PAXLALILAR – Fabaceae Lindl. fəsiləsi
Yapon saforası – Styphnolobium japonicum (L.) Schott.
Paxlalılar fəsiləsinin dünya florasının tərkibində 600 cinsi və 12000-ə qədər növü
yayılmıĢdır. Fəsilənin nümayəndələri həyat formalarına görə ot, kol, lian və ağac bitkiləridirlər.
Bitki aləmində Yapon saforasının 50-yə qədər növünə təsadüf edilir. Qafqazda, o cümlədən
Azərbaycanda mədəni halda 1 növü: Styphnolobium japonicum (L.) Schott. bitir. Bu, hündürlüyü
20-25 m-ə çatan, yarımkürə çətir yaradan, yarpağınıtökən olub, dərin çatlı bitkidir. Zoğları və cavan
budaqları tikansız olub, yaĢıldır, tumurcuq yarpaq saplağının qaidəsi ilə örtülüdür. Yarpaqları tək
lələkvaridir, 11-25 sm uzunluğunda olub, 9-17 ədəddir. Çiçəkləri 1,0-1,5 sm uzunluğunda, sarımtıl-
ağ rəngdədir, 15-30 sm uzunluqda seyrək süpürgə formasında budaqların qurtaracağında
yerləĢmiĢdir. Paxlaları 3-8 sm uzunluğundadır. Ġyul-avqust aylarında çiçəkləyir, meyvəsi sentyabr-
oktyabr aylarında yetiĢir.
Azərbaycanda, xüsusilə AbĢeron yarımadasında küçə,
park və bağların yaĢıllaĢdırılmasında yapon saforasından geniĢ
istifadə edilir. Hazırda təkcə AbĢeron ərazisində 100 mindən
çox belə bitki vardır. Saforanın çiçəkləmə dövründə, təqribən
iyul ayının ikinci yarısından avqustun sonuna qədər olan
müddətdə onun əmələ gətirdiyi saysız-hesabsız iri sarı rəngli
çiçək topluları öz gözəlliyi ilə göz oxĢayır.
Azərbaycanda 1937-ci ildən geniĢ əkilib-becərilir.
Vətəni Yaponiya və Cənubi Çin hesab edilir. Respublikamızın düzən rayonlarından tutmuĢ orta dağ
zonasına qədər hər yerdə rast gəlinir, meĢə, park və bağlar salınmasında, Ģəhərlərin
yaĢıllaĢdırılmasında geniĢ istifadə olunur. Düzən rayonlarda, o cümlədən AbĢeronda suvarma tələb
edir. Yapon saforası ağ akasiyaya çox oxĢayır. Ġlk görünüĢdə onları bir-birindən ayırmaq çətin olur.
Hər ikisinin qarĢı-qarĢıya düzülmüĢ uzunsov yarpaqları, həmçinin sarımtıl solğun ağ çiçəkləri bir-
birinə oxĢayır. Akasiya kimi yapon saforası da torpağa az tələbkardır. Bu keyfiyyətlərinə görə bitki
cənub rayonlarının iqlim-torpaq Ģəraitinə tez uyğunlaĢaraq bu yerlərin daimi sakininə çevrilmiĢdir.
Sofora bitkisinin ən mühüm bioloji xüsusiyyətlərindən biri də (bütün paxlalılarda olduğu
kimi) torpağı azot maddəsi ilə zənginləĢdirməsidir. Bu müsbət xüsusiyyətlər saforanın cənub
rayonlarının qumsal sahələrində əkilib-becərilməsinə imkan verir..
Qədim dövrlərdə Yaponiya və Çində safora öz müalicəvi xüsusiyyətlərinə görə sirli və
müqəddəs sayılmıĢdır. Bitkinin tumurcuq və çiçəklərindən hazırlanan müxtəlif cövhərlərdən
ekzema, dəri xəstəlikləri, ağ ciyər qanaxmaları, mədə və böyrək pozuntularında istifadə edilir. Xalq
təbabətində safora ilə müalicə üsulları nəsildən-nəslə keçərək zəmanəmizə qədər gəlib çıxmıĢdır.
Sofora ilə müxtəlif xəstəlikləri müalicə edən Kerç həkimi V.V.Liskov ömrünün axırına kimi
bitkidən hazırladığı spirtli cövhərin tibbdə geniĢ tətbiq olunması üçün yorulmadan çalıĢmıĢdır.
Spirtli cövhər zərərsiz olub, xəstə orqanizm tərəfindən asan mənimsənilir və heç bir mənfı təsir
göstərmir. Spirtli cövhərlər çətin sağalan irinli yaraların tezliklə sağalmasına, yeni əmələ gələn
toxumaların formalaĢmasına müsbət təsir göstərir və yaraların toxumalarla örtülməsini sürətləndirir.
Birinci və ikinci dərəcəli yanıqları 5- 6 günə sağaldır, 3-cü dərəcəli yanıqları, yəni xroniki hala
keçmiĢ yaraların tədricən bitiĢib sağalmasına səbəb olur. Cövhər dəri vərəmində, üzdə əmələ gələn
120
xoĢagəlməz yaraların, dəri dəmrovlarının, xroniki quru plevritin müalicəsində tətbiq edilir. 5-10%-li
sulu cövhərini baĢın dərisinə sürtüb tükün tamamilə tökülməsinin qarĢısını alırlar. Axır vaxtlarda
safora cövhərinin tətbiq sahəsi daha da geniĢlənərək qarın boĢluğunda baĢ verən bir sıra irinli
yaraların yuyulub təmizlənməsində, tampon və salfetlərin isladılıb yaraların üzərinə qoyulub
bağlanmasında, həmiçnin qəza nəticəsində yaranan yaraların, qara ciyərin, mədə yarasının, kolitin,
qastritin, babasilin, göz qapaqlarında əmələ gələn itdirsəyinin, göbələk və ekzemanın müalicəsində
geniĢ istifadə edilir.
Yapon saforası həm bəzək, həm də qiymətli dərman və boyaq bitkisidir. Müasir təbabətdə
bu bitkinin çiçək qönçələrindən rutin preparatı istehsal edilir.
Rutin orqanizmin daxilində P vitamini təsirinə malik olduğundan, o, qan damarları və
kapliyarların funksiyasnın pozulması zamanı əmələ gələn bir çox xəstəliklərin müalicəsində geniĢ
tətbiq olunur.
Müalicə məqsədləri üçün qönçə, çiçək, yarpaq və meyvəsində rutin (C
37
H
30
O
16
), soforin,
kversetin (C
15
H
10
O
7
), ramnozin, amiloz, soforozid və s. maddələr tapılmıĢdır, yayıldığı ekoloji
Ģəraitdən asılı olaraq qönçəsinin tərkibində 20-37%, yarpağında 17-18%, meyvəsində 12%-ə qədər
rutin maddəsi aĢkar edilmiĢdir. Meyvəsinin tərkibindən 4,44% kül maddəsi, mq/q%-lə 17,30 - K,
2,20 - Ca, 1,20 - Mg, 0,05 - Fe makroelementləri, mkq/q-la 11,20 - Mn, 13,00 - Si, 25,80 - Zn, 3,84
- Co, 0,72 - Mo, 0,40 - Cr, 15,92 - A1, 0,12 - Se, 1,76 - Ni, 1,44 - Pb, 9,20 - B, 0,15 - I və s.
mikroelementləri aĢkar edilmiĢdir.
Çiçəklərindən 5,16% kül maddəsi, mq/q%-lə 21,90 - K, 5,50 - Ca, 1,80 - Mg, 0,10 - Fe
makroelementləri, mkq/q%-lə 14,80 - Mn, 20,50 - Zn, 0,80 - Mo, 0,48 - Cr, 51,14 - A1, 0,18 - Se,
3,12 - Ni, 13,00 - Cu, 3,04 - Cr, 0,96 - Pb, 34,40 - B, 0,10 - I və s. mikroelementlər tapılmĢdır.
Yapon saforasının qönçə və meyvələrindən alınan rutindən mərkəzi sinir sistemində baĢ
verən qansızmalarında, ürək pozuntularında, gözün torlu qiĢasının sağaldılmasında, hipertoniya,
Ģəkər və damar divarlarında əmələ gələn sklerozun, eləcə də zəhərlənmələr zamanı baĢ verən
qanaxmaların dayandırılmasında, eyni zamanda kapilyar damarların məhv olmasının qarĢısının
alınmasına iĢlədilir. Ümumiyyətlə, rutin yaĢılımtıl-sarı rəngdə xırda kristallardan ibarət toz olub,
askorbin turĢusu ilə birlikdə 0,02-0,05 q doza ilə gündə 2-3 dəfə daxilə qəbul etmək məsləhət
görülmüĢdür.
Çində çiçək və meyvələrindən hazırlanan dəmləməsi ilə qansızmlar zamanı, hipertoniyada,
qan təzyiqinin aĢağı salınmasında, insult (iflic) zamanı istifadə edilir. Yaponiya saforasının
meyvələrindən «yapon saforası» kitrə adlı preparat hazrlanır ki, bundan da tibbdə yara, ekzema və
yanıqların müalicəsində istifadə olunur. Rutin maddəsini digər dərman preparatları ilə, məsələn,
kversetin ilə qarıĢdırıb yeni bir keyfiyyətli rutin preparatı əldə edilir ki, bu da bakteriya əleyhinə
istifadə edilir.
KeçmiĢ SSRĠ-də yapon saforasının təzə meyvələrindən alınan spirtli cövhərdən «soforin»
preparatı hazırlanmıĢdır. Bu ekstrakt tünd-qəhvəyi rəngdə, xoĢ iyli və acımtıl dada malik olub
orqanizmin xaricində, o cümlədən dəridə baĢ verən irinli yaraların, ekzemaların, yanıqların
müalicəsində, dezinfeksiyaedici kimi yuyulmasında və pambıq tampona, salfetə hopdurub plastır
kimi yaraların üzərinə qoyub müalicə edirlər. Görkəmli Krasnodar həkimi M.S.Lüqorodski yapon
saforasının meyvəyanlığından kitrə əldə edərək yeni orijinal metod iĢləyib hazırlayaraq dəri
yanıqlarının, qəza nəticəsində yaranan yaraların, ekzemaların, dermatitlərin, qaĢınma xarakterli
dermatozların müalicəsində istifadə etməyi məsləhət görmüĢdür. Y.Yevin təcrübə yolu ilə isbat
etmiĢdir ki, yapon saforasından hazırlanan cövhər qanın laxtalanması ilə yanaĢı, qan təzyiqini də
aĢağı salır.
Saforanın vətəni Çin və Yaponiyada bitkiyə böyük inamla yanaĢarlar;, damarların
möhkəmləndirilməsində,
vitamin
çatıĢmazlığında, Ģüa xəstəliklərində, qan kapliyarları
pozuntularının aradan qaldırılmasında, revmatizmdə, sarılıq xəstəliklərinin müalicəsində ondan
geniĢ istifadə edirlər.
Orta əsrlərdə Çində yapon saforasının qönçələrindən 100 tonlarla toplayb «Çin sarı
giləmeyvəsi» adı altında təbii boyaq xammalı kimi bir çox ölkələrə ixrac edilirdi. Çinin özündə də
bu bitkinin qönçə və meyvəsindən təbii boyaq alaraq, parça məmulatlarnın, o cümlədən ipək
121
parçaların boyanmasında iĢlədilmiĢdir. Yapon saforası toxum, kök, qələm vasitəsilə asanlıqla
əkilib-çoxaldılır.
Biz isə ilk dəfə olaraq yapon saforasının qönçə, çiçək və meyvə hissələrindən boyaq
ekstraktı hazırlayıb yun, ipək və pambıq məmulatlarını sarı, parlaq-sarı, qızılı-sarı, parlaq-narıncı,
yaĢıl, tütünü, zeytunu, mixəyi, qonur, açıq-qəhvəyi və s. rəng və çalarlara boyamağa nail olduq.
Alınan rəng və çalarlar fiziki-kimyəvi təsirlərə qarĢı çox davamhdır.
Yapon saforasının təzə paxla meyvəsini götürüb 70%-li spirtdə 1:1 nisbətində, quru
meyvəsini isə 1:2 nisbətində 21 gün qaranlıq yerdə saxlayıb cövhərini hazırlayın. Bu cövhəri quru
və soyuq yerdə saxlayın. Gündə 2-3 dəfə, 1 çay qaĢığı qəbul edin.
500 q təzə və yaxud 250 q quru paxla meyvəsini qaynadılmıĢ suda yuyun. Hər bir paxlanın
meyvəsini iki yerə bölüb ĢüĢə qaba töküb üzərinə 0,5 litr araq əlavə edin, gündə 3-4 dəfə
çalxalamaq Ģərtilə 10 gün qaranlıq yerdə saxlayıb cövhərini hazırlayın. Sonra meyvəni sıxıb kənara
atır, filtr kağızından keçirib cövhəri ĢüĢə butılkalara doldurub soyuducuda saxlayın. Cövhərdən
gündə 3 dəfə, 30-40 damcı suya qatıb qəbul edin.
Dostları ilə paylaş: |