Elmi redaktorlar amea-nın müxbir üzvləri


Bataqlıq gördəvəri – Comarum palustre L



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə255/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   251   252   253   254   255   256   257   258   ...   730
 
Bataqlıq gördəvəri – Comarum palustre L. 
 
Gördəvər  cinsinin  dünya  florasının  tərkibində  2  növü  yayılmıĢdır.  Bunlardan  Qafqazda,  o 
cümlədən Azərbaycanda 1 növünə: bataqlıq gördəvərinə - Comarum palustre L. təsadüf etmək olar.  
Bataqlıq gördəvəri  – Comarum palustre  L. çoxillik ot bitkisi olmağına baxmayaraq, xarici 
görünüĢcə çox da hündür olmayan kolu xatırladır. Bitkinin oduncaqlaĢmıĢ kökümsovu bir neçə metr 
və  daha  çox  uzunluğa  malik  olub  sürünəndir.  Kökləri  çox  vaxt  sıx,  bir-birinə  hörük  formasında 
sarılmıĢlar.  Gördəvərin  gövdəsi  budaqlanan,  oduncaqlaĢmıĢ  halda  sürünəndir.  Gövdəsi  qırmızı 
rəngdə  olub,  hündürlüyü  1  metrə  qədərdir.  Gövdəsi  aĢağı  hissədən  təpəyə  qədər  qısa  tükcüklərlə 
əhatə  olunmuĢdur.  Budaqların  yuxarı  hissəsində  yerləĢən  yarpaqları  aĢağı  hissədəki  yarpaqlardan 
fərqlənir.  
Yarpaqları  uzun  saplaqlı  olub,  lələkvari  5  bəzən  5-7  ədəd 
uzunsov,  iti  diĢlərlə  əhatə  olunmuĢdur.  Çiçəklərinin  rəngi  tünd- 
qırmızı rəngdən qırmızı-yaĢıl rəngə qədər dəyiĢir. HamaĢçiçəkləri 
qalxanvari,  yalançı  çətir  olub,  gövdənin  yuxarı  hissəsində 
yerləĢmiĢdir.  May-iyun  aylarında  çiçək  açır.  Ġyul-avqustda 
meyvəsi yetiĢir. 
Bataqlıq  gördəvər  Azərbaycanın  Naxçıvan  MR-nın  dağlıq 
zonalarında,  ən  çox  isə  Biçənək  və  Batabat  ərazilərində  yerləĢən 
nəmli  sahələrdə  yayılmıĢdır.  Buna  ən  çox  çəmənliklərdə,  çay 
kənarlarında, azca sulu yerlərdə rast gəlmək olar. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin