ERĠKA – Ericaceae Juss. fəsiləsi Qızılı rododendron – Rhododendron aureum Georg. Dünya florasının tərkibində fəsilənin 1000-dən artıq növü yayılmıĢdır. Bunlar ağac, kol və
kolcuqlardan ibarət olub çox zaman həmiĢəyaĢıldır. Cinsə aid olan 600-dən artıq növə Yer
kürəsinin əsasən subtropik, mülayim və soyuq zonalarında rast gəlmək olar.
Fəsiləyə daxil olan maraqlı cinslərdən biri də Rododendron-dur.
Cinsə daxil olan növlərin əksəriyyəti aĢı təbiətli, boyaq xüsusiyyətli, dərman və efir yağlı
bitkilər hesab edilir.
Cinsin
Qafqazda
5,
o
cümlədən
Azərbaycanda 2 növünə rast gəlmək olar.
Rodedendron cinsinə daxil olan növlərdən biri də
qızılı rododendrondur - R. aureum Georg. Qızılı rododendron – R. aureum Georg.
həmiĢəyaĢıl sürüyən və yaxıd dırmaĢan kol olub,
dərivari çılpaq ellipsvari yarpaqlarının uzunluğu
1,5-9,0 sm, eni isə 1,0-2,7 sm olub çətirvari
hamaĢçiçəyə malikdir. Bitki iyul-avqust aylarında
çiçək açır. Meyvəsi uzunsov qutucuqdan ibarətdir.
Bitkinin yarpağının tərkibindən 10-20%-ə qədər aĢı, 4%-ə qədər arbutin qlikozidi, zoğlardan
isə 11% tanin aĢkar edilmiĢdir. Təzə yarpaqlarının tərkibində andromedotoksin maddəsi tapıldığına
görə zəhərli hesab edilir. Yarpaqlarından hazırlanan cövhərindən ürək-damar xəstəliklərinin
müalicəsində və homeopatiyada istifadə edilir.
Müalicə məqsədləri üçün rododendronun çiçək açan dövrdə toplanan yarpaqlarından, az
hallarda isə ləçəklərindən istifadə edilir.
Rododendrondan hazırlanan preparatlar sakitləĢdirici, ağrıkəsici, tonusartırıcı, bakteriosid,
sidikqovucu, tərqovucu, büzüĢdürücü, qan dövranını yaxĢılaĢdıran, taxikardiya zamanı ürək
döyüntülərinin sayının azaldılmasında, təngnəfisliyin aradan qaldırılmasında tətbiq edilir.