Bəlğəmotundan müalicə preparatlarının hazırlanması. Mədə və onikibarmaq bağırsaqda əmələ gələn yaraların, kolitin, dizenteriyanın müalicəsində. 4 çay qaĢığı doğranmıĢ kökünü 0,5 litr qaynadılmıĢ soyuq suya töküb 8 saat
dəmləyib süzün. Aldığınız cövhərdən gündə 3-4 dəfə yeməyə yarım saat qalmıĢ qəbul edin.
Zökəm və qrip zamanı. 1 çay qaĢığı doğranmıĢ kökünü 1 stəkan qaynadılmıĢ soyuq suya
töküb, 3-4 saat dəmlədikdən sonra süzün. Aldığınız ekstraktdan gündə 2 xörək qaĢığı yeməyə yarım
saat qalmıĢ qəbul edin.
Öskürək, bronxit, ağ ciyər soyuqdəymələrində, göyöskürək, bronxial astma zamanı. 2
xörək qaĢığı doğranmıĢ kökünü 1 stəkan qaynadılmıĢ soyuq suya töküb 7-8 saat dəmləyib süzün.
Aldığınız ekstraktdan gündə yeməyə yarım saat qalmıĢ 4-5 xörək qaĢığı qəbul edin.
Xroniki prostatın və adenoma vəzisinin pozuntıılarında əlavə vasitə kimi. 1 çay qaĢığı
doğranmıĢ kök hissəsini otaq temperaturunda olan 0,5 stəkan qaynadılmıĢ suya töküb, 1 saat
dəmləyin və süzün. Aldığınız ekstraktdan 1 xörək qaĢığı hər 2 saatdan bir qəbul edin.