127
Dünya florasının tərkibində lobya cinsinin 200-ə qədər
növü yayılmıĢdır. Hal-hazırda dünyanın bir sıra ölkələrində, o
cümlədən Hindistanda, Braziliyada, Meksikada, ABġ-da,
Rumıniyada, Balkan ölkələrində, Portuqaliyada, Ġtaliyada,
Fransada,
Kolumbiyada,
Ukraynada,
Özbəkistanda,
Gürcüstanda, eləcə də əksər vilayətlərdə lobyanın 20-yə qədər
növü mədəni halda əkilib-becərilir.
Azərbaycanda da lobya cinsinin bir neçə növü becərilir.
Bunlardan ən çox becəriləni isə adi lobyadır -
Phaseolus
vulgaris L
.
Adi lobyanın vətəni Cənubi Amerika hesab olunur. Əsas etibarilə yeyinti sənayesində
istifadə edilir. Lobya bitkisi mədəni halda becərilən bitkilərin ən qədimi olub, insanlara bizim
eradan 5 min il qabaq məlum olmuĢdur. Hal-hazırda həyətyanı sahələrdə qida və müalicə
məqsədləri üçün geniĢ əkilib-becərilir. Lobyanın müalicəvi xüsusiyyətləri hələ XVI əsrdə ġərq
xalqlarına məlum olmuĢdur. ġərq xalqları lobyadan orqanizmin təmizlənməsində, daĢların
əridilməsində, potensiyanın artrılmasında istifadə edirlər. Ġbn Sina bitkinin ağ ciyər xəstəliklərində
istifadə olunmasını məsləhət görürdü.
Bitkinin toxumlarının tərkibində 18-32%-ə qədər zülal, niĢasta, 1,0-3,6% piyli yağ və s.
aĢkar edilmiĢdir. Bundan baĢqa toxumlarında 20%-ə qədər kristal halında qlobulin-fazeolin,
proteaza, xolesterin, lesitin, qalaktoarabin, suda həll olan saxaridər, dekstrin, flavonoid maddələri,
limon turĢusu, pentozanlar, makro və mikroelementlər, karotin B, 157,2 mq% C vitamini aĢkar
edilmiĢdir. Lobya zülalları heyvani zülallara çox yaxındır.
Müalicə məqsədləri üçün bitkinin toxumlarından, qın və qabıqlarından hazırlanan fazeolin
adlı ekstraktdan diabetdə, qanda Ģəkərin miqdarının azaldılmasında, sidikqovucu kimi, mikrob
əleyhinə və skleroz zamanı xəstələrin müqavimətini artırmaq üçün istifadə edilir. Eyni məqsədlə
meyvələrin sulu biĢirilməsindən də istifadə edilir. Lobya həmçinin qastritdə (turĢuluq az olan
zaman), aterosklerozda, ürək ritminin pozğunluqlarında məsləhət görülür. Paxlasından hazırlanınıĢ
biĢirmə və dəmləmə böyrək xəstəliklərində, revmatizmdə, duzların mübadiləsi pozulduqda,
hipertoniyada müalicəvi təsir göĢtərir.
Dostları ilə paylaş: