167
Kök 4 min il bundan qabaq mədəni hala keçirilərək əkilib becərilməyə baĢlanmıĢdır.
Hazırda dünyada kökün 460 min hektar əkin sahəsi mövcuddur.
Hər il 11 milyon kök meyvəsi tədarük edilir. Bunun da 86%-i
Avropa ölkələrinin payına düĢür.
Dünya florasının tərkibində yerkökü cinsinin 60-a qədər
növünə təsadüf edilir. Bu növlərin əksəriyyətinə Aralıq dənizi
ətrafı
ölkələrin
ərazilərində,
Afrikada,
Avstraliyada,
Əfqanıstanda, Yeni Zelandiya və Amerikada rast gəlinir. Yabanı
növün vətəni Aralıq dənizi ətrafı ölkələr hesab edilir. Kök cinsinə
daxil olan növlərin əksəriyyəti birillik, ikillik, kökmeyvəli bitkilər
hesab edilir. Dünyada kökün 100-dən artıq sortu becərilir.
Dərman, qida və ədviyyat, yem kimi ən qiymətli növü isə əkilən
kök –
Daucus sativus L. hesab edilir. Əkilən kök ikiillik, ətli
kökmeyvəsi olan ot bitkisidir. Birinci il onun kökü ətrafında
rozetĢəkilli yarpaqlar və ətli kökmeyvəsi əmələ gəlir. Ġkinci il isə
onun gövdəsi formalaĢır. Gövdəsinin hündürlüyü 90-100 sm-ə çatır və üzərində uzunluğu 20 sm-ə
qədər çoxlu sayda lələkvari yarpaqları olur. Gövdənin kökə yaxın hissəsində yerləĢən yarpaqlar
uzun saplaqlı, yuxarıdakılar isə oturaqdır. Ikinci il çiçək və meyvə verir. Çiçəkləri xırda ağımtıl,
ləçəkləri qırmızı rəngdə olub mürəkkəb çətirdə toplanmıĢdır. Çiçəklər çarpaz tozlanır. Meyvəsi
ikitoxumludur. Toxumları uzunsov dərivarı, qabıqla örtülür, 4 cərgəli tikanlarla əhatə olunur. Qida
və ədviyyat kimi ən qiymətlisi qırmızı, narıncı-qırmızı rəngdə olan kök sortları hesab edilir. Kökün
sarı, tünd, bənövĢəyi, ağımtıl yaĢıl, narıncı, sortlarına da təsadüf edilir. Qırmızı və narıncı-qırmızı
rəngli sortlarının vətəni Aralıq dənizi ətrafı ölkələr hesab edildiyi halda, sarı və ağ sortlarının vətəni
isə Mərkəzi Asiya hesab edilir. Kökmeyvənin rəngi tərkibindəki boyaq maddələrindən – antosian və
karotinoidlərdən asılıdır.
Dostları ilə paylaş: