Böyrəyin iltihabı (nefrit) zamanı. Bitkinin kökündən götürüb kətan toxumu və tozağacı
yarpağı ilə qarıĢdırın. Sonra qarıĢıqdan 1 xörək qaĢığı götürərək 1 stəkan qaynayr suya töküb 3-4
saat dəmləyin və süzüb gündə 2-3 dəfə, yeməyə 15 dəqiqə qalmıĢ stəkanın 1/3 hissəsi qədər qəbul
edin.
Əkilən qarayonca – Medicago sativa L.
Yayın isti günlərində çəmənliklərdə, meĢə açıqlıqlarında, adi yol kənarlarında hündür, göy-
bənövĢəyi çiçəkləri olan çoxillik ota bənzər Medicago sativa L. bitkisinə rast gəlmək olar.
Əkilən qarayoncadan Fransada sənaye üsulu ilə karotin
və xlorofil istehsal olunur. Çində isə tərəvəz və ədviyyat kimi
iĢlədilir. Nektarlı bitkidir. Mal-qara üçün qiymətli yem bitkisi
hesab edilir. Ot və kök hissələrinin tərkibindən antosian
maddələrində
3,5-diqlükozid
deflinidin,
3,5-diqlükozid
malvidin, 3,5-diqlükozid petunidin və s. aĢkar edilmiĢdir.
Çiçəklərində isə leykoantosianidin, delfinidin, petunidin,
malvinidin, sianidin və s. flavonoid və antosian birləĢmələri
aĢkar edilmiĢdir.
Biz ilk dəfə olaraq 1986-1988-ci illərdə əkilən
qarayoncanın çiçək və ot hissələrindən toplayıb, laboratoriyada antosian və flavonoid tərkibli boyaq
maddələri aldıq, yeyinti və toxuculuq sənayesində sınaqdan keçirib, müsbət nəticələr əldə etdik.
Dərman məqsədləri üçün çiçək açan dövründə toplanır, qurudulub xammalından istifadə
olunur.
Əkilən qarayoncadan hazırlanan preparatlardan antiseptik, bakterisid, qankəsici,
yarasağaldıcı, sidikqovucu, sakitləĢdirici, qanda Ģəkərin miqdarının normaya salınmasında və
qalxanabənzər vəzin müalicəsində iĢlədilir.