Elmi redaktorlar amea-nın müxbir üzvləri


Adi moruq – Rubus idaeus L



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə244/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   240   241   242   243   244   245   246   247   ...   730
Adi moruq – Rubus idaeus L. 
 
Moruq  cinsinin  taksonomikası  haqqında  alimlər  arasında  bir  sıra  həll  olunmayan 
mübahisələr mövcuddur. Üç amerikalı botanik bir-birilərindən xəbərsiz eyni ildə moruq cinsinə aid 
olan  növlər  haqqında  məlumat  vermiĢlər.  Onlardan  biri  moruq  cinsinə  381  növ,  digəri  205  növ, 
üçüncüsü isə 24 növün daxil olduğunu qeyd edirdilər. 
Lakin  son  məlumatlara  görə  moruq  cinsinin  dünya  florasının  tərkibində  600-ə  qədər  növü 
olduğu  qeyd  edilir.  Mədəni  halda  əkilib-becərilən  müxtəlif  sort  və 
formaların  öz  baĢlanğıclarını  yabanı  moruqdan  -  R.idaeus  L.-dən 
götürdüklərini qeyd edirlər. 
Hal-hazırda moruqdan çoxsaylı iri, dadlı, ətirli, tünd qırmızı, 


105 
 
qırmızı, narıncı, ağımtıl, həmçinin bənövĢəyi rəngli meyvə sortları əldə edilmiĢdir. 
Bunların əksəriyyəti kol, yarımkol və çoxillik ot bitkiləridir. Azərbaycanda yabanı halda 15 
növü (biri otdur) yayılmıĢdır, onlardan bir növü becərilir. 
Bu  növlərə  ən  çox  Avropa,  Asiya,  Afrika,  Amerika  və  Avstraliyanın  mülayim  iqlim 
zonalarında  rast  gəlmək  olar.  Moruq  cinsinin  ən  çox  yayıldığı  növü  isə  adi  moruq  -  R.idaeus  L. 
hesab edilir. Bir çox moruq sortunun baĢlanğıcını adi moruq təĢkil edir. Moruq haqqında ilk yazılı 
mənbələrdə bizim eradan 3 əsr qabaq yaĢamıĢ qədim yunan alimi Katon xəbər verir. Bizim eranın I 
əsrində  yaĢamıĢ  Böyük  Plini  yabanı  moruğu  Krit  adasının  mərkəzi  dağlıq  hissələrində  müĢahidə 
etmiĢdir.  K.Linney  isə  moruğun  latınca  botaniki  adını  müəyyənləĢdirmiĢdir.  IV  əsrdə  yaĢamıĢ 
Roma tədqiqatçısı Palladius moruğu bağ bitkisi adlandırmıĢdır. Qədim Roma əhalisinin ən mötəbər 
adamları  sayılan  zadəganlar  moruğu  öz  yaĢayĢ  evlərinin  ətrafında  və  yaxud  xüsusi  bağlarında 
əkirmiĢlər. 
Meyvəsinin  rəngi  tünd-qırmızı,  açıq-qırmızı,  ağımtıl-sarı  olur,  yetiĢəndə  tez  tökülür.  Odur 
ki,  yetiĢən  meyvələr  dərhal  dərilib  istifadə  olunmalıdır.  Moruq  çox  məhsuldar  və  gəlirli  bitkidir. 
Plantasiyanın  yaĢından  və  moruğun  sortundan  asılı  olaraq  bir  hektardan  50-60  sentner  məhsul 
tədarük  etmək  olar.  Yüksək  keyfiyyətli  meyvəsi,  kollarının  tez  bar  verməsi  və  asan  çoxalması 
moruğun  geniĢ  yayılmasında  mühüm  rol  oynayır.  Yabanı  halda  Azərbaycanın  dağlıq  yerlərində, 
meĢə talalarında çox geniĢ yayılmıĢdır. 
Yarımkol  bitki  olan  moruğun  yeraltı  hissəsi  kökümsov  gövdələrdən,  habelə  yaxĢı  inkiĢaf 
etmiĢ  yan  köklərdən  ibarətdir.  Kökümsov  gövdələr  hər  tərəfə  yayılır,  çoxlu  miqdarda  yatmıĢ 
tumurcuq  əmələ  gətirir,  əlveriĢli  Ģəraitdə  bu  tumurcuqlardan  yeni  zoğlar  əmələ  gəlir.  Yerüstü 
hissəsini birillik və ikiillik zoğlar təĢkil edir. Vegetasiya dövründə kökümsov gövdələrdəki yatmıĢ 
tumurcuqlardan  sıx  zoğlar  əmələ  gəlir, ikinci il isə  həmin  zoğlarda  yarpaq,  meyvə  zoğu,  çiçək  və 
meyvə inkiĢaf edir. Bar vermiĢ zoğlar quruyur, onları yeni zoğlar əvəz edir. Sortun xüsusiyyətindən 
asılı  olaraq  bitkinin  çiçəkləməsi  11-40  gün  davam  edir.  Ona  görə  də  meyvəsinin  yetiĢməsi  20-30 
gün uzanır. 
Havalar  isti  keçdikdə  çiçəkləmə  11-12  günə  baĢa  çatır.  Moruq  kolu  hər  il  bar  verir.  Yeni 
salınmıĢ  plantasiya  2-3  ildən  sonra  məhsula  düĢür,  yüksək  məhsuldarlıq  4-5-ci  ildən  baĢlayaraq 
təxminən  10  il  davam  edir.  Plantasiyanın  ömrü  12-15  ildən  çox  olmur.  Moruq  sortlarının 
xüsusiyyətlərindən biri də gövdələrinin rənginin müxtəlif olmasıdır. Marlboro və Proqres sortlarının 
gövdəsi  qırmızı,  Turner  və  Kinq  sortlarınınkı  isə  tünd-qırmızıdır,  nisbətən  gec  çiçəkləyir. 
Azərbaycanın meyvəçilik zonalarında təxminən mayın axırında və ya iyunun əvvəlində çiçək açır. 
Meyvəsinin kimyəvi tərkibi sortundan və yerli Ģəraitdən asılı olaraq müxtəlifdir. Adi moruq 
meyvələrində efır yağlarının izi, 6-15% Ģəkər, 8,1% fruktoza, 4,3% qlükoza, 6,5% saxaroza, 1,38-
2,2% alma, limon, qarıĢqa, çaxır, kapiron, salisil üzvi turĢuları, 0,3% aĢı maddələri, 4-6% sellüloza, 
C,  B
1
,  B
2
,  karotin  vitaminləri,  1,4%  kversetin,  3-qalaktozid,  kversetin  və  kempferol  3-B-D-
qlükuronid kversetin 3- qlükozid, antosian maddələrindən sianin-xlorid (C
17
H
21
O
16
Cl), 0,9% pektin, 
azotlu  maddələr,  0,1-0,2%  zülallar,  0,45-2,8%  selikli  maddələr,  fol  turĢusu,  dəmir,  mis  və  kalium 
duzu, sitosterin və s. maddələr tapılmıĢdır. 
Toxumlarının  tərkibində  14,6%  piyli  yağ  vardır.  Yarpaqlarının  tərkibində  5,57%  kül, 
mq/q%-lə  19,30  -  K,  10,00  -  Ca,  3,40  -  Mg,  0,20  -  F  makroelementləri,  77,20  -  B  və  s. 
mikroelementləri  tapılmıĢdır.  Elmi  təbabətdə  qurudulmuĢ  və  dondurulmuĢ  meyvələrindən  sulu 
dəmləmə  hazırlanır  və  bundan  da  soyuqdəymə  xəstəliklərində,  xüsusən  uĢaqlarda  temperatur  olan 
zaman  tərlədici  vasitə  kimi  qəbul  edilir.  Moruq  maddələr  mübadiləsi  pozğunluğunda  iĢtahartran 
profilaktik  və  müalicəvi  vasitə  kimi  istifadə  edilir.  QurudulmuĢ  meyvələrindən  hazırlanmıĢ 
dəmləmə (çayı) və mürəbbə soyuqdəymələrdə tərlədici kimi, eləcə də boğaz ağrılarında (anginada) 
iltihaba qarĢı qarqara kimi istifadə edilir. 
Moruq  meyvəsi  mədə-bağrsaq  xəstəliklərində,  aterosklerozda,  iĢtahı  artırmaq  və 
həzmolmanı  yaxĢılaĢdırmaq,  qan  artırmaq,  isti  vasitə  kimi  də  iĢlədilir.  Xalq  təbabətində 
yarpaqlarının  çayından  qastritlərdə,  enteritlərdə  və  eləcə  də  tənəffüs  yolları  xəstəliklərində 
büzüĢdürücü  və  iltihabgötürücü  kimi  istifadə  edilir.  Moruq  meyvələrinin  çox  vaxt  cirə  meyvəsi, 
dəvədabanı  yarpaqları,  cökə  çiçəyi  ilə  bir  yerdə  bərabər  hissədə  götürüb  çay  kimi  dəmləyərək 


106 
 
soyuqdəymələrdə,  mədə-bağırsaq  xəstəliklərində  iĢlədirlər.  Bundan  əlavə  qurudulmuĢ  moruq 
meyvələrini qaraqınıq otu ilə bir yerdə dəmləyib iltihabı aradan qaldıran və mədənin həzm prosesini 
yaxĢlaĢdıran  dərman  kimi  istifadə  edirlər.  Tibet  təbabətində  dəmləmə  və  cövhərindən  əsəb 
sistemində,yoluxucu xəstəliklərdə iĢlədilir. 
Moruqdan  ən  çox  uĢaq  pəhriz  xörəklərinin  hazırlanmasında  istifadə  edilir.  Meyvələrindən 
mürəbbə,  cem,  Ģəkər,  spirtsiz  içkilər,  Ģirə,  çaxır,  kvas,  dondurma  və  s.  Hazırlayır,  qənnadı 
məmulatlarını  çəhrayı  və  qırmızı  rəngə  boyayırlar.  Meyvəsindən  hazırlanan  Ģirədən  dərman 
preparatlarına  xoĢ  iy  vermək  və  keyfiyyətini  yaxĢılaĢdırmaq  üçün  istifadə  edilir.  Moruq  yaxĢı 
nektar bitkidir. ġəffaflığına, ətirliliyinə, Ģirinliyinə və keyfiyyətinə görə balı cökə balından heç də 
fərqlənmir.  Tərkibində  33%-dən  artıq  qlükoza,  41%  sellüloza  və  s.  tapılmıĢdır.  1 hektar  moruğun 
çiçəklərindən 70, bağ moruğundan isə 50 kq bal əldə edilir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin