Kimyəvi tərkibi. Giləmeyvəsinin tərkibində 12-17%-ə qədər aĢı maddəsi, polifenol
birləĢmələrindən antosionlar, leykoantosianlar, katexinlər, malvidin və mirtilin flavonoidlərini qeyd
etmək olar. Bundan baĢqa 7%-ə qədər alma, limon, benzoy, yantar, az miqdarda isə çaxır və salisil
turĢuları təĢkil edir. Giləmeyvəsinin tərkibində 0,01-0,10%-ə qədər fruktoza, qlükoza və saxaroza
strukturlu Ģəkərlər aĢkar edilmiĢdir. Bitkinin tərkibində 5-30 mq%-ə qədər C vitamini bəzi
ədəbiyyatlarda isə hətta 50 mq% göstərilir (Siroekovskiy, 1974). Giləmeyvənin tərkibində quru çəki
hesabı ilə mq%-lə 0,80 - Ca, 0,21 - Fe, 0,17 - Mn, 0,09 - Si, 0,67 - Al makro- və mikroelementləri
də müəyyən edilmiĢdir.
Mərcangilə tərkibində tapılmıĢ Ģəkərli maddələr, askorbin turĢusu, antosion,
leykoantosianlar, makro- və mikroelementlər və s. onun keyfiyyətli xoĢtamlı, qida tamı hesab
edilməsinə dəlalət edir.
Bitkinin giləmeyvəsinin tərkibində tapılan benzoyl (vaksininin) onun antiseptik
xüsusiyyətlərə malik olduğunu göstərir. Bundan baĢqa bitkidən 0,04 mq% 1,6 mq% karotin aĢkar
edilmiĢdir. Yarpaqlarının tərkibində isə 20%-ədək aĢı, 1%-ə qədər amorf formalı mirtilin, 2%-ə
qədər neomirtilin-C, flavonoidlərdən isə kversetin və kimyəvi quruluĢları naməlum digər maddələr,
250 mq%-ə qədər askorbin turĢusu aĢkar edilmiĢdir.
Dostları ilə paylaş: |