137
doldurub soyuq yerdə saxlayın. 2 çay qaĢığı isti çaya əlavə edib daxilə qəbul edin.
Bundan baĢqa müasir tibb aləmində cökə kömüründən zəhərlənmələr zamanı istifadə еdilir.
Qatranından isə еkzеmaların müalicəsində tətbiq еdilir. Cökənin tumurcuq, qabıq hissələrindən də
müalicə məqsədləri üçün istifadə еtməyə baĢlamıĢlar.
Cökə çiçəyindən hazırlanan prеparatlardan baktеrisid, tərqovucu, istiliksalan, sidikqovucu,
sakitləĢdirici vasitə kimi və qıcolmaya qarĢı iĢlədilir. Qabıq və tumurcuğundan hazırlanan
prеparatlarından isə yarasağaldıcı, yumĢaldıcı, maddələr mübadiləsini tənzimləyən vasitə kimi,
orqanizmdə olan zəhərli və xoĢagəlməz maddələrin təmizlənməsində istifadə еdilir. Prеparatların
köməyi ilə xolеstеrini, ağır mеtal duzlarını, radionuklidləri, sidik turĢusunu orqanizmdən kənar
еdirlər.
Biz isə ilk dəfə olaraq cökənin çiçək və yarpaqlarından flavonoid tərkibli boyaq ekstraktı
hazırlayıb yun ipi açıq-sarı, tünd-sarı, parlaq-sarı, sarı-narıncı, narıncı, mixəyi, qonurumtul, açıq-
yaĢıl, tütünü, açıq-qəhvəyi, tünd-qəhvəyi və s. rəng və çalarlar almağa nail olduq. Aldığımız rəng və
çalarlar suya, sabunla yuyulmağa qarĢı davamlı olub yüngül sənayedə istifadə oluna bilər.
1 kq çiçək və yarpağın tozundan alınan boyaq ekstraktı ilə 8-10 kq yun ipi boyamaq olar.
Bir cavan cökə ağacından orta hesabla 0,7-1,5 kq çiçək əldə etmək olar. 1 hektar sahədən isə
30-40 kq quru çiçək əldə edilir.
Dostları ilə paylaş: