Təbii əhəmiyyəti.Meyvəsindən alınan ağımtıl və yaxud sarımtıl toz formalı kellin
preparatından spazmolitik təsirli dərman kimi stenokardiya, hipertoniya, sidik və öd kisələrinin
spazması zamanı, eləcə də bronxial astmada göyöskürəkdə, mədə-bağırsaq sisteminin spastik
vəziyyətində, aterozklerozda, kardiosklerozda, ürəyin tac damarlarının geniĢlənməsində, ürək
pozuntularında istifadə edilir. S.Y. Sokolov və S.P.Zamotayeva görə bitkidən hazırlanan
preparatlardan qlaukoma xəstəlikləri zamanı gözün daralmasının qarĢısını almaq üçün tətbiq edilir.
Son illərdə Xarkov Elmi-Tədqiqat Əczaçılıq Institutunu əməkdaĢları diĢqurtduyanın
meyvələrindən «avisan» adlı (furanoxromonların, kumarinlərin və flavonların cəmindən ibarət olan)
preparat hazırlanmıĢdır. Bu preparat böyrəkdə daĢ ilə bağlı əmələ gələn xəstəliklərin müalicəsində
spazmolitik dərman kimi istifadə olunur.
Bundan baĢqa bitkidən alınan preparatlar xərçəng çöplərinin inkiĢafının qarĢısının
alınmasında da iĢlədilir.
Xalq təbabətində bitkidən diĢ ətinin möhkəmləndirilməsində və diĢ qanaxmalarında istifadə
edilir. Kök hissəsindən isə ədviyyat kimi xörəklərin tərkibinə qatılır.