Təzə noxuddan (sidikqovucu) şorbanın hazırlanması. 300 q qabığı ilə birlikdə noxud, 3
çay qaĢığı un, 2 xörək qaĢığı kərə yağı, 1 stəkan süd, 1 ədəd yumurta sarısı, zövqünüzə görə xırda
doğranmıĢ cəfəri və Ģüyüd götürün.
Noxudu qabığı ilə birlikdə duzlu suda biĢirib (həlimi atmamaqla) süzün. Unu tavada
qarıĢdıra-qarıĢdıra qızardın. 1 xörək qaĢığı yağ əlavə edib üzərinə noxudun isti həlimini töküb
qaynadın. Sonra yumurta sarısı ilə südü, yağı və duzu, noxudu biĢirilmiĢ kütlənin üzərinə töküb
qapaqla örtüb isti plitəyə qoyun. 5-7 dəqiqə saxlayın. Sonra üzərinə xırda doğranmıĢ göyərtini səpib
süfrəyə verin.
Göy noxud qiymətli qida bitkisi kimi geniĢ sahələrdə əkilib-becərilir. Mülayim iqlim
zonaları olan ölkələrdə 7000000 hektar sahədə göy noxud becərilir. Bunun 3600000 hektarı Çinin
payına düĢür. Bundan baĢqa istehsal olunan göy noxudun ən çoxu ABġ, Almaniya, PolĢa, Ġspaniya,
Ġtaliya, Fransa, Rusiya və s.-nin payına düĢür.
Diqqət! Göy noxuddan hazırlanan xörəklərdən podaqra, kəskin nefrit, mədə-bağırsaq
soyuqdəymələrində yeməyi məsləhət görürlər. Mədə və onikibarmaq bağırsaq xəstəliyinə tutulmuĢ
insanlara göy noxuddan hazırlanan püre qəbul etməyi məsləhət görürlər. YaĢlı insanlar isə göy
noxuddan və eləcə də digər paxlalı bitkilərdən istifadə elən zaman onlara yaxĢı biĢirilib tam yumĢaq
hala salınmıĢ tərəvəz xörəklərindən qəbul etmək mədə-bağırsaqlarda əmələ gələn qazların və
köpmələrin qarĢısını almaq üçün noxuddan hazırlanan xörəyin tərkibinə kök əlavə etməklə yanaĢı
çörəklə yemək məsləhət görülür.