Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə436/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   432   433   434   435   436   437   438   439   ...   730
Baldırğan – Heracleum L. 
 
Dünya florasının tərkibində baldırğan cinsinin 70-ə qədər növü yayılmıĢdır. Qafqazda cinsin 
25,  o  cümlədən  Azərbaycanda  8  növünə  rast  gəlmək  olar.  Bu  növlərin  əksəriyyəti  Avropanın 
mülayim  Ģimal  zonalarında,  Asiyada,  Amerikada,  ġimali  Afrikada,  eləcə  də  Himalay  dağlarının 
cənub ərazilərində yayılmıĢdır. 
Baldırğan    hündürlüyü  1,0-1,5  (2,0)  m  olan  iri çoxillik  ot  bitkisidir.  Gövdənin  içərisi  boĢ, 
qabırğalı  boruvari  olub  üzəri  sərt  tükcüklərlə  əhatə  olunmuĢdur.  Çiçəkləri  ağ,  yaĢılımtıl  bəzən  də 
çəhrayı  rəngdə,  iri  çətirdən  ibarətdir.  Bitki  iyun  ayından  sentyabr  ayına  qədər  çiçəkləyir. 
Respublikamızda  baldırğanın  böyük  ehtiyatı  vardır. 
Baldırğan 
növləri 
meĢə 
açıqlıqlarında, 
çay 
kənarlarında,  kanalların  ətrafında,  kolluqlar  arasında 
geniĢ  yayılmıĢdır.  Bitkinin  tərkibində  Ģəkər,  zülal,  C 
vitamini, karotin, aĢı maddələri, efir yağı vardır. Qeyd 
etdiyimiz maddələrdən baĢqa kök və kökümsovlarında 
qlütamin,  laktonlar,  kumarinlər  və  s.  maddələr  aĢkar 
edilmiĢdir.  
Baldırğanı  meĢə  heyvanları  da  sevir.  Əksər 
növləri  çox  dadlı  qida  keyfiyyətlərinə  malikdir. 
Baldırğandan  qida  məqsədləri  üçün  istifadə  edən 
zaman  onu  bir  neçə  üsulla  hazırlayırlar:  qaynar  suya 
töküb  pörtlətmək,  duzlu  suda  biĢirmək,  duzlu  suda  islatmaq  və  yarım  saat  biĢirmək  və  s.  Cavan, 
zərif yarpaq və gövdələrindən müxtəlif salat növləri, piroq içi, biĢmiĢini, həlimini və s. hazırlayırlar. 
Baldırğanın  həlimi  toyuq  suyunu  xatırladır.  Bunun  kökətrafı  gövdəsi  daha  incə  və  Ģirəli  olur. 
Qafqaz,  Orta  Asiya  xalqları  ilə  yanaĢı  rus  xalqı  da  əsrlər  boyu  bitkidən  toplayıb  qurudur,  ondan 
müxtəlif sərinləĢdirici içkilər, salatlar və Ģorba hazırlayırdılar.  
Baldırğanın  kökündən  təzə  və  qurudulmuĢ  halda  ədviyyat  kimi  istifadə  edirlər.  Bizim 
özümüz də Naxçıvan MR-nın ġahbuz rayonu ərazisində yerləĢən Batabat dağlarına istirahətə gedən 
zaman  çayların,  göllərin,  meĢələrin  ətrafında  yayılan  baldırğanın  cavan  incə  zoğlarını  toplayar, 
qabığını soyub ləzzətlə yeyərdik (M.Q.). 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   432   433   434   435   436   437   438   439   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin