Gavalıdan marmeladın hazırlanması. 1 kq gavalı, 250 q Ģəkər tozu, 100 ml moruq və
yaxud çiyələk Ģirəsi götürün. Gavalını yuyub, qabığını və çəyirdəyini təmizləyib ləyənə tökün,
üzərinə Ģəkər tozu səpib vam od üzərinə qoyub Ģirəsi çıxana və Ģəkər tozu əriyib qurtarana qədər
qaynadın. Sonra odu Ģiddətləndirib biĢirməyə baĢlayın. Gavalı Ģirəsini qarıĢdıra-qarıĢdıra biĢirməni
davam etdirin. Məhsulun hazır olmasına az qalmıĢ zövqünüzə görə vanil, moruq və yaxud çiyələk
Ģirəsi əlavə edin. Elə ki, kütlə qatılaĢmağa baĢladı, odun üzərindən götürüb isti halda bankalara
doldurub ağzını salfet və yaxud perqament kağızı ilə sarıyıb soyuducuda saxlayın.