Elmi redaktorlar amea-nın müxbir üzvləri


Yerkökü  100  xəstəliyin  dərmanıdır



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə406/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   402   403   404   405   406   407   408   409   ...   730
Yerkökü  100  xəstəliyin  dərmanıdır.  Kök  çox  qiymətli  dərman  bitkisi  hesab  edilir.  Tibb 
alimləri  müəyyən  etmiĢlər  ki,  bu  tərəvəz  bir  çox  xəstəliklərin  o  cümlədən  soyuqdəymə, 
sidikqovucu,  iĢlədici,  südartırıcı,  spazma  əleyhinə,  ĢiĢlərə  qarĢı  qurdqovucu  və  yara  sağaldıcı 
xüsusiyyətlərə malikdir. Kök orqanizmi xarici mühitin xoĢagəlməz təsirlərinə qarĢı qoruyan nadir 
bitkilərdəndir. Belə ki, Kanada və Avstraliyada insanlar zəhərli Ģəraitdə iĢləyən zaman onlara xüsusi 
paketlərdə kök Ģirəsi verirlər. 
Kökün  bir  çox  xəstəliklərin  müalicəsinə  müsbət  təsir  göstərən  amillərdən  bunları  qeyd 
etmək  olar:  vitamin  çatiĢmazlığında  və  qanazlığında;  infakt  zamanı;  ürək-damar  xəstəliklərində; 
mədə,  bağırsaq,  qara  ciyər  və  böyrək  xəstəliklərində;  göz  xəstəliyində;  qalxana  bənzər  vəzi 
xəstəlikləri zamanı qüvvətləndirici vasitə kimi; nəfəs yolları xəstəliklərində; yaman ĢiĢlərə qarĢı.  
Bir sözlə kökün müalicəvi xüsusiyyətləri çox Ģaxəlidir. 
Kim gündə 1 ədəd kök yeyərsə o, çox nadir hallarda xəstələnə bilər. Bu tərəvəzdən hər gün 
normal qəbul edilərsə, orqanizmin immunitet sistemi güclənər və o xəstəliyə tutulmaz. Çox qədim 
zamanlarda alimlər belə bir kəĢfə imza ataraq qeyd etdilər ki, kökün tərkibində olan pektin maddəsi 
qanda xolesterinin miqdarını azaltma qabiliyyətinə malikdir. Əgər insan gündə 2 ədəd kök yeyərsə 
xolesterinin miqdarı qanda 10-20% aĢağı düĢər. Buna görədə həkimlər xəstələrə kökdən hazırlanan 
xörəklərdən  hər  gün  qəbul  etməyi  məsləhət  görürlər.  Buda  ürək-damar  və  mədə-bağırsaq 
xəstəliklərinə  müsbət  təsir  edə  bilər.  Orqanizmdə  mineral  pozuntuların  baĢ  verməsi  nəticəsində 
sidik və öd kisələrində daĢlaĢma baĢ verir. Bu zaman həkimlər kök yeməyi məsləhət görürlər. Hər 
gün  çiy  halda  50-100  qram  süzgəcdən  keçirilmiĢ  kök  qəbul  edən  insanlarda,  ağ  ciyər,  bronxial 
astma, qastrit, turĢuluğun aĢağı düĢməsi, qara ciyər, mədəaltı vəzinin xəstəliklərinə tutulma halları 
azalar. Kökdən qəbizlikdə, bağırsaqlarda olan pazarit qurdlara qarĢı, sidikqovucu, ödqovucu vasitə 
kimi istifadə edilər.  
Ağır fiziki iĢ zamanı kökdən hazırlanan salatlardan istifadə edilməsi məsləhət görürlər. 
Bir sıra dietoloqlar xərçəng, nefrit, Ģəkər xəstəlikləri zamanı kökdən biĢirilmiĢ halda istifadə 
etməyi məsləhət görmürlər. Kökdən hazırlanan püre disbakterioz və kolitə qarĢı gözəl vasitə hesab 


170 
 
edilir.  Hamilə  və  süd  verən  qadınların  kök  Ģirəsindən  istifadə  etməsi  məsləhət  görülür.  Kökün 
tərkibində  kifayət  qədər  olan  ―A‖  vitamini  yağ  mənĢəli  xörəklərl,  məsələn  xama,  bitki  və  kərə 
yağları ilə qəbul etməyi məsləhət görürlər. 
Kökdən  xərçəng  xəstəlikləri  zamanı  istifadə  etmək  məsləhət  bilinir.  Dünyanın  müxtəlif 
ölkələrinin alimləri hələki müalicəsi mümkün olmayan xərçəng xəstəliyinin təbiətini öyrənməyə can 
atırlar.  Alimlər  müəyyən  etmiĢlər  ki,  xalq  təbabətiilə  məĢğul  olan  həkimlər  kök  Ģirəsi  ilə  rakın 
müalicə etməyə və yaxud xərçəng hüceyrələrinin inkiĢafının qarĢısını almağa səy göstərmiĢlər.  
Bir  neçə  il  bundan  qabaq  ABġ-ın  Arizona  ġtatı  Universitetində  çalıĢan  alimlər  müəyyən 
etmiĢlər  ki,  kök  və  bir  sıra  tərəvəz  bitkilərinin  tərkibində  olan  beta-karotin  xərçəng  xəstəliyini 
törədən  virusların  inkiĢafının  qarĢısını  alır.  Bunun  üçün  gündə  30  mq  beta-karotin  qəbul  etməyi 
məsləhət  görürlər.  Bu  qədər  β-karotinoidi  2-6  ədəd  (100)  q  kök  yeməklə  əldə  etmək  olar.  Qeyd 
etmək lazımdır ki, biĢmiĢ kök çiy kökə nisbətən yaxĢı həzm olunur.  
Yapon professoru T.Xirayma insanların həyat tərzi ilə əlaqədar olaraq xərçəng xəstəliyindən 
ölənlərin faizini öyrənmək üçün 20 il tədqiqat iĢləri aparmıĢdır. 1965-1985-ci illərdə 40 yaĢ olmaqla 
265  min insan  üzərində  tədqiqat  apararaq  belə  bir  nəticəyə  gəlmiĢdir  ki,  spirtli  içkilərdən  istifadə 
etməklə  və  siqaret çəkənlərdə  xərçəng  xəstəliklərdən  50%  insan  vəfat  etmiĢdir.  Lakin  qidalarında 
kökdən,  sarı-yaĢıl  göyərtilərindən  istifadə  edən  insanların  xərçəng  xəstəliyinə  tutulmaları  45-50% 
aĢağı  düĢmüĢdür.  Son  onilliklərdə  aparılan  tədqiqat  iĢlərinin  nəticəsində  məlum  olmuĢdur  ki, 
dünyanın  bir  çox  ölkələrində  birinci  növbədə  Yaponiya  və  Finlandiya  əhalisi  arasında  mədə 
xərçənginə  tutulma  hallarının  sayı  xeyli  aĢağı  düĢmüĢdür.  Mütəxəssislər  bunu  əhalinin  öz 
qidalarında  həddindən  artıq  kök  və  sarı-yaĢıl  rəngli  tərəvəzlərdən  istifadə  etməklə  izah  edirlər. 
Alimlər  belə  bir  nəticəyə  gəlmiĢlər  ki,  həddindən  artıq  ət  məhsulları  qəbul  edən  insanlar  ən  çox 
xərçəng xəsətliyinə tutulurlar. Bunu kökün və sarı-yaĢıl tərəvəzlərin tərkibində olan β -karotindən 
az  istifadə  etməklə  əlaqələndirirlər.  β-karotin  güclü  antioksidant  qabiliyyətinə  malik  olub,  bizim 
orqanizmimizin  xərçəng  xəstəliyinə  tutulmağımızın  qarĢısını  alır.  Bu  maddə  potensial  təhlükəyə 
malik  olan  sərbəst  radikalları  neytralaĢdıraraq  normal  hüceyrələrin  dağılmasının  qarĢısını  alır. 
Bizim  orqanizmimizə  düĢən  β-karotin  retinol  maddəsinə  çevrilərək  mədədə,  bağırsaqlarda,  sidik 
kisəsində,  qırtlaq,  ağ  ciyər,  qara  ciyər,  uĢaqlıq  nahiyələrində,  mədəaltı  vəzi  xərçənginin  qarĢısını 
almağa səbəb olur. Alimlər müəyyən etmiĢlər ki, kökün tərkibində olan C vitamini də bu cürəsirə 
malikdir. 
ġirin kökün tərkibində yeni bir məĢhur element MOR aĢkar edilmiĢdir. Bu üzvü maddə olub 
insan sağlamlığının dostu adlandırılır. MOR çox böyük qəribə xüsusiyyətə malik olub, orqanizmdə 
olan  DNT  molekularının  zədələnmələrdən  qoruyur.  MOR  elementi  insan  orqanizmini  bir  sıra 
təhlükəli xəstəliklərdən o cümlədən də xərçəngin qarĢısını almaqda iĢtirak edir. MOR elementi ağ 
qan  xəstəliyinə  tutulmuĢ  xəstələrin  müalicəsində  müvəffəqiyyətlə  istifadə  olunur.  Belə  ki, 
bioflavonoid  orqanizmə  daxil  olan  zərərli  kanserogen  maddəni  əhatə  edərək  onun  mənfi 
xüsusiyyətlərinin qarĢısını almaq kimi ən mühüm bir vəzifəni yerinə yetirirlər. Bioflavonoidlər və 
karotin  maddələri  sərbəst  radikalları  sanki  tutub  saxlayır  erkən  əmələ  gələn  xərçəng  ĢiĢlərinin 
qarĢısını alırlar. Alimlər müəyyən etmiĢlər ki, kökün tərkibində olan sellüloza orqanizmin müxtəlif 
hüceyrələrində əmələ gələn xərçəngin qarĢını almaqda böyük tol oynayır. Bitkilərin tərkibində olan 
piy və yağlar süd vəzilərində, bağırsaqlarda, qara ciyərdə, yumurtalıqlarda, mədəaltı vəzidə yarana 
bilən xərçəng çöplərinin inkiĢafına mane olur. 
Profilaktik tədbirlər kimi kökdən hazırlanmıĢ Ģirədən və  yaxud kokteyldən (baĢqa Ģirələrlə 
qarıĢığı) vasitəsilə yorğunluğu antibiotik maddələrin orqanizmə göstərdikləri zəhərli təsirlərə, eyni 
zamanda,  vaxtında  qarıĢısı  alınmayan  raka  qarĢı  istifadə  edilir.  Kökdən  Ģirə  hazırlanan  zaman 
sıxılmıĢ  tulantıların  tərkibində  çoxlu  miqdar,  karotinoid  maddəsi  qalır.  Bu  qalığın  üzərinə  süd  və 
yaxud  xama  əlavə  edib  10-15  dəqiqə  saxlayıb  çalxalayıb  qəbul  edin.  DöĢ  nahiyəsində  xərçəng 
əmələ gələn zaman kökü sürtgəcdən keçirib xəstə nahiyənin üzərinə yaxıb müalicə etmək lazımdır. 
Kökün  boliqolovla  qarıĢığı  daha  yaxĢı  nəticə  verir.  UĢaqlıq  nahiyəsində  əmələ  gələn  xərçəngin 
müalicəsi üçün hər gün 200q kök yeməyi məsləhət görürlər. 
Mədə və yemək borularında əmələ gələn xərçəngin müalicəsində isə 50 ml kök Ģirəsi, 50 ml 
çuğundur Ģirəsi və 100 ml süd və 1 çay qaĢığı bal götürüb Ģirələrə qarıĢdırıb qəbul etməyi məsləhət 


171 
 
görürlər.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin