172
qəbuluna o qədər də fikir verilmir. Çox vaxt isə qastrit xəstəliyinin vaxtında müalicə edilməsinin
qayğısına qalmırlar. Bəs qastrit nədir? Qastrit mədənin selikli qıĢasının iltihabından yaranan
xəstəlikdir. Qastritin kəskin və xroniki formaları vardır. Qastritin tor əmələ gəlməsi forması qida
vasitəsilə mədəyə düĢən və onu qıcıqlandıran maddələrin təsiri nəticəsində əmələ gəlir.
Qıcıqlandırıcı qida məhsullarının təsiri nəticəsində mədənin selikli qıĢasında qızartılar baĢ
verməklə, onu tamamilə dağıda bilər. Qastriti sağaltmaq üçün bir neçə resept iĢlənib hazırlanmıĢdır.
Resept 1: 1 çay qaĢığı qurudulub xırda hissələrə salınmıĢ dəmrovotu 1 stəkan qaynar suya
töküb 10-15 dəqiqə dəmləyib, soyudub süzün. Gündə 2 dəfə stəkanın 1/2 hissəsi qədər qəbul edin.
Müalicəni bir həftə davam etdirdikdən sonra iki ay istirahət verin. Sonra müalicəni yenidən davam
etdirin. Müalicənin effektli olması üçün dəmrovotunu suda yox, qaynadılmıĢ süddə dəmləyib qəbul
edin. Hər qəbuldan sonra 1 xörək qaĢığı sıyıq halına salınmıĢ kök yeyin.
Resept 2: mədə Ģirəsindən turĢuluğunu azaltmaq üçün 2 ədəd orta böyüklükdə kök götürüb 3
stəkan su əlavə edib 1,5 stəkan su qalana qədər qaynadın. Sonra dəmləmənin içərisinə 1 çay qaĢığı
kətan toxumu əlavə edin. Gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin.
Mədə yarası. Mədə və onikibarmaq bağırsağın yaraları bir çox səbəblərdən meydana çıxır.
Bu xəstəlik mədənin və onikibarmaq bağırsağın selikli qıĢalarının müxtəlif hissələrində yaralar
əmələ gəlməsi ilə baĢ verir. Xəstə qida qəbul etdikdən 20 dəqiqə sonra qarın nahiyyəsinin yuxarı
hissələrində kəskin ağrılar hiss etməyə baĢlayır. AxĢamlar ac olan zamanda ağrlar baĢ qaldırır.
Lakin qida qəbul etdikdən sonra ağrılar aradan qalxır.
Mədə yarası vaxtında müalicə edilməzsə bir sıra kəskin fəsadlar əmələ gəlir. Kəskin
qanaxmalar baĢ verə, xərçəng xəstəliyi yarana bilər. Mədə və onikibarmaq bağırsağın selikli
qıĢasında çürümələr də baĢ verə bilər.
Mədə yarasını müalicə etmək üçün kök Ģirəsini, kartof Ģirəsi ilə qarıĢdırıb qəbul etməyi
məsləhət görürlər. Çaytikanı yağı da yaranın sağalmasına müsbət təsir edə bilər.
Dostları ilə paylaş: