əkilmiĢ qarameyvəli aroniya meyvəsinin tərkibində 1210-1660
mq% aĢı və boyaq maddəsi aĢkar edilmiĢdir. Qarameyvəli aroniyanın tərkibindəki aĢı və boyaq
maddələrinin miqdarında bitkinin əkildiyi ərazilərin ekoloji Ģəraitindən asılı olaraq dəyiĢikliklər baĢ
verə bilər. Məsələn Pribaltika ölkələrinin ərazilərində əkilən qarameyvəli aroniya meyvələrinin
tərkibində 3400-4200 mq%-ə qədər aĢı və boyaq maddəsi müəyyən olunduğu halda, Moskva
ətrafında əkilən bitkinin meyvələrindən isə 3917-4050 mq% aĢı və boyaq maddəsi aĢkar edilmiĢdir.