Saçlar üçün cövhərin hazırlanması. 3 xörək qaĢığı cökə çiçəyini 0,5 l isti suya töküb 10
dəqiqə dəmləyin. Saçlarınızı yuduqdan sonra cökə cövhəri ilə yaxalayın. Bu əməliyyat nəticəsində
saçların dibi möhkəmlənir və parlaq olur. Cökənin çiçək və yarpağından xoĢ iyli qidaların hazırlanması. Çox qədim dövrlərdən
insanlar cökənin təzə yarpaqlarından qida kimi istifadə etmiĢlər. Bunun cavan yarpaqlarından
vitaminli salatlar hazırlanır. QurudulmuĢ yarpaqları narın toz halına salıb xəmirə qarıĢdırırlar.
Bolqarıstanda təzə iri yarpaqlarından dolma bükürlər. Cökənin çiçəklərindən mürəbbə, Ģərbət, çaxır,
bal arağı, giləmeyvə cövhəri hazırlanır.