Elmi redaktorlar amea-nın müxbir üzvləri


Dərman bəlğəmotu – Althaea officinalis L



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə338/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   334   335   336   337   338   339   340   341   ...   730
Dərman bəlğəmotu – Althaea officinalis L. 
 
Dünya  florasının  tərkibində  əməköməci  fəsiləsinin  75  cinsinə,  1000-ə  qədər  növünə  rast 
gəlmək  olar.  Bunların  əksəriyyəti  tropik  ölkələrdə  yayılan  ağac  və  ot  bitkiləridir.  Növlərin 
əksəriyyəti selik və kitrə ilə zəngin olub tibbdə geniĢ istifadə edilir. 
Dərman bəlğəmotu  - A. officinalis L. hündürliiyü 60-150 sm olan  yoğun, qısa, çoxbaĢcıqlı 
kökümsov və budaqlanan kök sisteminə malik çoxillik ot bitkısidir. Gövdəsi tək və yaxud bir neçə 
ədəd  dikduran  olub  budaqlanandır.  Yarpaqları  növbəli,  saplaqlı,  yuxarıdakı  yarpaqlar  bütöv, 
yumurta Ģəkilli, orta və aĢağı  yarpaqları ürək formasında  3-5 ədəd, çox da dərin olmayan dilimli, 
kənarları  diĢli,  bozumtul-yaĢıl,  məxməri  tüklərlə  örtülmüĢdür.  Diametri  2-3  sm,  ağ-solğun  və 
çəhrayı,  qırmızı  rəngdə  olan  çiçəkləri  yarpaqların  qoltuğunda,  gövdə  və  budaqların  yuxarısında 
uzun sünbülvari çiçək qrupunda yerləĢmiĢdır. Meyvələri çoxtoxumlu, dairə Ģəkillidir. BöyrəyəoxĢar 
tünd qonur rəngli hamar toxumları vardır. Bitki iyun ayından baĢlayaraq sentyabr ayına qədər çiçək 
açır. Toxumları sentyabrda yetiĢir. 
Azərbaycanda bəlğəmotu aran rayonlarında, ən çox isə Kür-Araz, 
Alazan-Əyriçay  və  Samur-Dəvəçi  ovalıqlarında,  çəmənlik  yerlərdə, 
kolluqlarda, nəmli torpaqlarda, çay kənarlarında bitir. 
Bitkinin  əsas  təsiredicisı  maddəsi  selikli  maddədir.  Köklərində 
35%-ə  qədər  suda  həll  olan  selikli  maddə  vardır  ki,  bu  da  hidroliz 
olunaraq  pentoza,  qalaktoza  və  dekstrozaya  çevrilir.  Tərkibində  37%-ə 
qədər  niĢasta,  4%  betain,  10-20%-ə  qədər  saxaroza,  11%  pektin,  2%-ə 
qədər  askorbin,  1,7%  efır  yağı,  alma  turĢusu,  fitosterin,  kauçukabənzər 
maddə,  1,25-1,70%  piyli  yağ,  aĢı  maddəsi,  kempferol,  kversetin, 
flavonoidlər,  kumar,  kofein,  ferul,  salisil,  vanilin  turĢuları  və  s. 
tapılmıĢdır.  Çiçəklərində  0,2-0,3%  efır  yağı,  4-5%  selikli  maddələr, 
karotin, askorbin turĢusu, meyvələrində isə 2% piy aĢkar edilmiĢdir. Kökünün tərkibində 5,65% kül 
maddəsi, mq/q-la: 11,30 - K, 17,40 - Ca, 4,00 - Mg, 0,73 - Fe makroelementləri, mkq/q-la: 0,10 - 
Mn, 0,47 - Si, 0,25 - Zn, 0,10 - Co, 0,10 - Cr, 0,46 - Al, 0,29 - V, 5,71 - Sc, 0,15 - Ni, 0,63 - Sr, 0,05 
-  Pb,  0,10  -  I,  0,20  -  B  mikroelementləri  tapılmıĢdır.    Yarpaqlarının  tərkibində  axillin  (C
7
H
13
O
3

alkaloidi aĢkar edilmiĢdir.  
Dərman  bitkisı  kimi  çox  qədim  dövrdən  məlumdur.  Müalıcəvı  təsıri  haqqında  Teofrast, 
Pliniy,  Dioskorid,  Ġbn  Sina  geniĢ  məlumat  vermiĢlər.  Dioskorid  bu  bitkinin  adını  «altana»  yəni 
«çoxlu  dərdlərin  dərmanı»  qoymuĢdur.  Ġbn  Sina  isə  bunun  yunanca  adının  «çoxtərəfli»,  «çox 
əhəmiyyətli» mənasını daĢıdığını qeyd cdir. Bəlğəmotundan qədim yunan və Roma xalqları geniĢ 
istifadə  ctmiĢlər.  Qədim  zamanlarda  bitkini  göllərin  ətrafında  əkib  bccərərək  yarpaq,  kök  və 
toxumundan hazırlanan məlhəm və cövhərlərlə öskürəyi, qanlı ishalı  və s. müalicə edərmiĢlər. 
Müasir tibb elmində isə kökləriııdən soyuq suda hazrlanan 5%-li dəmləməsi, ekstraktlar və 
«Mukaltin» adlı həbləri soyudəymə nəticəsində yaranan nəfəs yollarının iltihabında, ağ ciyər, mədə-
bağırsaq xəstəliklərində (qastrit, enterokolit və s.), eləcə də boğaz ağrılarında qarqara dərmanı kimi 


139 
 
geniĢ  istifadə  edilir.  Bəlğəmotunun  kökü  sinə  yumĢaldan  çayın  və  öskürək  əleyhinə  iĢlədilən 
qarıĢıqların tərkibinə qatılır. 
Kökünün tərkibində çoxlu miqdarda selikli maddə olduğuna görə, bitkidən hazrlanan qalen 
preparatları nəfəs yolları və mədə-bağırsaq orqanlannın müalicəsində istifadə edilir. Bəlğəmotunun 
kökündən  hazırlanan  çıxarıĢ  müdafıəedici,  yumĢaldıcı  kimi,  soyuqdəymə  əleyhinə  istifadə 
olunmaqla  yanaĢı,  bəlğəmgətirici,  ağrıkəsici  xüsusiyyətlərə  də  malikdir.  Ekstraktından  xroniki 
bronxitdə, traxeit, laringit, bronx sətəlcəmində və bronxial astma xəstəliklərində də istifadə edilır. 
Seliyin  tərkibində  niĢastanın,  Ģəkərlərin,  polisaxaridlərin,  kolloid  xüsusiyyətli  maddələrin  olması, 
xəstəlik  nəticəsində  zədələnmiĢ  nahiyələri  ―suvayır‖,  qıcıqlanan  sinir  uclarını  nizamlayır,  selikli 
qıĢanı  qoruqaraq  toxumaların  tezliklə  sağalmasına  kömək  edir.  Bundan  baĢqa  dərman  gülxətmi 
kökünün  selik  maddəsindən  mədə  xəstəliklərinin,  onikibarmaq  bağırsağın,  mədədə  turĢuluğun 
qaydaya salınmasnda geniĢ istifadə edilır. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin