«İncə» kreminin hazırlanması. Bir ədəd çiy yumurta sarısı, 5 xörək qaĢığı Ģəkər tozu, 300 q
yetiĢmiĢ moruq, 100 q xama götürün. Yumurtanı ağarana qədər çalıb üzərinə 2 xörək qaĢığı Ģəkər
tozu və moruğu taxta qaĢıqla əzib əlavə edin. Xamanı kreməbənzər hala salıb yerdə qalan Ģəkəri də
üstünə əlavə edin. YaxĢı qarıĢdırdıqdan sonra kiçik qablara doldurub üst hissəsinə qızılgül Ģəkli
çəkib ortasına iri moruq meyvəsi qoyub soyuducuda 15-20 dəqiqə saxlayın.
«İyul səhəri» piroqıınun hazırlanması. 1,5 stəkan un, 200 q kərə yağı, 6 ədəd yumurta, 5
stəkan moruq giləmeyvəsi, 0,5 stəkan Ģəkər tozu götürün. Komponenetləri qarıĢdırıb xəmirini
hazırlayın. Sonra xəmiri formaya və yaxud dayaz qaba töküb üzərinə yağ sürtüb un səpin. Sobaya
qoyub 10 dəqiqə biĢirdikdən sonra formanı çıxarıb üzərinə iri moruq meyvəsi qoyun. Yenidən
piroqu 200 dərəcə temperaturda duxovkaya qoyub, 20-25 dəqiqə saxlayın. Hazır olan piroqun
üzərini dəsmal ilə örtüb qatılaĢana qədər soyudub üzərinə Ģəkər tozu səpdikdən sonra süfrəyə verin.