102
təsərrüfatında geniĢ istifadə olunur. YemiĢanın bir çox növləri bir-birləri ilə asan çarpazlaĢır,
müxtəlif hibrid formaları əmələ gətirir ki, bunlar da meyvələrinin iriliyinə, rənglərinin
müxtəlifliyinə, keyfiyyətlərinə görə bir-birlərindən xeyli fərqlənir. Seleksiya üsulu ilə gələcəkdə
onun qiymətli sortlarının alınmasında geniĢ istifadə etmək olar. YemiĢanın cavan Ģitillərindən
armud, alma, heyva və s. ağaclarda calaqaltı kimi istifadə etmək olar. YemiĢan növlərinin çiçək və
meyvələrinin gözoxĢayan gözəlliyi ondan bağ və bağçaların, küçə və parkların, bulvarların, uĢaq
bağçalarının yaĢıllaĢdırılıb, bəzədilməsində geniĢ istifadə etməyə imkan verir.
YemiĢan növlərinin əksəriyyəti zəhərli qazlara qarĢı orta dərəcəli davamlılığa malik
olduqlarından sənaye müəssisələrini yaĢıllaĢdırmaq üçün ondan geniĢ surətdə istifadə etmək
mümkündür.
YemiĢanın qiymətli cəhətlərindən biri də ondan ibarətdir ki, bizim meĢələrdə yaĢayan bir
çox quĢ növlərinin qorunub saxlanılmasına Ģərait yaradır. Məsələ burasındadır ki, dağlıq meĢələrdə
yaĢayan bir çox quĢ növləri payız-qıĢ dövründə aĢağı meĢə qurĢağına və düzənlik meĢələrinə
köçürlər. Burada onların əsas yem mənbəyini yemiĢanın meyvələri təĢkil edir. Payız vaxtı yerə
tökülən yarpaqlarını və xəzəlini heyvanlar həvəslə yeyirlər.
Dostları ilə paylaş: