Elmi redaktorlar amea-nın müxbir üzvləri


Əkin ononisi – Ononis arvensis L



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə286/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   282   283   284   285   286   287   288   289   ...   730
Əkin ononisi – Ononis arvensis L. 
 
Dünya  florasının  tərkibində  ononis  cinsinin  70-80-ə  qədər  növü  yayılmıĢdır.  Qafqazda,  o 
cümlədən Azərbaycanda 5 növünə rast gəlmək olar. 
Əkin  ononisi  -  O.arvensis  L.  hündürlüyü  30-80,  bəzən  isə  200  sm  olan,  budaqlanan,  uzun 
saçaqlı,  oduncaqlaĢmıĢ  tünd-qonur  gövdəsi  düz,  yaxud  sərilən,  çoxbaĢlıqlı  kök  sisteminə  malik 
çoxillik  ot  bitkisidir.  Yarpaqları  növbəli,  saplaqlı,  yuxarıdakılar  sarı,  aĢağı  və  ortada  yerləĢən 
yarpaqları  isə  uzunsov-ellipsĢəkillidir.  Çiçəkləri  çəhrayı  və  yaxud  ağımtıl  rəngdə,  sünbüləoxĢar 
hamaĢçiçəkdə,  zoğların  qurtaracağında  yerləĢmiĢdir. 
Meyvəsi  paxlalı  olub  içərisində  2-4  toxumu  vardır. 
Toxumları  Ģar  formasında,  azca  böyrəyə  oxĢar,  tünd-
qəhvəyi  və  yaxud  zeytunu-qonur  rəngdədir.  Ġyul-avqust 
aylarında çiçək açır, sentyabr-oktyabrda meyvəsi yetiĢir. 
Əkin  ononisi  Azərbaycanın  Dəvəçi,  Böyük  Qafqaz 
ərazilərində,  Alazan-Əyriçay  vadisində,  Kür-Araz 
ovalığında, 
Naxçıvan 
MR-in 
dağlıq 
zonalarında 
yayılmıĢdır.  Bu  növə  düzənliklərdən  tutmuĢ  orta  dağ 
qurĢaqlarına  qədər,  çay,  əkin,  çöl,  arx,  bulaq,  bağ-bağçada,  yol  kənarlarında  və  kolluqlarda  rast 
gəlmək olar. 
 Əkin ononisinin müalicəvi xüsusiyyətləri insanlara çox qədim dövrlərdən məlum olmuĢdur. 
Dioskorid bitkinin kök hissəsindən böyrək və sidik kisəsində olan daĢların təmizlənməsinin Ģahidi 
olduğunu qeyd edir. 
Müalicə  məqsədləri  üçün  köklərindən  istifadə  edilir.  Köklərinin  tərkibindən  ononin 
qlükozidi (C
22
H
22
O
9
) tapılmıĢdır ki, bu da hidroliz olunaraq formononetin – (C
16
H
I2
O
4
 qlükozidi), 
onospin (C
21
H
24
O
9
), ononetin (C
15
H
14
O
4
) triterpendiol (C
30
H
50
O
2
və s. maddələrə çevrilir. Bundan 
əlavə kökündə piyli yağ, aĢı maddəsi, efır yağı, qatran aĢkar edilmiĢdir. 
Kökündə  9,51%  kül  maddəsi,  mq/q%-lə  3,20  -  K,  3,40  -  Ca,  4,20  -  Mg,  0,40  -  Fe 
makroelementləri, mkq/q-la 0,14 - Mn, 0,26 - Cu, 0,16 - Zn, 0,69 - Mo, 0,02 - Cr, 0,39 - Al, 0,35 - 
V, 14,20 - Se, 0,62 - Ni, 0,19 - Sr, 0,08 - Pb, 0,90 - B, 0,15 - I mikroelementləri tapılmıĢdır. 
Hələ  çox  qədim  zamanlarda  əkin  ononisinin  kök  hissələrindən  dəmləmələr  hazırlanmıĢ, 
tərlədici, sidikqovucu və qankəsici vasitə kimi istifadə edilmiĢdir. 
Elmi  təbabətdə  kəskin  babasil  xəstəlikləri  zamanı  baĢ  verən  qanaxmaları  dayandırır,  ağrını 
azaldır, xroniki qəbizliyi aradan götürür, cövhəri ilə böyrək və sidik kisəsində olan daĢların əridilib 
orqanizmdən  kənar  edilməsində  istifadə  edilir.  Kosmetologiyada  otundan  hazırlanmıĢ  vannalarla 
dəridə olan ekzema və yaraların müalicəsində istifadə edilir. Kökündən hazırlanmıĢ məlhəmlər dəri 
çatlamaları  zamanı  qanaxmaların  dayandırılmasında  iĢlədilir.  Xroniki  dəri  xəstəliklərində  kök 
hissəsindən alınan sulu dəmləmələrdən qantəmizləyici vasitə kimi istifadə edilir. 


122 
 
Kökünü  payızda  çıxarır,  gövdə  hissəsini  kəsib  atır,  soyuq  suda  yuyur,  sonra  isə  mehdəyən 
yerlərdə qurudurlar. Süni üsulla isə 40-60°C temperaturda xüsusi quruducularda qurudurlar. YaxĢı 
qurudulmuĢ xammal 2 il müddətində öz keyfiyyətini itirmədən saxlayır. 
Əkin  ononisinin  əkildiyi  hər  hektar  sahədən  birinci  il  8  sentner,  ikinci  ildə  isə  22  sentner 
quru kök məhsulu əldə etmək olar. 
Onun  kök  və  kökümsovlarından  Bolqarıstanda  sidik  kisəsi  iltihabında,  prostat  vəzi 
xəstəliklərində,  suçiçəyində,  rus  xalq  təbabətində  podaqrada,  sidik  kisəsində  olan  daĢların 
əridilməsində, böyrək soyuqdəymələrində və revmatizmdə istifadə edilir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin