Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə253/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   249   250   251   252   253   254   255   256   ...   730
Moruğun  çoxaldılması.  Qeyd  etdiyimiz  kimi  moruq  bitkisi  çoxlu  miqdarda  kök  pöhrələri 


108 
 
verir  və  moruqluq  salınarkən  bu  pöhrələrdən  əkin  materialı  kimi  istifadə  edilir.  Moruq  bitkisini 
toxumu  ilə,  kolunu  bölüb  ayırmaqla,  kök  çiliyi  və  yaĢıl  zoğ  çiliyi  vasitəsilə  də  artırmaq 
mümkündür. Kök pöhrələri koldan müxtəlif məsafələrdə əmələ gəldiyi üçün keyfiyyətcə bir olmur, 
ən yaxĢı inkiĢaf etmiĢ pöhrələr kola yaxın olur. Bitkilərdə vegetasiya dayanandan sonra, payızda və 
ya  erkən  yazda,  kökdə  əmici  telləri  qırmamaq  Ģərtilə,  kök  pöhrələrini  belə  ana  koldan  ayırıb  əkin 
üçün  istifadə edirlər.  Ən  yaxĢı  əkin  materialı  kökü  15-20  sm,  kök  boğazının  diametri  10-12  mm, 
gövdəsinin uzunluğu 80-100 sm olan pöhrələr sayılır. 
Moruğun  bəzi  sortları  az  pöhrə  verir.  Belə  sortu  sürətlə  artırmaq  istədikdə  kök  çiliyi 
üsulundan  istifadə  etmək  məsləhətdir.  Bunun  üçün  payızda  və  ya  yazda  koldan  60  sm  kənarda 
yerləĢən  köklər  çıxarılır,  15-20  sm  uzunluğunda  doğranır,  xüsusi  hazırlanmıĢ  yumĢaq  və  qidalı 
torpaq  sahələrində  cərgəarası  80  sm  olmaq  Ģərtilə  kök  hissələri  12-15  sm  dərinlikdə  açılmıĢ 
Ģırımlarda  yan-yana  düzülür  və  üzəri  torpaqla  örtülür.  Bitkilərin  inkiĢafını  sürətləndirmək  və 
keyfiyyətli  əkin  materialı  almaq  üçün  əkilmiĢ  kök  suvarıldıqdan  sonra  torpağı  yumĢaltmaq  və 
alaqları təmizləmək lazımdır. 
Kök  parçalarından  (hissələrindən)  becərilmiĢ  birillik  moruq  Ģitilləri  payzda  çıxarılır, 
keyfiyyətinə görə çeĢidlərə ayrılır və  yararlılar əkin üçün istifadə olunur. Sort yaratmaq istədikdə 
isə  seleksiya  iĢində  moruq  bitkisinin  toxumla  artırılması  üsulundan  geniĢ  istifadə  olunur.  Belə 
sahələrdən  10  tona  qədər meyvə  tədarük olunur.  Meyvələr  qurumuĢ  halda  və  yaxud  dondurulmuĢ 
Ģəkildə saxlanılır. 
 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin