Elmi redaktorlar amea-nın müxbir üzvləri


Çaytikanından dodaqlar üçün balzamın hazırlanması



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə385/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   381   382   383   384   385   386   387   388   ...   730
Çaytikanından dodaqlar üçün balzamın hazırlanması. Kibrit qutusunun 1/4 hissəsi qədər 
təbii mum üzərinə 1 xörək qaĢığı çaytikanı yağı əlavə edin və emallı qabda su hamamına qoyub həll 
olana qədər qarıĢdırın. Hazır məmulatı bir az soyudub nazik qatla dodağınıza çəkin. Əməliyyatı hər 
gün yatmazdan qabaq 5-10 dəqiqə aparın. 
 
 
 
YAĞIOTU – Onagraceae Juss. fəsiləsi 
Ġvançay – Chamerion angustifolium (L.) Holub 
 
Yer kürəsi florasının tərkibində fəsilənin 36 cinsi və 500-ə qədər növü yayılmıĢdır. Fəsilənin 
dərman, qida, bəzək və nektar təbiətli cinslərindən biri də Ġvançay cinsidir. Cinsin dünya florasının 
tərkibində  200-ə  qədər  növünə  rast  gəlmək  olar.  Qafqazda,  o  cümlədən  də  Azərbaycanda  4  növü 
var.  
Ġvançay – Chamerion angustifolium (L.) Holub. Bu çoxillik ot bitkisi olub, hündürlüyü 130-
150  sm,  yerüstü  və  sürünən  kökümsov  gövdəyə  malikdir.  Növbə  ilə  düzülmüĢ  çılpaq,  lansetvari, 
gövdə üzərində oturaq yarpaqları vardır. BənövĢəyi qırmızı və ya ağ çiçəkləri salxımvari formada 
yerləĢmiĢdir.  Meyvəsi  çoxtoxumlu  dördkünc  buynuzaoxĢar  qutucuq  meyvədən  ibarətdir.  Ġyul-
avqust aylarında çiçək açır, sentyabrda isə meyvəsi yetiĢir.  
 
Ġvançay  Respublikamızda  Quba  rayonunun  Ģərq  ərazilərində,  Kiçik  Qafqazın  Ģimal  və 
mərkəz  hissələrində,  Naxçıvanın  dağlıq  zonalarında  yayılmıĢdır.  Bundan  baĢqa  bitkiyə  yuxarı 
subalp çəmənliklərdən tutmuĢ, meĢəliklərdə, daĢlı-çınqıllı sahələrdə, açıqlıqlarda, meĢə kəsiklərində 
və s. yerlərdə rast gəlmək olar.  
Bitkinin bütün hissələri xalq təsərrüfatının müxtəlif sahələrində istifadə oluna bilər. Belə ki, 
yarpaq  hissəsi  Ģirintəhər,  yeməli  olub,  tərəvəz  kimi  istifadə  edilir.  Kökü  xırda  həssələrə  salınıb, 
qıcqırdılıb spirt əldə edilir ki, bundan da müxtəlif içki növləri hazırlanır.  
Bundan  baĢqa  kökünü  xırda  hissələrə  salaraq  ondan  un  əldə  edib  müxtəlif  çörək  növləri 
biĢirirlər.  Yarpaqlarından  surroqat  hazırlayıb  çay  kimi  içirlər.  Yarpaqlarının  tərkibindən  selik, 
pektin, tanin, 190 mq%-ə qədər C vitamini, 0,1% məlum olmayan alkoloid və s. aĢkar olunmuĢdur. 
Qiymətli nektar bitkisi sayılır. Çiçək açan (3 gün çiçək açır) dövründə 1 çiçəyinin tozcuğunda 0,55 
mq nektar aĢkar edilmiĢdir. Bu da 1 hektar sahədən 480-500 kq bal deməkdir. Hava Ģəraiti əlveriĢli 
keçən illərdə kütləvi çiçək verdiyi zaman hər hektar sahədən 900-100 kq-a qədər bal məhsulu əldə 


161 
 
olunur. Balı ətirli, kəskin, Ģirin, yaĢılımtıl rəngli su kimi açıq-Ģəffafdır. Toxumunda 40-50%-ə qədər 
yağ saxlayır.  
Qiymətli  müalicəvi  xüsusiyyətə  malikdir.  Ġvançaydan 
hazırlanan  preparatlarla,  mədə,  prostat  vəzinin  adenoması,  əsəb 
sakitləĢdirməsində,  kolit,  qəbizlik,  qastrit,  boğaz,  burun,  uĢaqlıq 
qanaxmaları, yara və kəsiklər müalicə edilir.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   381   382   383   384   385   386   387   388   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin