YemiĢandan müalicə preparatlarının hazırlanması. Yemişan meyvələrindən cövhərin hazırlanması. Bunun üçün 100 q qurudulmuĢ meyvənin
üzərinə 1 litr 70%-li etil spirti əlavə edib, 45-60 dəqiqə saxlayın. Bu zaman parlaq, sarımtıl-qırmızı
rəngli, Ģirintəhər dada malik cövhər alınır. Aldığınız bu cövhərdən hər gün yeməkdən əvvəl gündə
3-4 dəfə, hər dəfə 20-30 damcı qəbul edin.
Sulu cövhərin hazırlanması. 1 litr suya 1 kq quru meyvə töküb, 55-60 dəqiqə saxlayın. Bu
zaman parlaq tünd-qonur rəngli, xoĢ iyli, Ģirintəhər cövhər alınır. Ondan yeməkdən qabaq, gündə 3-
4 dəfə, 20-30 damcı qəbul edin. AlınmıĢ cövhəri ağzı yaxĢı bağlanan tünd rəngli qablara doldurub
soyuducuda saxlayın. Sulu çıxarıĢdan 2 gündən artıq istifadə edilməsi məsləhət görülmür.