Tatyana tütəkotu (Qadın jenĢeni) – Angelica tatianae Bordz. Dünya florasının tərkibində 80-ə qədər növü varıdr. Cinsə daxil olan növlər çoxillik ot
bitkiləri olub, ġimal yarımkürəsinin mülayim iqlim zonalarında yayılmıĢlar. Cinsin Qafqazda 2, o
cümlədən Azərbaycanda 1 növünə – Angelica tatianae Bordz.-a rast gəlinir.
Tatyana tütəkotu - A. tatianae Bordz. Bu iri, süd Ģirəsi ilə zəngin olan ikiillik və çoxillik ot
bitkisidir. Gövdəsi yoğun, içərisi boĢ olub, 230-250 sm hündürlüyündədir. AĢağı yarpaqları uzun
saplaqlı və rozet olduğu halda, yuxarıda
yerləĢənlər oturandır. ġarĢəkilli çiçəklərinin
diametri 8-15 sm-dir. Çiçək ləçəkləri xırda,
ağımtıl və yaxud sarımtıl-yaĢıl rəngdədir.
Ġyun ayında çiçək açır, avqustda meyvələri
yetiĢir.
Tatyana tütəkotuna Azərbaycanda
Böyük Qafqazın Zaqatala ərazilərində təsadüf
edilir.
Hələ çox qədim dövrlərdə tütəkotunun
gövdəsindən millli musiqi aləti olan tütək
hazırlanırmıĢ. Aclıq illərində 10 minlərlə
insanı tütəkotu xilas etmiĢdir. Ural xalq
təbabətində
tütəkotundan
hazırlanan
preparatlardan ağ ciyər vərəminin, parazit
qurdların müalicəsində geniĢ istifadə edirmiĢlər. Tibet kahinləri bitkidən alınan müalicəvi
ekstraktlarla damar xəstəliklərin, artriti, revmatizm, əzələ ağrılarını, qıcolmanı, Çin təbabətində isə
ürək-damar xəstəliklərini müalicə edərmiĢlər.
Müalicə məqsədləri üçün tütəkotunun əsasən köklərindən istifadə edilir. Hal-hazırda uĢaqlar
tütəkotunun gövdəsinin qabığını soyur və həvəslə yeyirlər.
ġərq təbabətində tütəkotundan jenĢen əvəzi kimi çox xəstəlikləri müalicə edirlər. Tütəkotu
öz müalicəvi xüsusiyyətlərinə görə heç də jenĢendən geri qalmır. Bundan hazırlanan preparatlar
cinsiyyət orqanlarının, əsəb sisteminin, artritin, eləcə də göbələk xəstəliklərinin müalicəsində də
tətbiq edilirmiĢ.
Ən baĢlıca tütəkotu qadınlarda baĢ verən hormonal pozuntuların aradan qaldırılmasında
iĢlədilir. Bu qiymətli cəhətlərini əsas götürərək çin və yapon tütəkotunu «qadın jenĢeni»
adlandırırlar. Hələ çox qədim dövrlərdə tütəkotu ilə aybaĢı xəstəliklərini, klimakterik pozuntularını,
eləcə də digər qadın xəstəliklərini müalicə edirmiĢlər. Tütəkotu anemiya əleyhinə güclü vasitə
hesab edilir. Alimlər tütəkotunun tərkibindən elə bir qiymətli maddə çıxarmıĢlar ki, bu beyin
qabığında qan dövranını nizamlayır və yaddaĢı yaxĢılaĢdırır. Tütəkotunun kökündən alınan
preparatlar pankreas (mədəalti vəzi) Ģirəsinin ifrazatını artırır. Bitkidən hamilə qadınların istifadə
etmələri məsləhət görülmür.