Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə404/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   400   401   402   403   404   405   406   407   ...   730
β–karotinoid. 1875-ci ildə məĢhur cərrah N.Ġ.Piroqov yazırdı ki, süzgəcdən keçirilmiĢ kök 
sıyığını  xərçəngin  əlehinə  tətbiq  etmək  olar.  O  vaxtlar  onun  kökmeyvəsinin  tərkibində  kimyəvi 
birləĢmə  beta-karotin  aĢkar  edilmiĢdir.  Bu  maddə  kökə  qırmızı-narıncı  rəng  verir.  β-karotinoid 
orqanizmə  düĢən  zaman  ―A‖  vitamininə  retinola  çevrilir.  Bundan  əlavə  ―A‖  vitamini  insanın 
boyunun  artmasına  təsir  edərək  cinsi  hormonun  sintezinə  səbəb  olur.  Eyni  zamanda  skletin 
formalaĢmasında  mühüm  rol  oynayır.  β  -karotin  dərinin  fəaliyyətini  nizamlayır,  gözün  görmə 
qabiliyyətini  artırır,  sinir  sistemini  möhkəmləndirir,  orqanizmin  enerjisini  yüksəldir,  infeksiyalara 
qarĢı  müqavitətini  artırır.  Aparılan  yeni  tədqiqatlar  nəticəsində  β-karotinoidin  güclü  antioksidant 
olduğu  aĢkar  edildi.  Bunun  təsiri  nəticəsində  sərbəst  radikaların  qarĢısı  alınaraq,  bir  sıra təhlükəli 
aterosklerozun,  hipertoniya,  revmatoid  artrit,  emfizma,  parkinson,  katarakta  kimi  xəstəliklərin 
əmələ  gəlməsinin  qarĢısını  alır.  Orqanizmə  daxil  olan  radikallar  qocalmanı  sürətləndirir,  insan 
ömrünü qısaldır. Buna görə də həkimlər vaxtsız qocalmanın qarĢısını almaq üçün hər gün bir ədəd 
kök yeməyi məsləhət görürlər.  
Bu yaxınlarda yapon mütəxəssislərinin apardıqları elmi nəticələr göstərmiĢdir ki, mütəmadi 
sarı-yaĢılımtıl tərəvəzlərdən həmçinin kökdən tez-tez istifadə edildikdə insan öz ömrünü 5-7 il artıra 
bilər.  Bundan  əlavə  ―A‖  vitamini  xamanın,  qara  ciyərin,  yumurtanın  və  bir  çox  tərəvəz  və 
meyvələrin  tərkibində  də  rast  gəlinir.  Ancaq  kök  tərkibindəki  karotinoidin  miqdarına  görə,  Ģirin 
qırmızı bibərdən baĢqa bütün meyvə və tərəvəzlərdən üstündür. 
Müqayisə üçün, məsələn 100 q adi kökün tərkibində 7,5 mq karotinoid olduğu halda, 100 q 
pomidor və əriyin tərkibində 1,7 mq karotinoid olur. Kökdə karotinoidin miqdarı o biri meyvə  və 
tərəvəzlərdən  4,5  dəfə  çoxdur.  Bir  ədəd  orta  ölçüyə  malik  olan  kök  yedikdə  insanın  bir  gündə 
karotinoidə  olan  tələbatı  tamamilə  ödənilir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  həddindən  artıq 
yumurta və qara ciyər  yemək məsləhət görülmür. Amma kök Ģirəsinin orqanizmə əhəmiyyətindən 
baĢqa heç bir zərərli təsiri yoxdur. 
Kökə qırmızı-narıncı rəng verən β-karotinoid aĢağıdakı xüsusiyyətlərə malikdir: 
1.
 
Güclü antioksidant xüsusiyyətlərinə malik olduğundan qocalma prosesini ləngidir. 
2.
 
Orqanizmə  çoxlu  miqdarda  kanserogen  maddələrin  daxil  olması  nəticəsində  döĢ,  dəri, 
uĢaqlıq yolu, ağ ciyər, yoğun bağırsaq, sidik kisəsi və qara ciyərdə əmələ gələn xərçəng 
xəstəliyinin qarĢısını alır. 
3.
 
Hər  gün  β-karontinoid  qəbul  edilərsə  bir  sıra  damarlarda  əmələ  gələn  ateroskleroz 
insultun əmələ gəlməsini 2 dəfə azaldır, ürək damar pozuntularının qarĢısını alır. 
4.
 
Hər  gün  kök  qəbul  edilərsə,  orqanizmin  ümumi  sistemi  gücləndirir,  infeksiyaya  qarĢı 
orqanizmin  müqavimətini  artırır,  təhlükəli  infeksiyalara  yoluxmasının  qarĢısını 
alır,tənəffüs yolları xəstəliklərini azaldır, uzun sürən xəstəliklərin əmələ gəlməsinə imkan 
vermir. 
5.
 
Ən  vacibi  isə  hamilə  qadınlar  və  süd  verən  uĢaqlı  analara  çoxlu  kök  yemək  məsləhət 
görülür. 
Orqanizimdə  β-karotin  çatıĢmayan  zaman  bir  sıra  xəstəliklərin  –  öd  və  sidik  kisələrində 
daĢın əmələ gəlməsinə, katarakt, həzm sistemində nasazlıqların yaranmasına ―toyuq korluğuna‖  ağ 
ciyər və s. xəstəliklərin əmələ gəlməsinə səbəb olur.  
―A‖  vitamini  çatıĢmadıqda  orqanizmin  ummuniteti  azalır  və    bütün  üzvlərində  nasazlıqlar 


169 
 
baĢ qaldırır.  
Kökün tərkibində bioloji aktiv maddələr o cümlədən β -karotinoid maddəsi ən çox sentyabr 
ayında toplanır. Ġyun-iyul aylarında toplanan köklərin müalicəvi təsiri nisbətən aĢağı olur. Ən çox 
vitamin  150  q çəkisi  olan  kökdə  çox  olur.  Kökün  yuxarı  hissəsində  karontionid  miqdarı  daha  çox 
toplanır.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   400   401   402   403   404   405   406   407   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin