Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə335/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   331   332   333   334   335   336   337   338   ...   730
 
ƏMƏKÖMƏCĠ – Malvaceae Juss. Fəsiləsi  
MeĢə əməköməcisi – Malva sylvestris L.  
 
Əməköməci fəsiləsinin dünya florasının tərkibində 75 cinsi, 1500-ə qədər növü yayılmıĢdır. 
Bu növlərin içərisində birillik, ikillik, çoxillik kol və ağac formalarına rast gəlmək olar. Bunlar ən 
çox tropik zonalarda yayılmıĢlar. Əməköməci fəsiləsinə aid olan növlərin 
içərisində  qiymətli  yağ  təbiətli,  lif  xüsusiyyətli,  dərman  əhəmiyyətli, 
boyaq  və  bəzək  növlərinin  geniĢ  spektrinə  rast  gəlmək  olar.  Bunlardan 
biri  də  meĢə  əməköməcisidir.  Bu  ikillik  ot  bitkisi  olub,  qollu-budaqlı 
gövdəyə  malikdir.  Yarpaqları  uzunsaplaqlı,  növbəli,  ürəkvari  girdə,  5-7 
dilimli, 
kənarları 
yarımdairəvi 
diĢlidir. 
Dəstə-dəstə 
yarpaqların 
qoltuğunda  yerləĢən  çiçəkləri  çəhrayı-bənövĢəyi  rəngdədir.  Bitki  may-
iyun  aylarında  çiçəkləyir,  meyvələri  iyuldan  baĢlayaraq  oktyabra  qədər 
yetiĢir. 
MeĢə  əməköməcisinə  -  M.sylvestris  L.  Azərbaycanın  demək  olar 
ki, hər yerində - ovalıqlardan baĢlayaraq orta dağ qurĢaqlarına qədər rast gəlmək olar. Bundan baĢqa 
bitkiyə alaqlı yerlərdə, bağ və bostanlarda, yaĢayıĢ binalarının ətrafında, həyətyanı sahələrdə, meĢə 
açıqlıqlarında təsadüf etmək olar. 
Bitkinin çiçək və  yarpaqlarının tərkibində 7,7% D-qlükoza,  D-fruktoza, saxaroza, rafınoza, 
1,35-6,12%-ə qədər selikli maddə, 3-B-D-qlükoprianozid malvidin, malvin, mirtilin antosianları, S-
O-B-D-qlükozid-3-sulfat  qossipetin,  8-O-B-D-qlükozid-3  sulfat  qipolaetin,  8-0-B-D-qlükyronid-3-
sulfat  qossipetin  və  s.  aĢkar  edilmiĢdir.  Çiçəklərində  isə  sulu  karbohidratlardan:  D-qlükoza, 
fruktoza, saxaroza, 6,10-7,25% selikli maddə və s. müəyyən olunmuĢdur. Qədim tərəvəz və müalicə 
bitkisi  hesab  edilir.  Müalicə  məqsədləri  ilə  bitkinin  yarpaq  və  çiçək  hissələrindən  istifadə  edilir. 
Çiçəyi quruyan zaman bənövĢəyi rəng alır. Çiçəyinin tərkibində selikli maddə, yarpaqlarında 3%-
dək askorbin turĢusu tapılmıĢdır. Toxumlarında 10-18% piyli yağ aĢkar edilmiĢdir. 
Əməköməcidən  alınan  preparatlar  bakterisid,  soyuqdəymə,  yarasağaldıcı,  bəlğəmgətirici, 
yumĢaldıcı, zəif iĢlədici təsirlərə malikdirlər.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin