Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə242/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   238   239   240   241   242   243   244   245   ...   730
Bozumtul böyürtkən – Rubus caesius L.  
 
Böyürtkənin əsas vətəni ġimali Amerika ölkələri hesab edilir. Bu tikanlı kol Amerikanın bir 


103 
 
çox  Ģtatlarında,  Skandinaviya  və  Avropa  ölkələrində  olduğu  kimi  Azərbaycanda  da  çiçək  və 
meyvəsinə görə əzizlənir və ona qulluq göstərilir. 
Dünya  florasının  tərkibində  600-ə  qədər  yabanı  növü  yayılmıĢdır  (A.S.Lozina-Lozinski, 
1954). Bu növlər kol və çoxillik ot bitkiləridir. Azərbaycan florasının tərkibində böyürtkən cinsinin 
15-20  növünə  rast  gəlmək  olar.  Böyürtkən  yarımkol,  çoxillik  giləmeyvəli  bitkidir.  Yabanı  halda 
Asiya, Avropa və Amerika qitəsində geniĢ yayılmıĢdır. Azərbaycanın bütün zonalarında böyürtkən 
kolluqlarına rast gəlinir. 
Böyürtkən  bitkisi  moruğa  nisbətən  çox  gec  (XIX  əsr) 
mədəniləĢdirilmiĢdir.  Mədəni  halda  ən  çox  Amerikada,  ən  az  isə 
Avropada  yayılmıĢdır.  Kollarının  formasına  görə  böyürtkən  2 
qrupa  bölünür:  dik  qalxan  və  dağınıq  formalı  kollar.  Böyürtkənin 
yerüstü  hissəsini  birillik  və  ikiillik  zoğlar  təĢkil  edir,  yeraltı 
hissəsinin  (köklərinin)  ömrü  uzun  olur.  Onlar  çox  qüvvətli 
olduğundan torpağın dərin qatlarına gedir və quraqlğa davamlıdır. 
Meyvəsi  forma  etibarilə  uzunsov  və  konusvari,  rənginə  görə 
qırmızı, qara, al-qırmızı və s. olur. 
Böyürtkən Azərbaycanın ən qədim giləmeyvə bitkilərindən olmasına baxmayaraq bu vaxta 
qədər  ətraflı  öyrənilməmiĢ  və  sənaye  əhəmiyyətli  olan  məhsuldar  formalar  seçilib 
mədəniləĢdirilməmiĢdir. 
Böyürtkən  bitkisi  uzun  müddət  çiçəkləyir,  ona  görə  də  meyvə  yığımı  avqust  ayından 
baĢlayaraq, qar düĢənə qədər davam edir. Məhsuldardır, bir kol 4-6 kq-a qədər meyvə verir. 
Azərbaycan  florasının  tərkibində  yayılan  əsas  böyürtkən  növləri  aĢağıdakılardır:  BuĢ 
böyürtkəni  -  R.buschii  Grossh.  ex  Sinkova,  Qafqaz  böyürtkəni  -  R.caucasicus  Focke,  bozumtul 
böyürtkən - R.caesius L.qanĢirəli böyürtkən - R.anatolicus (Focke) Focke ex Hausskn., kələ-kötür 
böyürtkən  -  R.hirtus  Waldst.  et  Kit.,  Gürcüstan  böyürtkəni  -  R.georgicus  Focke,  Liberiya 
böyürtkəni - R.ibercus Juz., ağımtıl böyürtkən - R.candicans Weihe və uzunsovmeyvə böyürtkəni - 
R.dolichocarpus Juz. 
Bunlardan  insan  orqanizmi  üçün  ən  qiymətli  növ  sayılan  bozumtul  böyürtkən  haqqında 
geniĢ elmi məlumat verməyi qərara aldıq. 
Bozumtul  böyürtkən  -  R.caesius  L.  hündürlüyü  0,5-1,5  m  olan  kol  bitkisidir.  Buna  bəzən 
qara  moruq  da  deyilir.  Budaqları  silindir  formalı  olub,  demək  olar  ki,  əksəriyyəti  yerə  doğru 
oraqvari əyilmiĢdir. Onlar boz ləkəli, müxtəlif tikanlı və ya tikansızdır. Yarpaqları 3 yarpaqcıqlıdır, 
yarpaqaltlığı  enli  lansetvaridir.  Yarpaq  saplağı  çox  qısa  və  ya  oturandır.  Çiçəklərinin  əksəriyyəti 
ağımtıl,  nadir  halda  çəhrayı  rəngdə  olub  salxım  formasında  yerləĢmiĢdir.  Meyvəsi  qaramtıl  və 
yaxud  qaramtıl-  qırmızı  rəngdə  olub  iri  çəyirdəkli,  az  dənəli  və  dadsızdır.  May-iyun  aylarında 
çiçəkləyir,  iyul-oktyabr  aylarında  meyvə  verir.  Bəzən  kolun  üstündə  həm  çiçək,  həm  də  meyvə 
olur. Azərbaycanın əksər rayonlarında ovalıqdan baĢlayaraq dağ ətəyinə kimi yayılmıĢdır. Adətən 
çay sahillərində, meĢə açıqlıqlarında, kolluqlarda, xüsusilə Quba-Qusar rayonlarında, Azərbaycanın 
Dəvəçi,  Kür-Araz  ovalıqlarında  ehtiyatı  çoxdur.  Buna  aĢağı  düzən  rayonlarından  baĢlamıĢ  subalp 
sahələrinə qədər rast gəlmək olar. Böyürtkən C vitamini və aĢı maddələri ilə zəngindir. Zoğlarında 
və  yarpaqlarında  27  mq%-ə  qədər  C,  aztapılan  Z  vitamini  və  12-13%  aĢı  maddələri  tapılmıĢdır. 
Meyvələrində  çoxlu  miqdarda  Ģəkərlər:  qlükoza  -  2,87-3,64%,  fruktoza  -  3,12-3,24%,  saxaroza  - 
0,75-0,80%,  limon  turĢusu  -  1,62-2,16%  müəyyən  edilmiĢdir.  Toxumlarında  22-26%  piyli  yağ 
vardır  ki,  bu  da  tərkib  etibarilə  linolein  80%,  linol  1,5%,  olein  18%  və  palmitin  turĢularının 
qliseridlərindən, fıtostelindən ibarətdir. 
Azərbaycan  Dövlət  Tibb  Universitetində  qanĢirəli  və  bozumtul  böyürtkən  növləri  kimyəvi 
analizdən  keçirilmiĢdir.  Bunların  yarpaqlarından  13-14%  aĢı  maddəsi,  168-190  mq%  C  vitamini 
müəyyən edilmiĢdir. YetiĢmiĢ meyvələrinin tərki- bində 2-4% aĢı, 5,7% qlükoza, 3,16% fruktoza, 
3,14%  saxaroza,  0,46%  pentoza,  1,2%  üzvi  turĢular  (alma,  limon,  çaxır),  5-8  mq%  karotin,  230 
mq%  C  vitamini,  B,  B
2
,  karotin  maddələri,  köklərində  isə  0,03%  alkaloidlər,  0,05%  qlükozidlər, 
10,78-11,63%  piroqallol  qrupu  aĢı  maddələri,  6,2%  qətranlı  maddələr,  1-2%  üzvi  turĢular 
tapılmıĢdır. Bundan əlavə yarpaqlarının tərkibində 5,57% kül maddəsi, mq/q%-lə 19,30 - K, 10,00 - 


104 
 
Ca, 3,40 - Mg, 0,20 - Fe makroelementləri, mkq/q-la 340,00 - Mn, 7,80 - Cu, 28,90 - Zn, 0,10 - Ca, 
8,48  -  Sr,  1,10  -  Pb,  77,20  -  B  mikroelementləri  tapılmıĢdır.  Böyürtkən  dərman  bitkisi  kimi  çox 
qədim  dövrlərdən  məlum  olmuĢdur.  Bir  çox  qədim  həkimlər  böyürtkən  haqqında  qeydlərində 
göstərmiĢlər  ki,  «onun  bütün  hissələri,  o  cümlədən  meyvələri  orqanizmi  qüvvətləndirən 
xüsusiyyətə  malikdir».  Meyvənin  Ģirəsini  çıxarıb,  onu  kölgə  yerdə  bir  müddət  saxladıqdan  sonra 
sulanan  yaraların  üzərinə  sürtdükdə,  yaranın  suyu  dayanır  və  tədricən  qaysaq  qoyub  sağalmağa 
baĢlayır. Böyürtkən qiymətli yabanı giləmeyvə bitkisi kimi Teofrasta da məlum idi. 
Xalq  təbabətində  qurudulmuĢ  meyvə  və  yarpaqlarından  çay  kimi  dəmlənib  hipertoniya 
xəstəliyində və sinə ağrılarında istifadə edilir. Eyni məqsədlə təzə dərilmiĢ meyvələrindən Ģərbət və 
mürəbbə  hazırlayıb  qəbul  edirlər.  QurudulmuĢ  kal  meyvələrindən  çay  dəmləyərək  Ģəkər 
xəstəliyində  içirlər.  Yarpaqlarını  və  kal  meyvələrini  açıq,  günəĢli  havada  qurudur,  çay  kimi 
dəmləyərək  uĢaqlarda  tez-tez  baĢ  verən  ishalda  büzüĢdürücü  və  antiseptik  dərman  kimi  istifadə 
edirlər.  Tam  yetiĢmiĢ  meyvələri  isə  yüngül  iĢlədici,  tərlədici,  sidikqovucu  vasitə  kimi  istifadə 
olunur. 
Qəbələ və Lənkəıan rayonlarında böyürtkənin qurudulmuĢ meyvələrindən və yarpaqlarından 
çay kimi hazırlayıb, soyuqdəymələr zamanı tərlədici vasitə kimi içirlər. 
QanĢirəli  böyürtkən  yarpaqlarının  sulu  dəmləməsini  boğaz  ağrısında  dezinfeksiyaedici 
dərman  kimi  istifadə  edirlər.  QurudulmuĢ  köklərini  xırda-xırda  doğrayıb,  1  çay  qaĢığı,  1  stəkan 
qaynar suda 30-40 dəqiqə ərzində dəmləyib, soyudur, ishal və dizenteriya zamanı içirlər. 
QumdulmuĢ  qanĢirəli  böyürtkən  köklərinin  sulu  biĢmiĢindən  vərəm  xəstəliyində  qəbul 
edirlər. Böyürtkəndən hələ çox qədim zamanlardan dermatologiya və kosmetika sahəsində istifadə 
edilmiĢdir. 
Belə ki, Dioskorid böyürtkənin yarpaqlarından hazırlanmıĢ sulu çıxarıĢdan dəridə baĢ verən 
dəmrov,  ekzema,  yara  və  irinli  çibanların  müalicəsində  islatma  kimi  istifadə  etmiĢdir.  Dəridə  və 
üzdə  əmələ  gələn  çillərin,  qaĢınma  və  qıcıqlanmaların  aradan  qaldırılmasında  yarpaqlarından 
hazırlanan  məlhəmdən  maz  düzəldib  sürtkü  kimi  istifadə  edilir.  Yarpaq  və  meyvələrindən 
hazırlanan sıyıqların tərkibinə xama, yaxud azca kəsmik qatıb qarıĢdıraraq üz dərisinə sürtür, 10-15 
dəqiqə  saxladıqdan  sonra  yuyub  təmizləyirlər.  Bozumtul  böyürtkəndən  ətriyyat-kosmetika 
sahəsində geniĢ istifadə edirlər.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin