Kolitdən xilas olmaq üçün. Bərabər miqdarda quĢarmudu meyvəsi, meĢə çiyələyi yarpağı,
çobanyastıgı çiçəyi, mürdəĢər qabığı, at əvəliyinin kök hissəsindən, keĢniĢ, Ģüyüd, xəĢəmbüldən
götürüb bir-biri ilə qarıĢdırın. Sonra qarıĢıqdan 1 xörək qaĢığı götürüb 1,5 stəkan qaynar suya
töküb, termosda 8 saat dəmləyib süzün. Aldığınız ekstraktdan gündə 4 dəfə, stəkanın 1/4 hissəsi
qədər yeməkdən qabaq qəbul edin. Müalicə kursu 2 həftədən az olmamalıdır.
YemiĢan – Crataegus L.
YemiĢan növləri qiymətli dərman, qida, boyaq, aĢı, nektar, bəzək təbiətli bitkilərdir.
YemiĢan çox polimorf olub, dünya florasının tərkibində 100-dən artıq növünə təsadüf edilir.
YemiĢan növləri əsasən Avropa, Asiya, ġimali Amerika ölkələrinin mülayim, az hallarda isə
subtropik ərazilərində yayılmıĢdır. YemiĢan növlərinin əsl vətəni ġimali Amerikanın Ģərq
sahillərində yerləĢən Yeni Faulendən baĢlayıb ġimali Meksikanın dağlıq zonaları hesab edilir.
YemiĢanın paleobotaniki tədqiqatları ilə məĢğul olan alimlər cinsin təbaĢir dövründə əmələ
gəldiyini qeyd edirlər (Rusanov, 1965; Sinovski, 1971). Alimlər A.Reder, V.Reder, V.Bin
(A.Rehder, 1949; W.Bean, 1950) və baĢqaları yemiĢan
cinsinin təkcə ġimali Amerika ərazilərində 1000-ə qədər
növünün yayıldığını qeyd edirlər. O.M.Poletika (1954)
bunların 1125 növünün Amerika ərazilərində təsadüf edildiyini
göstərir. Lakin bir sıra Amerika botanikləri uzun müddət
yemiĢan cinsini tədqiq edərək, belə nəticəyə gəlmiĢdirlər ki,
Amerika ərazisində 1000 növə qədər yox, cəmi 100 növ
yemiĢan yayılmıĢdır. Qalan yemiĢanlar növ deyil, onun
formalarıdır (Palmar, 1946; Briton and Brown, 1952,
Kruschke,
1965).
Amerika
alimlərinin bu fikirlərini
F.H.Rusanov (1965), V.N.Qladkova (1970), X.E.Esenova (1947) və baĢqa tədqiqatçılar da təsdiq
edirlər.
Azərbaycan florasında yayılan yemiĢan növləri ilə məĢğul olan bir sıra tədqiqatçılar belə bir
fikir irəli sürürdülər ki respublikamızın ərazisində ancaq 9 növ yemiĢana rast gəlmək olar. Lakin,
b.e.n. T.Qasımova uzun müddət apardığı gərgin elmi-tədqiqat iĢlərini yekunlaĢdıraraq, ilk dəfə elmi
əsaslarla göstərdi ki, Azərbaycan florasının tərkibində 9 yox, 18 növ yemiĢan yayılmıĢdır.
YemiĢanlar hündürlüyü 3-5, bəzən 10-15 m olan ağac və ya kollardır.
Çətiri kürəvari və ya yumurtavari, bəzən assimetrikdir. Budaqları möhkəm, düz və bir qədər
əyri, bəzi hallarda sallaq olur. Tumurcuqları yumurtavari, dəyirmi və ya konusvaridir. Yarpaqları
növbəli, adətən dilimli və ya bölümlü diĢvaridir. Nəzəri cəlb edən ağ rəngli kəskin iyli çiçəkləri
budaqların ucunda yerləĢir. Meyvələri ətli olub, sarımtıl, çəhrayı, qırmızı, ağımtıl-qırmızı və qara
rəngdə olur. Bitki may ayında çiçək açır, meyvələri avqust-sentyabrda yetiĢir.
Azərbaycanda yayılan yemiĢan növlərinin əksəriyyəti iĢıqsevəndir, Ģaxtaya davamlıdır,
torpağa az tələbkardır. YemiĢan növləri əsasən açıq yerlərdə, meĢələrin kənarlarında, sıx kollu
yerlərdə, habelə meĢələrdə yayılmıĢdır. YemiĢan Azərbaycanın demək olar ki, bütün zonalarında,
əsasən vadi və dağətəyi meĢələrdə, həmçinin dağ meĢələrinin aĢağı və orta qurĢaqlarında rast
gəlinir. Naxçıvan MR-da isə hətta yüksək meĢə qurĢağında bütöv halda yemiĢan, palıd meĢələrində
təsadüf olunur.
YemiĢanın Azərbaycanın Azərbaycanın-Dəvəçi ovalıqlarında, ġamaxı, Ağsu, Ġsmayıllı,
Qax, ġəki, Zaqatala, Balakən, Quba, Qusar, Tovuz, ġəmkir, Zəngilan rayonlarının meĢələrində,
Naxçıvan MR-da, Qarabağda, Kəlbəcər, Gədəbəy, Xanlar və s. rayonların ərazilərində böyük
ehtiyatı vardır.
100
YemiĢan qiymətli dərman, qida, boyaq, nektar, texniki və bəzək üçün yararlı bitkidir.
Dərman məqsədilə yemiĢanın çiçəklərindən və meyvələrindən istifadə olunur. Çiçəkləri may
ayında, meyvələri isə avqust-sentyabrda tam yetiĢəndə yığırlar. Çiçəklərini meh əsən kölgəli yerdə,
meyvələrini isə 55-60
o
C temperaturda xüsusi quruducularda qurudurlar. Çiçəklərinin və
meyvələrinin tərkibində bir sıra müalicə əhəmiyyətli bioloji fəal maddələr aĢkar edilmiĢdir.
Bunlardan müxtəlif antosian birləĢmələrini, flavonoidləri, qartequs, qəhvə və xlorgen turĢularını,
efir yağını askorbin turĢusunu, karotini (provitamin A), riboflavini, B
2
-ni, B vitamin qrupunu, PP
vitamini, üzvi turĢuları, Ģəkəri, 2-6% pektini, proteini, boyaq və aĢı maddələrini, 0,7-3,4%
kumarinləri, bir sıra alkaloid birləĢmələrini və s. göstərmək olar. Yarpaq və çiçəklərinin tərkibindən
viteskin, saponaretin, orientin, homoorientin, ramnozid, 30-38%-ə qədər piyli yağ aĢkar edilmiĢdir.
Bundan baĢqa yemiĢanın çiçəklərinin tərkibindən 7,69% kül, mq/q olmaqla K - 32,10, Ca -
11,80, Mg - 3,40, Fe - 0,2 makroelementləri, mk/q olmaqla Mn - 0,28, Cu - 0,35, Zn - 0,35, Co -
0,18, Mo - 7,00, Cr - 0,01, Al - 0,12, Ba - 0,42, Se - 10,00, Ni - 0,34, Pb - 0,07, I - 0,06, B - 77,20
mikroelementləri aĢkar edilmiĢdir. Meyvələrinin tərkibindən isə 2,73% kül, mq/q olmaqla K -
13,10, Ca - 3,00, Mg - 1,00, Fe - 0,04 makroelementləri, mkq/q olmaqla Mn - 0,04, Cu - 0,29, Zn -
0,07, Co - 0,37, Cr - 0,01, Al - 0,03, Se - 11,80, Ni - 0,10, Sr - 0,06, Pb - 0,05, I - 0,06, B - 2,00
mikroelementləri aĢkar edilmiĢdir.
YemiĢanın çiçək və meyvələrindən hələ çox qədim zamanlarda ürək və sinir sistemlərinin
müalicəsində istifadə olunmuĢdur.
Rəvayətlərin birində deyildiyinə görə yeni eranın I əsrində Klavdinin imperatorluğu zamanı
məĢhur həkim Dioskorid Böyük Qafqaz dağlarının cənub ətəklərinə səyahətə çıxır. O, səyahət
zamanı qalın meĢələrin birində azır. Acından ölməmək üçün meĢədə qaldığı 41 gün ərzində qara
yemiĢanın meyvələri ilə qidalanır. Həkimin ürəyi anadangəlmə xəstə imiĢ. O, qara yemiĢanla
qidalandığı zaman özünü yaxĢı və gümrah hiss edir. Alim uzun müddət ona ağrı və əziyyət verən
ürək qüsurlarından birdəfəlik canını qurtarır. YemiĢanın müalicəvi xüsusiyyətini təcrübədən keçirən
Dioskorid yemiĢanın meyvələrindən yığıb aparır. O zamanlar Klavdinin qızı ürək xəstəliyindən
əziyyət çəkirdi. Dioskorid imperatorun qızını yemiĢanla müalicə edir, çoxlu hədiyyə alır.
Xalq bayatılarında yemiĢanın müalicəvi xüsusiyyətləri haqqında maraqlı fikirlərə rast
gəlinir.
XVIII əsrin sonlarında yemiĢanın çiçək və meyvələrindən hazırlanan dəmləmə və
cövhərlərlə ürək-damar və əsəb pozuntularının müalicə edilməsi haqqında bilgilərə rast gəlirik.
Xalq təbabətinin öyrənilməsi nəticəsində müəyyən edilmiĢdir ki, Azərbaycanda, Özbəkistanda,
Ukraynada, Belarusda, Orta Volqa sahillərində, Sibirdə bir çox yemiĢan növlərindən alınmıĢ
preparatlar (meyvə və çiçəklərinin duru ekstraktı və dəmləməsi) mərkəzi sinir sisteminin
qıcıqlanma qabiliyyətini zəiflədir, ürək və beyin damarlarında qanın hərəkətini sürətləndirir,
taxikardiya, aritmiya, ürək nahiyəsində olan xoĢagəlməz ağrıları yox edir, qan təzyiqini aĢağı salır,
yuxunu,
orqanizmin
ümumi vəziyyətini yaxĢılaĢdırır. Dərman bitkilərinin müalicəvi
xüsusiyyətlərini tədqiq edən görkəmli alim N.Kovalova yemiĢanın meyvə və çiçəklərindən
ayrılıqda və ya baĢqa bitkilərlə birlikdə qarıĢığını hazırlayıb hipertoniyanın, aterosklerozun, ürək
xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə etmiĢdir.
Azərbaycanda yayılan bir neçə yemiĢan bitkisinin meyvələrinin müalicəvi xüsusiyyətləri
tibb elmləri doktoru, professor D.Hüseynov tərəfindən öyrənilmiĢ və bu meyvələrdən hazırlanan
duru spirtli ekstraktın ürək-damar sisteminə gözəl təsir göstərdiyi müəyyən edilmiĢdir.
Hal-hazırda yemiĢanın meyvə, çiçək və yarpaqlarından bir sıra preparatlar hazırlanıb
(dəmləmə, cövhər, məlhəm, balzam, yağ və s.) ürək pozğunluqlarında sakitləĢdirici və tənzimləyici,
qan təzyiqini azaldan dərman kimi geniĢ istifadə olunur. YemiĢanın dəmləmə və cövhərindən südü
az olan körpə uĢaqlı analara verilir. Çiçək və meyvələrindən kardiovalen preparatı alınır ki, bu
preparatdan da əsəb sisteminin sakitləĢdirilməsində, qan təzyiqinin nizama salınmasında və ürək
xəstəliklərinin müalicəsində istifadə edilir. Bundan baĢqa, yemiĢan növlərinin cavan budaqlarının
qabıqlarından hazırlanan cövhərlə qarın yatalağı müalicə olunur. YemiĢan preparatlarından beyin
damarlarının nizamlanmasında, qanda xolesterinin aĢağı salınmasında, ürək-damar xəstəliyi
nəticəsində baĢ verən yuxusuzluğun aradan qaldırılmasında geniĢ istifadə olunur.
101
Azərbaycanda yemiĢan növlərinin meyvə və çiçəklərindən alınan cövhərdən qan
damarlarının genəldilməsində iĢlədilir. Almaniyada yemiĢandan hazırlanan dərman preparatlar ilə
zəifləmiĢ ürək-qan damarlarının müqavimətini artırır və ürək-qan dövranını nizama salırlar.
Fransada yemiĢanın yarpaq, çiçək və meyvələrindən hazırlanan maye formalı preparatlardan
sinir xəstəliklərində, ürək nevrozlarında və qan təzyiqi xəstəliklərində istifadə olunur.
YemiĢan bitkisinin meyvə və çiçəklərindən hazırlanmıĢ preparatların ən mühim
xüsusiyyətlərindən biri də onları uzun müddət qəbul etdikdə orqanizmə mənfi təsir
göstərməməsidir.
YemiĢanın meyvələri təzə və ya ĢəkərləĢdirilmiĢ halda həvəslə yeyilir. Tərkibində çoxlu
pektin maddələri vardır.
Dostları ilə paylaş: |