Moruqdan müalicə preparatlarının hazırlanması. Cavanlıq və uzunömürlülük eliksirinin hazırlanması. Moruğun bütün hissələri kökündən,
çiçək yatağından tutmuĢ yarpağına qədər müalicəvi təsirə malikdir. Giləmeyvəsi damar divarlarını
möhkəmləndirir, ödqovucu və sidikqovucu təsirə malikdir.
Bundan baĢqa moruğun giləmeyvəsi orqanizmdə alkaqolun və kəskin zəhərləyici maddələrin
ani surətdə kənar edilməsində mühüm əhəmiyyət kəsb edir. Meyvəsi xəstəliktörədən
mikroorqanizmlərin orqanizmə təsirini zəiflədir və xəstənin tez sağalıb ayağa durmasına kömək
edir.
Buna görə də xalq təbabətində moruq mürəbbəsi qripə, zökəmə, kəskin virus xəstəliklərinə
qarĢı profilaktik vasitə kimi geniĢ surətdə istifadə edilir. Tərkibindəki fol turĢusu orqanizmin
immunitetini artırır. Moruğun giləmeyvəsində çoxlu miqdarda sellüloz olduğu halda, yağ maddəsi
aĢkar edilməmiĢdir. Buna görə də moruqdan nə qədər yesən də kökəlmə prosesi baĢ verməyəcəkdir.
Bitkinin yarpaq, çiçək və kök hissəsində çoxlu miqdarda 100 q (400-500 mq) C vitamini
olduğundan ondan hazırlanan çay orqanizmdə immunitetin və fıziki qüvvənin artmasına köməklik
göstərir. Əbəs yerə moruğu sağlıq və uzunömürlülük vasitəsi adlandırmırlar. QurudulmuĢ yarpaq və
çiçəklərindən hazırlanan cövhər boğaz ağrıları, laringit, bronxit zamanı baĢ verən öskürəyi azaldır,
daxili qanaxmaları dayandırır. Yarpaqlarından hazırlanmıĢ dəmləmədən dəridə əmələ gələn çiban
yaralarının müalicəsində istfiadə edilir.
Qəbizlik və spirtli içkilərin qəbulu zamanı baş verən intoksikasiyalarda. Səhər tezdən
acqarına 1 stəkan moruq yeyib üzərindən 2 stəkan yaĢıl və yaxud açıq rəngli çay qəbul edin.